Dalga Televiziyasi “SOCAR Georgia Petroleum” Gürcüstanın ən böyük vergi ödəyicisidir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1336
DünənDünən2650
Bu həftəBu həftə11021
Bu ayBu ay8299
Bu günə qədərBu günə qədər7496516

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“SOCAR Georgia Petroleum” Gürcüstanın ən böyük vergi ödəyicisidir

alt

Bu gün Tbilisidə 2013-cü ildə Gürcüstanın neft məhsulları sektorunda uğur qazanmış şirkətlərin mükafatlandırılma mərasimi olub.

Azərbaycan Dövlət Neft Şirkətindən  verilən məlumata görə, Neft Məhsulları İdxalçıları İttifaqı tərəfindən təşkil olunmuş mərasimdə Gürcüstan hökumətinin və dövlət strukturlarının, diplomatik missiyaların, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, həmçinin ölkədə fəaliyyət göstərən xarici neft şirkətlərinin nümayəndələri iştirak ediblər. “SOCAR Energy Georgia” şirkəti ən böyük investor və ən mühüm sosial layihələrin müəllifi kimi xüsusi diplom və mükafata layiq görülüb.

“SOCAR Georgia Petroleum” şirkəti isə ölkənin ən böyük vergi ödəyicisi elan olunub. 2013-cü ildə şirkət tərəfindən Gürcüstanın dövlət büdcəsinə 129 457 626 lari (təxminən 78 459 167 ABŞ dolları) məbləğində vergi ödənilib. 2006-cı ildən bu vaxtadək şirkət Gürcüstanın dövlət büdcəsinə ümumilikdə 1 123 824 431 lari (təxminən 681 105 715 dollar) məbləğində vergi ödəyib.

Qeyd edək ki, ötən il “SOCAR Georgia Petroleum” vasitəsilə Gürcüstanda SOCAR brendi ilə 11 yeni yanacaqdoldurma məntəqəsi açılıb. Bunlardan 4-ü qazdoldurma stansiyası, 6-sı multi-funksional kompleksdir. Hazırda 9 yanacaqdoldurma məntəqəsinin tikintisi davam etdirilir. Ümumilikdə Gürcüstanda SOCAR brendi ilə 106 YDM fəaliyyət göstərir. 2013-cü ildə “SOCAR Georgia Petroleum”un xətti ilə Gürcüstan bazarına 326 297 ton neft məhsulu idxal edilib ki, bunun da 295 715 tonu Azərbaycan mənşəli neft məhsullarının payına düşür.

 

Saytda Axtarış

Son xəbərlər