Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün142
DünənDünən1299
Bu həftəBu həftə8386
Bu ayBu ay46124
Bu günə qədərBu günə qədər7473458

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Mixail Saakaşvili: “2008-ci ilin avqustunda ABŞ-ın qanadlı raketlər ilə silahlanmış gəmiləri Gürcüstana doğru istiqamət götürüb”

alt

Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib ki, 2008-ci ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan münaqişəsi zamanı ABŞ Türkiyədəki hava qüvvələrini tam döyüş vəziyyətinə gətirib, Amerika Hərbi Dəniz Qüvvələrinin qanadlı raketlər ilə silahlanmış gəmiləri isə Gürcüstan sahillərinə doğru istiqamət götürüblər.


Mixail Saakaşvili bunu Ukraynanın “ZİK” telekanalına müsahibəsində bəyan edib.

Saakaşvilinin sözlərinə görə, gəmilərdə olan silah barədə onu ABŞ-ın vitse-prezidenti Dik Çeyni məlumatlandırıb.

"ABŞ-ın 6-cı donanması Gürcüstan sahillərinə doğru irəliləyərkən, donanmanın qanadlı raketlərlə silahlanmış flaqman gəmisi  hətta Bosfor boğazını da keçib. Vitse-prezident Çeyni o zaman mənə açıq-aydın dedi: "Sən ki anlayırsan, biz içməli su gətirməmişik – bu daha ciddi yükdür", deyə Mixail Saakaşvili vurğulayıb.

Gürcüstan prezidentinin sözlərinə görə, Corc Buş Vaşinqtona döndükdən sonra ABŞ-ın Türkiyədəki hava qüvvələri tam döyüş vəziyyətinə gətirilib, bundan başqa, Amerikanın Rumıniyadakı bazasına əlavə təyyarələr cəlb olunmuşdu.

İvanişvili Gürcüstan-Rusiya münasibətlərindən danışdı

alt

Hazırkı mərhələdə Rusiya ilə diplomatik əlaqələrin bərpası məsələsi gündəmdə yoxdur.

Bu barədə dünən Qoridə Gürcüstanın baş naziri Bidzina İvanişvili bəyan edib. 

“Rusiya ilə diplomatik əlaqələrin bərpası məsələsi yalnız iki ölkə arasında münasibətlərin bərpası prosesində və Gürcüstanın dinc yolla birləşdirilməsində əhəmiyyətli irəliləyiş olduqda gündəmə çıxarıla bilər”, deyə baş nazir bəyan edib.

“Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılmasının yollarını axtarmağa davam edəcək. Keçən ilin sonunda biz Rusiya ilə birbaşa dialoqa başladıq və bir sıra konkret praqmatik məsələlərin həllini qarşımıza məqsəd qoyduq”, deyə İvanişvili bəyan edib. Onun sözlərinə görə, “iki xalq arasında mehriban münasibətlərin olması Gürcüstan-Rusiya əlaqələrinin normallaşdırılması prosesinin pozitiv getməsinə ümid verir”. 

İvanişvili qeyd edib ki, Gürcüstanın beynəlxalq tərəfdaşları Tbilisinin Moskva ilə birbaşa dialoqun başlanması istiqamətində addımlarını müsbət qarşılayıb. “Biz ABŞ, AB və beynəlxalq təşkilatların Gürcüstan-Rusiya əlaqələrinin normallaşdırılması prosesinə dəstək verəcəklərinə ümid edirik”, deyə baş nazir qeyd edib. 

Prezidentliyə namizədlərin sayı artdı

alt

Avqustun 8-i daha bir prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. 

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin verdiyi məlumata görə, bu gün Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadə sənədlərini MSK-ya təqdim edib. 

Qeyd edək ki, bundan öncə 5 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev və öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədovdur.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

ATƏT PA seçkilərə müşahidəçi göndərməyəcək

alt

ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiç Azərbaycanda oktyabrın 9-da keçirilək prezident seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini açıqlayıb.

Seçki ilə assambleyanın oktyabrın 13-15-də Monteneqroda keçiriləcək payız sessiyasının vaxtı üst-üstə düşdüyünə görə belə bir qərar qəbul olunub. 

R. Krivokapiç bildirib ki, ATƏT PA uzun illərdir parlament seçkilərinin müşahidəsini həyata keçirir və yalnız istisna hallarda prezident seçkilərini müşahidə etməyə qərar verir. Bununla yanaşı, qurum payız sessiyasından iki həftə sonra – oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərəcək.


Qeyd edək ki, ATƏT PA-nın rəhbəri sentyabr ayında bir sıra ölkələrə, o cümlədən Gürcüstana səfər planlaşdırır. Azərbaycana səfər nəzərdə tutulmayıb. 

Ermənidən İbrahimbəyova dəstək

alt

O Azərbaycanda prezident olmaq iddiasındadır 

Azərbaycan Erməniləri Assambleyasının sədri Qriqori Ayvazyan Azərbaycanda prezident seçkilərində iştirak etmək iddiasındadır. Buna görə də o, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovla əməkdaşlığı istisna etmir.

Ermənistanda yaşayan Ayvazyanın həm Azərbaycan vətəndaşlığı, həm də Bakı qaçqını statusu var. Ayvazyan artıq öz sənədlərini Azərbaycan Xarici İşlər və Daxili İşlər Nazirliyinə göndərdiyini də iddia edir. O, hələ cavab ala bilmədiyini deyir. 

“Mən Moskvada İbrahimbəyovla görüşüb onunla əməkdaşlığı istisna etmirəm. Düşünürəm ki, bizim aramızda əsas anlaşılmazlıqlar ancaq Qarabağ məsələsinə görə ola bilər”, - deyə Ayvazyan bildirib. 

Bundan başqa o qeyd edib ki, əgər Azərbaycandan öz ərizəsinə cavab almasa, o istənilən yolla Bakıya gəlib problemi yerindəcə həll edə bilər.

Prezident İlham Əliyevin rəhbərliyi altında son on ildə Azərbaycan möhtəşəm inkişaf mərhələsini yaşamışdır

 

 Prezident İlham Əliyevin rəhbərliyi altında son on ildə Azərbaycan möhtəşəm inkişaf mərhələsini yaşamışdır. Bu illər ərzində Azərbaycanın iqtisadiyyatı dəfələrlə artmış, çox ciddi dəyişikliklər baş vermişdir.
AzərTAc xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini- icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov jurnalistlərə müsahibəsində demişdir.
Ə. Əhmədov 2003-cü illə 2013-cü ili müqayisə edərək bildirmişdir ki, bu illər ərzində insanlarımız dəyişmiş, onların həyat səviyyəsi yüksəlmişdir. İndi Azərbaycan dünya birliyinin ən fəal və qarşısında böyük perspektivləri dayanan üzvlərindən biridir.
Müstəqil Azərbaycan bütün dünya tərəfindən həm sosial-iqtisadi, həm də ictimai-siyasi cəhətdən sürətlə inkişaf edən və çox yaxın zamanlarda inkişaf etmiş dövlətlər sırasına daxil olmağa layiq olan namizədlərdən biri kimi qəbul edilir. Bu, Azərbaycanın on il ərzində keçdiyi yolun ən ümumi şəkildə xarakteristikasıdır.
YAP-ın sədr müavini qeyd etmişdir ki, Prezident İlham Əliyevin növbəti fəaliyyət dövrünün proqramının da əsas cəhətləri Azərbaycanın on il ərzində müşahidə etdiyimiz inkişafını davam etdirməkdən ibarətdir. Azərbaycan iqtisadiyyatının qarşıdakı müddətdə iki dəfə artacağını da ifadə etmək olar. On beş il ərzində Azərbaycanın iqtisadiyyatı 5-6 dəfə inkişaf edəcəkdir. Bu, möhtəşəm bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Təbii ki, Azərbaycanda adambaşına düşən illik gəlirin də 10 min dollardan yuxarı səviyyəyə çatdırılması qarşıya qoyulan vacib məqsədlərdən biridir

Elmar Məmmədyarov bir sıra görüşlər keçirdi

alt

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Braziliya, Çili, Kolumbiya, Kuba, Mərakeş, Argentina və Uruqvayın xarici işlər nazirləri ilə görüşlər keçirib.
XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşlər nazirin BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq” mövzusunda keçirilmiş açıq müzakirələrdə iştirakı çərçivəsində baş tutub.
Görüşlər zamanı ölkələr arasında ikitərəfli münasibətlin inkişafı perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, qarşılıqlı səfərlərin həyata keçirilməsi üçün dəvətlər mübadiləsi edilib.

Müsavat Partiyası başqanının müavini: “İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi üçün sənədlər hazırdır”

alt

“Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin qeydə alınması üçün sənədlərin verilməsi məsələsinə Milli Şuranın avqustun 12-nə təyin etdiyi sessiyadan sonra baxılacaq”.


O bildirib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin Azərbaycan Respublikası prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün ilkin zəruri sənədlər artıq hazırlanıb: “Sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün isə partiya Divanının yekun qərarına ehtiyac var”.

G. Aslanlı qeyd edib ki, namizədliyin irəli sürülməsi iki mərhələdən ibarətdir: “Birincisi namizədliyin təsdiq olunması, ikincisi isə imza vərəqələrinin alınmasıdır. İmza vərəqələrininMSK-ya təqdim olunması üçün son tarix sentyabrın 9-dur. Yəni məntiqi olaraq sentyabrın 9-na qədər də imza vərəqələrini təqdim etmək olar. Amma nəzərə alsaq ki, onun təsdiqi üçün 5 gün vaxt lazımdır, sonra isə imza vərəqələrini götürüb, imza toplamaz vacibdir. Yəni problemlər yaranmaması, namizədliyin qeydə alınması üçün sənədlər avqustun 15-dək MSK-ya təqdim olunmalıdır. Bundan sonra da cavab avqustun 20-dək verilməlidir. Bütün bu mərhələlərdən sonra isə imza toplamaq üçün 18 gün vaxt qalır”.

Obama Putinlə bütün görüşlərdən imtina etdi

alt

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə bu ilin sentyabrında Moskvada keçirilməsi nəzərdə tutulan görüş təxirə salınıb.

Buna səbəb kimi həm də Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudenə Rusiyanın sığınacaq verməsi göstərilir.

Qeyd edək ki, iki ölkənin liderlərinin bu ilin sentyabrında «Böyük-20»-liyin («G-20») Sankt-Peterburqda keçiriləcək sammitdən öncə Moskvada görüşü planlaşdırılırdı.

Xəbərlərə əsasən, həmin zirvə toplantısı çərçivəsində də Obama ilə Putinin «təkbətək» görüşə plandan çıxarılıb.

MSK-ya sənədlərini təqdim edən namizədlər - Siyahı

alt

Avqustun 7-si saat 18:00-a olan məlumata görə, 5 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. 

Bu barədə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

A.Sarıyev bildirib ki, bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev və öz təşəbbüsü ilə namizədliyini irəli sürən İlqar Məmmədovdur.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

İsa Qəmbərin müavininə 15 sutka həbs verildi

alt

Bu gün Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı Nəsimi rayon Məhkəməsinin qərarı ilə 15 sutka azadlıqdan məhrum edilib. 
Bu barədə Müsavat Partiyasından məlumat verilib. 

Qeyd edək ki, T.Abbaslı bu ilin yanvar ayında keçirilən aksiya zaman saxlanılmış və pul cəzasına məruz qalmışdı. Nəsimi Məhkəməsi T.Abbaslını cəriməni ödəmədiyi üçün sutkalıq həbsə məhkum edib. 

“İbrahimbəyov seçkidə iştirak etmək istəmir” – Adil İsmayılov

alt

Tanınmış vəkil Rüstəm İbrahimbəyovun yalanını çıxardı 


“Milli Şuranın vahid namizədi kimi Rüstəm İbrahimbəyova “stavka” edənlər və onun Azərbaycana gələcəyinə inananlar yanılır. Şəxsən məndə belə fikir formalaşıb ki, İbrahimbəyov nə Azərbaycana gəlmək, nə də prezident seçkisində iştirak etmək istəyir”. 

Bu sözləri tanlnmış vəkil Adil İsmayılov deyib. O bildirib ki, R.İbrahimbəyovun Rusiya vətəndaşlığı səbəbdən çox bəhanədir: “Rusiya vətəndaşlığı ilə bağlı İbrahimbəyovun dediklərini təhlil etmək belə nəticəyə gəlməyə əsas verir. Mən hüquqşünas kimi vətəndaşlıq məsələləri ilə əlaqədar Rusiya qanunvericiliyini araşdırdım və Rusiyadan olan tanış vəkillərlə danışdım. Vətəndaşlıqdan çıxmaq üçün şəxsin Rusiyada olmasına heç bir ehtiyac yoxdur”. 

A.İsmayılovun sözlərinə görə, İbrahimbəyovun Rusiyada vergi və digər orqanlarla hər hansı problemi olsaydı, o, Rusiya ərazisində sərbəst hərəkət edə və oranı sərbəst tərk edə bilməzdi. 

Qeyd edək ki, R.İbrahimbəyov Azərbaycana gəlməməsinin səbəbini belə açıqlamışdı: “Rusiya vətəndaşlığından məhrum edilməyim mənim özümün də bu prosesdə fəal iştirakımı tələb edir. Ona görə də Bakıya yalnız bu məsələ həll ediləndən sonra qayıdacağam. Hələliksə bu məsələ mənim Azərbaycandan kənarda olmağımı tələb edir. Dəfələrlə demişəm ki, bütün bu prosedur məsələlərin həlli mənim iştirakım olmadan mümkün deyil”.

Saytda Axtarış

Son xəbərlər