Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1524
DünənDünən1348
Bu həftəBu həftə5219
Bu ayBu ay53915
Bu günə qədərBu günə qədər7481249

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Bu gün Milli Şuranın növbəti sessiyasıdır

alt

Sessiya qapalı keçiriləcək 

Sessiya saat 15:00-də Müsavat Partiyasının qərargahında keçiriləcək. 

Axşam saat 18:00-da isə jurnalistlər üçün sessiyanın yekunları ilə bağlı brifinq keçirləcək. 

DİN mitinqlə bağlı rəsmi məlumat yaydı

alt

Daxili İşlər Nazirliyi bu gün Bakıda keçirilən aksiyaya münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, aksiya insidentsiz ötüşüb: “Bu gün özlərini Demokratik Qüvvələrin Milli Şurasını adlandıran təşkilat Bayıldakı 20-ci sahədə yerləşən sürücülük məktəbinin həyətində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirib. Aksiya insidentsiz ötüşüb. Aksiyanın keçirildiyi zaman ictimai asayişin və hüquq qaydasının kobud pozulması hallarına yol verilməyib”.

“Mitinqdə jurnalistlərlə bağlı insident olmadı”

alt

Azərbaycan Mətuat Şurasının monitorinq qrupu avqustun 18-də Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilmiş icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə qarşı hər hansı maneə qeydə almayıb. 

Bu barədə MŞ-dən məlumat verilib.

Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış və MŞ-nin icraçı katibi Rəhim Hüseynzadənin rəhbərlik etdiyi monitorinq qrupunun üzvlərinə, həmçinin qurumun Mətuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə bununla bağlı hər hansı müraciət edilməyib.

MŞ-nin mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 telefon nömrəsinə də prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrindən məlumat daxil olmayıb.

Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.

Milli Şura Bakıda ilk mitinqini keçirdi - VIDEOLAR

alt

 
Mitinqi İbrahim İbrahimli açaraq əsas məqsədin azad seçkilər keçirilməsi tələbini səsləndirmək olduğunu deyib. O, KİV-də Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyova qarşı böhtan kampaniyasına başladıldığını vurğulayıb.
Qeyd edək ki, Əli Kərimli, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Eldar Namazov mitinqçilər arasındadır.
Mitinqdə Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun müraciəti oxunub. Daha sonra söz Musavat başqanı İsa Qəmbərə verilib.
Müsavat başqanı İsa Qəmbərçıxışında Milli şuranın vahid namizədi məsləsindən danışıb: 
“İbrahimbəyovun qarşısında süni əngəllər yaradılıb. Biz əngəlləri aşmaq gücündəyik. Biz mübarizə meydanını boş buraxmayacağıq. Sabah Milli Şuranın toplantısında ciddi qərarlar qəbul ediləcək. Rüstəm müəllimin razılığı ilə iki variantdan biri seçiləcək. Daha bir xalq tərəfindən sevilən ziyalının namizədliyini müyyənləşməsinə nail olacağıq. Onunla seçkiyə gedəcəyik, ya da partiyalardan kim istəsə namizədliyini irəli sürsün. Bu gün bizi tənqid edirlər. Heç iqtidarın da vahid namizədi yoxdur”.
Mitinqdə meydana verilən elektrik enerjisi kəsilib.
Mitinqçilər elektrik enerjisinin kəsilməsinə şüalarlarla etiraz bildiriblər. Bundan sonra meydana enerjinin verilməsi bərpa olunub və çıxışlar davam edilib.
Mitinqdə siyasi məhbuslara azadlıq, azad seçki kimi tələblərin qoyulduğu qətnamə qəbul olundu. Saat 19.30-da Milli Şuranın ilk mitinqi bağlı elan olundu və "Uvertura"nın sədaları altında yekunlaşdı.

 

Azərbaycan prezidentliyinə namizəd zəhərləndi

alt

Prezidentliyə namizədliyini irəli sürən və MSK-da qeydə alınan ALDP sədri Fuad Əliyev zəhərlənib. 

Məlumata görə, iki gün öncə F.Əliyev partiyanın rəhbərliyi ilə şimal bölgəsi üzrə regional nümayəndəliyində keçirdiyi görüşdən Bakya qayıdarkən yolüstü restoranların birində nahar edib. Axşamüstü isə partiya sədrinin birdən-birə səhhətində problem yaşanıb. Verilən məlumata görə, evdəkilərin ilkin tibbi yardımından sonra F.Əliyevin səhhəti normallaşıb.

Fuad Əliyevin Seçki Qərargahının rəhbəri Vahid Nəzərov partiya sədrinin zəhərlənməsi xəbərini təsdiqləyib: “Görüşdən qayıdarkən yolüsü bir qədər nahar etdik. Axşamçağı sədrin evindən mənə bu xəbəi çatdırdılar. O, zəhərlənmişdi. Bir yerdə yüngülvari nahar etdik, 4-5 nəfər olardıq. Fuad bəyin anası həkim olduğundan daha tibbi yardım çağırmağa ehtiyac olmayıb. Müəyyən dərmanların və ilkin tibbi yardımın köməkliyi ilə onun vəziyyəti normallaşdı”.

V.Nəzərov F.Əliyevin zəhərlədilməsi barədə dəqiq məlumata malik olmadığına görə bu barədə heç nə deməyib. Amma bunu da istisna etməyib.

İlham Əliyev əfqan həmkarını təbrik edib

alt

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə təbrik məktubu göndərib.

Məktubda deyilir: 

Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Əfqanıstan əlaqələri, dostluq və əməkdaşlıq münasibətlərimiz bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və firavanlıq arzulayıram".

“El” Hərəkatı mitinqə görə toplanır

alt

Bu gün saat 12:00-da “El” Hərəkatının üzvləri toplantı keçirəcək.

Bu barədə hərəkatın sədr müavini, politoloq Zəfər Quliyev məlumat verib. Onun sözlərinə görə, “El”in bu toplantısı Milli Şuranın avqustun 18-də “20-ci sahə”də keçirilməli planlaşdırılan mitinqi ilə bağlıdır.

Tədbir Hacı Rövşənin ofisində keçiriləcək.

AXCP Rüstəm İbrahimbəyov üçün təşəbbüs qrupu yaradır

alt

Azərbaycan Xalq Cəbhəsi Partiyası Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi üçün təşəbbüs qrupu yaradacaq.

Bu barədə partiyanın sədri müavini və Milli Şuranın üzvü Fuad Qəhrəmanlı məlumat verib. O bildirib ki, AXCP Azərbaycanın 60 bölgəsində R.İbrahimbəyovun namizədliyinin irəli sürülməsi ilə bağlı təşəbbüs qrupları formalaşdırılıb.

Onun sözlərinə görə, R.İbrahimbəyovun Rusiya vətəndaşlığı ilə bağlı həll edilən və o ölkəyə qayıdan kimi həmin təşəbbüs qrupunda təmsil olunan şəxslər Milli Şura sədrinin namizədliyinin irəli sürülməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edəcəklər.

F.Qəhrəmanlı onu da bildirib ki, hazırda R.İbrahimbəyov üçün MŞ üzvləri tərəfindən bir təşəbbüs qrupu yaradılıb, ancaq bu cür təşəbbüs qruplarının sayının bir neçə olacağı gözlənilir.

REAL Hərəkatı Milli Şuranın mitinqini dəstəkləməkdən imtina etdi

alt

Respublikaçı Alternativ Hərəkatı qurum olaraq Milli Şuranın avqustun 18-də Bayıl qəsəbəsinə təyin etdiyi mitinqini dəstəkləmir.

Bu barədə Hərəkatın icra katibi Natiq Cəfərli məlumat verib. O bildirib ki, Hərəkat olaraq MŞ-in mitinqini dəstəkləməsələr də, üzvlərinə bu mitinqdə iştirakla bağlı heç bir qadağa qoymayıblar: “Üzvlərimiz fərdi qaydada mitinqdə iştirak edə bilər. Ancaq REAL olaraq, Milli Şurada iştirak etmədiyimiz və mitinqin təşkilatçılarından biri olmadığımız üçün qurum olaraq mitinqdə iştirak etməyəcəyik”.

N.Cəfərli deyib ki, mitinq bəlli bir birliyin təşkil etdiyi mitinqdir.

Gürcüstan prezident seçkilərinə beynəlxalq müşahidəçiləri dəvət edib

alt

Gürcüstan Xarici İşlər Nazirliyi oktyabrın 27-də keçiriləcək prezident seçkiləri ilə bağlı ölkəyə müşahidəçi göndərmək üçün beynəlxalq təşkilatlara və müxtəlif ölkələrə dəvətnamələr  göndərib. Nazirlik tərəfindən iyul ayında  Demokratik Təsisatlar və İnsan Hüquqları, ATƏT-in Parlament Assambleyası, Avropa Şurası, Avropa Şurasının Parlament Assambleyası, NATO Parlament Assambleyası, Avropa Parlamenti, GUAM Parlament Assambleyası, QDİƏT və Ərəb Birliyi Parlament Assambleyasının Bürosuna dəvətnamələr göndərilib.

Gürcüstan XİN həmçinin AB, NATO, GUAM və digər tərəfdaş ölkələrə, eyni zamanda Milli Demokratiya İnstitutunun (MDİ), Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) və  beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən tanınmış ABŞ-ın Helsinki Komissiyasına müraciət edib.
 

"Gürcüstan göndərdiyi məktublarda seçkilərin yüksək səviyyədə şəffaf, azad və ədalətli, beynəlxalq standartlara tam cavab verən və beynəlxalq müşahidəçilərin effektli fəaliyyəti üçün hazır olduğunu bildirir”, deyə XİN bu gün yayılan bəyanatında bildirib.

Abdullah Gül: “Bakı-Tbilisi-Qars layihəsi türk dövlətləri arasında..."

alt

“Türk dünyası bütün ölkələrdə əhəmiyyətli yerə malikdir. Həmin ölkələr ortaq tarix və mədəniyyətlə birləşiblər. Bizləri yalnız ümumi dil, tarix və mədəniyyət deyil, həm də bizim türk dünyasının gələcəyini gücləndirmək istəyimizdir". Bu fikirləri Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı Türkiyə prezidenti Abdullah Gül bildirib.

Gülün sözlərinə görə, türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi Asiya regionunun inkişafı yolunda əhəmiyyətli addımdır: "Türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi Asiya regionunun inkişafı yolunda əhəmiyyətli addımdır. Türkdilli ölkələr dünya arenasında bir-birini dəstəkləyir və bir-birilərinin uğurlarına sevinirlər. Bu gün biz bir-birimizi daha çox dəstəkləməli və səyləri birləşdirməliyik. Elə buna görə də Şura mövcuddur. Biz əməkdaşlığın möhkəmləndirilməsi üçün layihələri davam etdirmək niyyətindəyik".

Türkiyə prezidenti onu da qeyd edib ki, türkdilli ölkələr Avropa və Asiyanı, şimal və cənubu bir-birinə bağlayan regionda yerləşir: “Bu layihənin ən önəmli hissəsi Azərbaycanla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Qars layihəsidir. Bu dəmir yolu xətti türk ölkələri arasında ticarətin və əlaqələrin genişləndirilməsinə böyük töhfə verəcək. Layihənin davamı olaraq Bakı-Aktau və Bakı-Türkmənbaşı limanları arasında bərə xəttinin qurulması bu sahədə önəmli addımdır. Bu layihə ilə Çindən Avropaya birbaşa bağlantı qurulacaq. Mərmərə layihəsinin reallaşması ilə Qərbi Avropadan çıxan qatar birbaşa Asiya və Çinə gedəcək. Bu, gələcəkdə oyunları dəyişdirən bir layihə olaraq qalacaq. Tarixə baxdığımızda türk dövlətlərinin güclü olduğu dönəmlərdə İpək Yolu dünyanın əsas ticarət yolu olub. İpək Yolu türk dünyasının iqtisadi inkişafı və siyasi güclənməsinin açarıdır".

A. Gül ölkələr arasında quru nəqliyyatının inkişaf üçün tətbiq olunan kvotaların aradan qaldırılmasının, gömrükdə eyni standartlarda modernləşmənin həyata keçirilməsinə ehtiyac olduğunu deyib.

“Saakaşvilini özünüzlə apara bilərsiniz“- İvanişvili- Video

alt

Gürcüstan prezidenti Mixael Saakaşvili və baş nazir Bidzina İvanişvilinin Amerikaya məxsus BULKELEY gəmisindəki görüşü medianın diqqətindən yayınmayıb. 

Belə ki, avqustun 12-si ABŞ-a məxsus BULKELEY gəmisində baş nazirlə kapitan arasında arasında olan dialoq mediada yayımlanıb. 

«Грузия Online» radiosunun hazırladığı videomaterialdakı dialoqun mətni: 

Kapitan : 11 illik iş karyeramda birinci dəfədir ki, prezident və baş nazir eyni vaxtda gəmidədirlər. 

İvanişvili : Əsas odur ki, prezident burdadır. Prezidentlik müddəti başa çatdıqdan sonra onu özünüzlə apara bilərsiniz. 

Kapitan : Gürcüstana gəmi ilə gəlmək çox gözəldir. 

İvanişvili : Zamanla dənizimiz qaraldı 

Kapitan : Dənizlə gələndə Gürcüstanın dağları və binalarını görürsən... Çox gözəldir... 

İvanişvili : Prezidentimiz onların rəngini dəyişdi. 

 

Saytda Axtarış

Son xəbərlər