Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün999
DünənDünən957
Bu həftəBu həftə10200
Bu ayBu ay47938
Bu günə qədərBu günə qədər7475272

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

“REAL“ sədrinin həbs müddəti uzadıldı

alt

Bu gün Nəsimi rayon Məhkəməsində həbsdə olan “REAL” hərəkatının sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanın verdiyi vəsatətə baxılıb.

Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, vəsatət təmin edilərək, İ. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə T. Yaqublu və İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya təqdim olunur

alt

Bir neçə saatdan sonra Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliklə bağlı sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. 

Bu barədə “El” Hərəkatının Ali Məclisin sədri Eldəniz Quliyev məlumat verib. O bildirib ki, hazırda R.İbrahimbəyovun MSK-ya təqdim olunacaq sənədlərinin toplanması yekunlaşdırılmaq üzrədir: “MSK-nın tələbnaməsinə uyğun olaraq sənədlər hazırlanır. Sənədləri MSK-ya Milli Şuranın hüquqşünası aparacaq”. 

“Milli Şuradan istifadə olundu və atıldı”

alt

“Azərbaycanda prezident seçkilərinə start verildiyi bir vaxtda müxalifətin namizəd axtarışına çıxması ondan xəbər verir ki, müxalifət seçkilərə hazır deyil”.

Bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, deputat Əli Əhmədov bildirib.

O qeyd edib ki, müxalifət artıq özünə inamı tamamilə itirib, Azərbaycan seçiciləri artıq onları dəstəkləmir: “O ki qaldı Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsinə, ondan heç vaxt namizəd çıxmayacaq. Son hadisələr göstərdi ki, onun həm siyasi təcrübəsizliyi, həm yaşı, həm də məsuliyyətsizliyi buna imkan vermir. Mən onun namizədliyinin hüquqi tərəfinin problemlərini yenidən izah etmək istəmirəm, çünki bu barədə dəfələrlə deyilib və cəmiyyətə məlumdur. Amma bu qədər hüquqi cəhətdən problemləri olan bir adamın kor-koranə namizədliyini verməsinin özü məsuliyyətsizlikdir. Bu da ondan xəbər verir ki, ümumiyyətlə, Rüstəm İbrahimbəyov siyasətdən xəbərsiz adamdır: seçki nə deməkdir, prezidentlik postu nə deməkdir və sair bütün bunlar barədə onun anlayışı yoxdur. Müxalifət Rüstəm İbrahimbəyov tərəfindən bu şəkildə aldadılmasını başqa formada izah edirsə, bu bir daha göstərir ki, onlar normal formada namizəd axtara bilmirlər. Onlar yaxşı bilirlər ki, Azərbaycan cəmiyyəti onların içərisindən çıxan hansısa bir namizədi dəstəkləməyəcək”.

Ə. Əhmədov Milli Şuranın Rusiyanın layihəsi olması fikirlərə də toxunub: “Təbii ki, Milli Şura kiminsə əlində vasitə oldu. Amma bilirsiniz ki, süni yaradılmış vasitələrdən müvəqqəti istifadə edirlər. Milli Şuradan da istifadə olundu və atıldı”.

Prezident təhsil nazirinə müavin təyin etdi

alt

Təhsil nazirinə yeni müavin təyin olunub.

Prezident İlham Əliyevin avqustun 12-də imzaladığı sərəncama əsasən, Ceyhun Bayramov təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.

Yeni təyinatla bağlı Təhsil Nazirliyində toplantı keçirilib. Toplantıda çıxış edən təhsil naziri Mikayıl Cabbarov Ceyhun Bayramovu Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim edib.

C. Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.

Bir qədər əvvəl onun təhsil nazirinin müavini təyin olunması barədə xəbərlət yayılsa da, nazirlik bu xəbəri təkzib etmişdi.

Putinin Azərbaycana rəsmi səfəri başa çatdı

alt

Avqustun 13-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Rusiya Federasiyasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Rusiya hökumətlərarası iqtisadi komissiyanın həmsədri Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

Azərbaycan prezidenti: “Rəsmi Bakı və Moskvanın bütün əsas məsələlərdə mövqeləri üst-üstə düşür”

alt

 

“Rəsmi Bakı və Moskvanın bütün əsas məsələlərdə mövqeləri üst-üstə düşür”.

 

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib.

Azərbaycan prezidenti rusiyalı həmkarının səfərinə böyük əhəmiyyət verdiklərini, bu gün keçirilən görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərin geniş spektrinin müzakirə olunduğunu vurğulayıb: “Müzakirə olunacaq mövzular geniş, əməkdaşlığımız çoxsahəlidir və demək olar ki bütün sahələri – qarşılıqlı iqtisadi fəaliyyət, humanitar, nəqliyyat sahələrini, regional təhlükəsizlik məsələlərini əhatə edir. Bütün məsələlər üzrə mövqelərimiz çox yaxındır”. 

Rusiya prezidenti Azərbaycanda rus dilinə göstərilən diqqətdən məmnundur

alt

 

 

“Azərbaycanda rus dilinin qorunması və tədrisinə diqqətlə yanaşılır və bu, ikitərəfli əməkdaşlığın digər bütün sahələri üzrə işin əsasını təşkil edir”.

 

Bu sözləri Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib. O bildirib ki, Azərbaycanda rus dilinin inkişafına, rusca təhsilin saxlanmasına və bu sahədə birgə işə çox böyük diqqət yetirilir, məktəblərdə rus dili tədris olunur, Rusiya ali məktəblərinin filialları fəaliyyət göstərir.  

V. Putin aparıcı nazirliklər və dövlət idarələrinin rəhbərlərinin daxil olduğu Rusiya nümayəndə heyətinin tərkibinə də diqqət çəkib: “Bu gün biz belə geniş tərkibdə fikir mübadiləsi aparırıq ki, əməkdaşlığımızı intensivləşdirmək üçün nələr etməliyik. Əminəm ki, bu, perspektivə hesablanmış faydalı iş olacaq”.

Vladimir Putin: “Dağlıq Qarabağ problemini siyasi yolla həll etmək lazımdır”

alt

 

 

“Dağlıq Qarabağ probleminin həlli yalnız siyasi üsullarla mümkündür”.

 

Bunu Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündən sonra baş tutan mətbuat konfransında bəyan edib.

“Danışıqlar zamanı biz Dağlıq Qarabağ problemi də daxil olmaqla aktual beynəlxalq məsələlərə toxunduq. Həlli yalnız siyasi üsullarla mümkün olan münaqişənin tezliklə nizamlanmasına Rusiya fəal dəstək verir”, deyə Putin vurğulayıb.   

O həmçinin Xəzər bölgəsində delimitasiya, ekologiya məsələləri ilə bağlı olan problemlərin bütün region ölkələrinin maraqlarına uyğun həllinin vacibliyini qeyd edib. 

“Münasibətlərimiz uğurla inkişaf edir" - İlham Əliyev

alt

“Vladimir Putinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə əlavə impuls vermiş olacaq”. 

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti ilə görüşdə deyib.

“Münasibətlərimiz çox dinamik, pozitiv və uğurla inkişaf edir. Bu münasibətlər çox sahələri əhatə edir və bu gün ikitərəfli münasibətləri, həmçinin regional məsələləri müzakirə etmək imkanımız olacaq. İqtisadiyyat sahəsində hətta gözlədiyimizdən də gözəl nəticələr var, humanitar sahədə ənənəvi nəticələr və perspektivlər var. Başqa sözlə desək, münasibətlər uğurla inkişaf edir, sizin səfəriniz münasibətlərimizin inkişafında xüsusi yerə malik olacaq. Əminəm ki, bu səfərdən sonra münasibətlərin inkişafında pozitiv dinamika davam edəcək”.

Vladimir Putin öz növbəsində humanitar sahənin inkişafına yönəlmiş təşəbbüslərə toxunub: “Bilirəm ki, burada sizin şəxsi təşəbbüsləriniz də var. Biz bu gün o təşəbbüsləri müzakirə edəcəyik. Əminəm ki, bugünkü görüşümüz münasibətləri inkişaf etdirməyə kömək edəcək. Mənimlə birgə böyük komanda, əməkdaşlığın əsas sahələri üzrə nazirlər mənimlə gəlib. Ona görə də görəcəyimiz iş məzmunlu, böyük, maraqlı və çox sərfəli olacaq”. 

Müsavat başqanının seçki qərargahı toplandı

alt

Avqustun 13-də Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbərin seçki qərargahı toplantı keçirib. 

Seçki qərargahının üzvü Gülağa Aslanlının verdiyi məlumata görə, iclasda ilk olaraq rayonlarda imza toplayacaq şəxslərlə ötən həftə keçirilən müşavirə haqqında, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Gəncə təşkilatlarının üzvləri ilə keçirilən təlim haqqında məlumat verilib. Həmçinin görüləcək müəyyən işlərin bir daha planlaşdırılması, seçki məntəqələri üzrə məşvərətçi səs hüquqlu komissiya üzvlərinin siyahılarının, eyni zamanda müşahidəçilərin dəqiqləşdirilməsi istiqamətində tapşırıqlar verilib.

G.Aslanlı məlumat verib ki, seçki qərargahının müəyyənləşdirdiyi imza toplayan şəxslər təkcə İsa Qəmbər üçün imza toplamaq üçün müəyyənləşməyib. Onlar Milli Şuranın vahid namizədi seçkidə iştirak edəcəyi təqdirdə onun üçün də imza toplayacaqlar: “Həmin imza toplayanların hər iki situasiyaya hazır olacaqlar. Yəni Milli Şuranın vahid namizədi olacaqsa, onun üçün imza toplanacaq, əgər İsa Qəmbərin namizədliyi olacaqsa İsa bəy üçün imza toplayacaqlar”.

Putinlə İlham Əliyev Zuğulbada görüşəcək

alt

Yaxın saat ərzində Zuğulbadakı prezident iqamətgahında Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında görüş başlanacaq.

Azərbaycan tərəfindən görüşdə baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər naziri Elmar Məmmədyarov və Prezident Adminsitrasiyasnın beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edəcək. Rusiya tərəfindən isə XİN rəhbəri Sergey Lavrov, Putinin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktor müavini Vladimir Seryoqin qatılacaq.

“Putinin səfəri rəsmi Bakıya bir mesajdır“

alt

Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinə münasibət bildirib.

O, bu səfərin dostluq səfərindən daha çox ölkəmizə bir mesaj olduğunu vurğulayıb: 

“Rusiya ilə Azərbaycan arasında münasibətlərin çox sərin olduğu açiq şəkildə görünür. Rusiyanın biri-birinin ardınca atdığı bir necə addımlar -Qəbələ RLS –nin istismarından imtina, Novorasiski neft kəmərindən Azərbaycan neftinin ixracının dayandırılması, Azərbaycana silah satışından imtina edilməsi, Milyarderlər ittifaqının yaradılması və bu təşkilatın Azərbaycanla bağlı fəaliyyəti rəsmi Bakıya təzyiqlərin ilkin göstəriciləri idi. Rusiyanın ölkəmizdən konkret istədikləri var- Azərbaycanın Avrasiya İttifaqına və Gömrük Birliyinə qoşulması. Rəsmi Moskva bu istəyinə nail olmaq üçün ölkəmizə təzyiqlərini daha da artıraçaq. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana hərbi gəmilərin müşaiətilə səfəri əslində dostluq səfərindən daha çox rəsmi Bakıya bir mesajdır. 

Güc nümayişilə acıq təziqdir. Azərbaycanı NATO və Avropaya inteqrasiyadan cəkindirməkdir. Dostluq səfəri ağır artireliya, raket daşıyan hərbi gəmilərin müşayiətilə olmaz. Bu istiqamətdə Rusiya seçkiöncəsi vəziyyətdən də yararlanır ”. 

Saytda Axtarış

Son xəbərlər