Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün270
DünənDünən1595
Bu həftəBu həftə6072
Bu ayBu ay50771
Bu günə qədərBu günə qədər7421245

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Türkdilli Dövlətlərin başçılarına prezidentin adından ziyafət verildi

alt

Avqustun 16-da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında iştirak edən dövlət başçılarının şərəfinə ziyafət olub.

Ziyafət Azərbaycan prezidenti İlham Əliyevin adından verilib.

Prezident Administrasiyasının əməkdaşı işdən qovuldu

alt

Avqustun 13-də Bakıda Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə dövlətlərarası sənədlərin imzalanması mərasimi zamanı qeyri-adi və xoşagəlməz hadisə baş verib.

Bu hadisə Azərbaycan Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşının günahı ucbatından yaşanıb.

Belə ki, Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşı dövlətlərarası sənədləri imzalayan rəsmi şəxslərin adlarını elan edərkən çaşıb. Nəticədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adını düzgün tələffüz etməyib. Bu çaşqınlıq nəticəsində Sergey Lavrovun adı Azərbaycan dilində senzuradakənar şəkildə, təhqiramiz formada səslənib.

Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı işinə başlayıb

alt

Bu gün Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı işinə başlayıb.

Zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri İlham Əliyev, Abdulah Gül, Nursultan Nazarbayev və Almazbek Atambayev iştirak edirlər.

Zirvə toplantısında əsas müzakirə mövzuları nəqliyyat sahəsində əməkdaşlıq və gömrük proseduralarının asanlaşdırılması olmalıdır.

Nəzərdə tutulan tədbirlər çərçivəsində quruma üzv olan ölkələr arasında əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunacaq.

Həmçinin toplantı çərçivəsində Qırğızıstanın Şuradakı sədrliyinin Azərbaycan tərəfinə təqdim edilməsi gözlənilir.

Xatırladaq ki, dünən Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclası da keçirilib. Şura iclasının sonunda 4 ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb.

Qeyd edək ki, Şura 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və stabilliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının yekunlarına dair iki bəyannamə imzalanıb

altTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının yekunlarına dair iki sənədin - Zirvə toplantısının yekunlarına dair Bəyannamə və təşkilatın katibinin səlahiyyət müddətinin uzadılması haqqında Bəyannamə imzalanıb.

Abdulah Gül: Dağlıq Qarabağ probleminin həllinə dəstək qardaşlıq borcumuzdur

altDağlıq Qarabağ probleminin həllinə dəstək qardaşlıq borcumuzdur, Bunu Türkiyə Prezidenti Abdulah Gül Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.

A.Gül deyib ki, Türkiyənin bu dəstəyi Dağlıq Qarabağ probleminin həll olunana qədər davam edəcək.

Prezident bildirib ki, Türkiyə Dağlıq qarabağ probleminin həlli üçün əlindən gələn hər şeyi edəc.

“Öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm“- İlham Əliyev

alt

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr elə etməlidir ki, yaşadığımız ölkədə əmin-amanlıq daim təmin edilsin. Əfsuslar olsun ki, Azərbaycan uzun müddətdir ki, erməni işğalından əziyyət çəkib, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozulub. "

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb və bütün beynəlxalq hüquq normaları kobudcasına pozulub: "Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli, beynəlxalq hüquq normaları əsasında həll edilməsi həm bu ədalətsizliyə son qoyacaq, həm də eyni zamanda regional təhlükəsizliyə də töhfə olacaq".

Prezidentin sözlərinə görə, bu münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və bu gün qəbul olunacaq Birgə Bəyannamədə məhz bu prinsiplər öz əksini tapıb: "Buna görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm".

“Qarabağı itirsək, Ermənistanı itirəcəyik“

alt

Slovakiya parlamentinin sədri Frantişek Mikloşko “Zaman işarələri” adlı kitabının təqdimatı keçirilib. 

Tədbirdə Frantişek Mikloşko bəyan edib ki, Avropada xristian mədəniyyəti və dəyərləri ciddi bir təhlükə altındadır, Avropa bunları qorumalıdır: “Xristian mədəniyyətini xilas etmək üçün ilk addım forpost olan Qarabağdan başlanmalıdır, çünki Qarabağ xristianlarının Avropanın köməyinə ehtiyacı var. Qarabağı itirsək, Ermənistanı itirəcəyik, beləcə bütün Avropanın gələcəyi təhlükə altında qalacaq”. 

Bir müddət öncə Xarici İşlər Nazirliyi işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfərlərlə bağlı Azərbaycan hökuməti tərəfindən “persona non grata” elan etdiyi şəxslərin “Qara siyahısı” nəşr olunub. Məlum siyahıda Slovakiya parlamentinin sədri Frantişek Mikloşkonun da adı var. 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısı başladı

 

alt
Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə toplantısı başlayıb.

Toplantıda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Qırğızıstan prezidenti Almazbek Atambayev iştirak edir.

Şurada sədrlik Qırğızıstandan Azərbaycana keçib. Qırğızıstan prezidenti sədrliyi Azərbaycan prezidenti İlham Əliyevə təhvil verib.

Sammitin yekununda Qəbələ Bəyannaməsi qəbul olunacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü

altAvqustun 15-də Qəbələdəki prezident iqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü olmuşdur.
Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyəti vurğulandı. Bu tədbirin ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığa təkan verəcəyi qeyd olundu. Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin inkişafının vurğulandığı görüşdə nəqliyyat sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirildi.
Söhbət zamanı müxtəlif sahələrə dair geniş fikir mübadiləsi aparıldı.

Azərbaycan və Türkiyə prezidentləri görüşdü

alt

Avqustun 15-də Qəbələdəki prezident iqamətgahında Azərbaycan prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Türkiyə prezidenti Abdullah Gülün görüşü olub.

Görüşdə Qəbələdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyətindən danışılıb. Bu tədbirin dost və qardaş ölkələr olan türkdilli dövlətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığına töhfə verəcəyi bildirilib.

Prezidentlər Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gürcüstanda icra başçısının yeni müavini azərbaycanlı oldu

alt

33 yaşlı Tiflis şəhər sakini, milliyyətcə azərbaycanlı Ramin İsmayılov Marneuli rayon icra hakimiyyəti başçısının müavini təyin edilib. 

Yeni vəzifəyə təyin olunmamışdan əvvəl R. İsmayılov Marneuli rayon polis idarəsi rəisinin müavini vəzifəsində işləyib. O, 1998-2002-ci illərdə Gürcüstan Polis Akademiyasını bitirib.

R.İsmayılov 2002-ci ilin sentyabr ayından 2013-cü ilin avqust ayınadək Gürcüstan daxili işlər orqanlarında şöbə rəisinin müavini və şöbə rəisi vəzifələrində çalışıb. Ailəlidir, bir övladı var.

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana səfərə gəlmişdir

altTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında iştirak etmək üçün Türkiyə Prezidenti Abdullah Gül Azərbaycana səfərə gəlmişdir.
Qəbələ Beynəlxalq Hava Limanında Türkiyə Prezidenti Abdullah Gülü Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və digər rəsmi şəxslər qarşıladılar.
Türkiyə dövlətinin başçısı onun şərəfinə düzülmüş fəxri qarovul dəstəsinin önündən keçdi.

Saytda Axtarış

Son xəbərlər