Dalga Televiziyasi Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 33 milyon ton xam neft ixrac olunmuşdur
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1183
DünənDünən2650
Bu həftəBu həftə10868
Bu ayBu ay8146
Bu günə qədərBu günə qədər7496363

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Ötən il Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 33 milyon ton xam neft ixrac olunmuşdur

alt2013-cü ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə 33 milyon ton (247,2 milyon barel) xam neft ixrac olunmuşdur.
“bp-Azərbaycan” şirkətindən AzərTAc-a bildirmişlər ki, kəmərin gündəlik ötürmə gücü 1,2 milyon bareldir. 2013-cü ildə BTC üzrə əsaslı işlərə 75 milyon dollar sərf edilmişdir. Bu il üçün isə həmin göstəricinin 119 milyon dollar olacağı nəzərdə tutulur.
BTC boru kəməri ilə əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz”dən çıxarılan kondensat nəql edilir. Bundan əlavə, kəmərlə Türkmənistan nefti də ötürülür. Ötən ilin oktyabrından başlayaraq BTC ilə Tengiz neftinin nəqli bərpa edilmişdir.
Ümumiyyətlə, 2006-cı ilin iyunundan - Ceyhandan ilk tankerin yola salındığı vaxtdan 2013-cü ilin axırınadək BTC boru kəməri ilə nəql edilmiş təxminən 245,4 milyon ton xam neft Ceyhan limanında 2390 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

Saytda Axtarış

Son xəbərlər