Dalga Televiziyasi Dövlət Neft Şirkətinin ekologiya idarəsi müəssisələrində monitorinq işlərini davam etdirir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün834
DünənDünən634
Bu həftəBu həftə7270
Bu ayBu ay51969
Bu günə qədərBu günə qədər7422443

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Dövlət Neft Şirkətinin ekologiya idarəsi müəssisələrində monitorinq işlərini davam etdirir

altAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin ekoloji monitorinq departamentinin əməkdaşları tərəfindən “Abşeron” və “Bahar Energy” şirkətlərinin mədən ərazilərində ekoloji monitorinqin aparılması nəzərdə tutulmuşdur.
AzərTAc xəbər verir ki, monitorinqin məqsədi neft-qaz hasilatı ilə məşğul olan müəssisələrdə ətraf mühitə ehtimal olunan təsirlərin vaxtında aşkar edilməsi və qiymətləndirilməsi, həmçinin mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin verilməsindən ibarətdir.
Monitorinq qrupu müəssisə ərazisində formalaşan tullantıların və lay sularının idarə olunması, neft və neft məhsulları ilə çirklənmiş torpaqlar və onların rekultivasiyası, yaşıllaşdırma işləri, atmosferə atılmaların ölçülməsi, qazma və istismar işlərinin ətraf mühitə təsirlərinin qiymətləndirilməsi məsələlərini araşdıracaqdır.

Saytda Axtarış

Son xəbərlər