Dalga Televiziyasi ARDNŞ ötən ay Ceyhan limanında 1,6 milyon tona yaxın xam neft ixrac edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün943
DünənDünən2650
Bu həftəBu həftə10628
Bu ayBu ay7906
Bu günə qədərBu günə qədər7496123

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


ARDNŞ ötən ay Ceyhan limanında 1,6 milyon tona yaxın xam neft ixrac edib

alt

ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar ayında 78 min 106 ton dizel yanacağı, 10 min 157 ton təyyarə yanacağı ixrac edib.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, 2014-cü ilin yanvar ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 938,99 dollar, təyyarə yanacağının - 955,95 dollar, dizel yanacağının - 903,01 dollar, 1 faizli kükürdlü mazutun qiyməti isə 594,81 dollar təşkil edib.
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin yanvar ayında Novorossiysk limanından 84 min 739 ton, Supsa limanından 322 min 996 ton, Ceyhan limanından isə 1 milyon 592 min 40 ton xam neft ixrac edib.
İdarə tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
2014-cü ilin yanvar ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 108,26 dollara, Urals nefti - 106,40 dollara,BTC FOB Ceyhan tipli xam neft isə 108,76 dollara satılıb.

Saytda Axtarış

Son xəbərlər