Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün795
DünənDünən634
Bu həftəBu həftə7231
Bu ayBu ay51930
Bu günə qədərBu günə qədər7422404

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Prezidentliyə namizəd Putinin səfərinə etiraz etdi

alt

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, prezidentliyə namizəd Əli Əliyev Rusiya prezidenti Vladimir Putinin Bakıya hərbi dəniz qüvvələrinin müşayiəti ilə gəlişinə dair etiraz bəyanatı verib. Bəyanatda bildirilir ki, Vladimir Putinin Azərbaycana hərbi dəniz qüvvələrinin müşayiəti ilə gəlməsini Kremlin imperiya ambisiyalarının növbəti təzahürü kimi qiymətləndirmək olar: 

“Putinin rəsmi təqdimatda işgüzar xarakter daşıyan bu səfərini hərbi gəmilərlə həyata keçirməsinə fərqli izahat vermək mümkün deyil. Harada görülüb ki, bir dövlətin başçısı digər ölkəyə məhz bu şəkildə işgüzar səfər etsin? Rusiya hakimiyyətinin postsovet ölkələrinin müstəqilliyinə münasibəti və Avrasiya İttifaqı adı altında SSRİ-ni nəyin bahasına olursa-olsun bərpa edərək, Azərbaycanı da ora sürükləmək niyyəti Putinin Bakıya hərbi gəmi ilə gəlişində özünü ən açıq formada büruzə verir”. 

Əli Əliyev Vladimir Putinin Azərbaycana hərbi qüvvələrin müşayiəti ilə gəlməsinə, eyni zamanda, Azərbaycan hakimiyyətinin ona belə bir şərait yaratmasına qəti etirazını bildirib: “Azərbaycan hakimiyyətini ölkənin dövlət müstəqilliyi baxımından olduqca həssas sayılan belə məqamlarda diqqətli davranmağa və belə halların əsla təkrarlanmamasına çağırıram”. 

İbrahimbəyovun sənədləri MSK-ya təqdim ediləcək

alt

Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri MSK-ya sabah təqdim olunacaq. 

Bu barədə məlumatı Milli Şuranın üzvü Eldəniz Quliyev verib. Onun sözlərinə görə, Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun seçki sənədləri avqustun 14-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq: "İbrahimbəyovun təşəbbüs qrupu seçki sənədlərini bu gün imzalayacaq. Sənədlər hazır olduqdan sonra MSK-ya təqdim ediləcək."

Türkiyə İrandan yardım istədi

Livanda qaçırılan iki türk pilotunun azadlığa buraxılması üçün səylər hələ də nəticə verməyib.

Belə olan təqdirdə Türkiyə pilotların geri qaytarılması üçün İrandan yardım istəyib. Bu brədə məlumatı İran mətbuatı yayıb. Ancaq yardımla bağlı konkret kimlər arasında danışıqların getdiyi barədə məlumat verilməyib. Sadəcə Türkiyə tərəfindən İrana vasitəçilk təklifinin gəldiyi bildirilib.

İlham Əliyevin imzatoplanma kampaniyası başlandı

alt

Bu gündən Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin respublika üzrə imzatoplama kampaniyasına start verilib.

YAP-dan verilən məlumata görə, bu gün səhərdən partiyanın rayon və şəhər təşkilatlarının iclasları keçirilərək ölkə üzrə namizədin imzatoplama kampaniyasına başlanılıb.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 10-da keçirdiyi iclasda İlham Əliyevin YAP tərəfdən irəli sürülmüş namizədliyini təsdiq edib.

MSK-nın mətbuat xidmətindən isə bildiriblər ki, imzatoplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfdən qeydə alınaraq təbliğat təşviqat kampaniyasına başlaya biləcəklər.

Qeyd edək ki, 8 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.

Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

MSK sədri istefa verdi

alt

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zurab Xaratişvili gözlənilmədən istefa verib.

Gürcüstan mətbuatına istindən verdiyi məlumata görə, MSK-nın katibi Qizo Mçedlidze deyib ki, Zurab Xaratişvili artıq bununla bağlı parlamentə müraciət edib.

O, Zurab Xaratişvilinin istefa ərizəsini bu gün yazdığını söyləyib.

Qeyd edək ki, oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçiriləcək və artıq prezident seçkiləri kampaniyası başlayıb.

Milli Şuranın növbəti sessiyası başladı

alt

Milli Şuranın növbəti sessiyası öz işinə başlayıb. Sessiya Klassik Xalq Cəbhəsi (KXCP) partiyasının qərargahında, Mirmahmud Mirəlioğlunun sədirliyi ilə keçirilir. 

Mediaya qapalı keçirilən sessiyada prezident seçkisinə hazırlıq, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun namizədliyinin irəli sürülməsi və sənədlərin MSK-ya təqdim edilməsi məsələləri müzakirə ediləcəyi gözlənilir. 

Kifayət qədər gərgin keşirilməsi gözləniləm qapalı görüşdən sonra media nümayəndələri üçün brifinq keçiriləcək.

MSK daha bir nəfərin namizədliyini təsdiqlədi

alt

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Toplantıda 11 avqust 2013-cü il tarixli iclas protokolu təsdiq olunub. Sonra bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyasında və qrafik təsvirində dəyişiklik edilməsinə dair də qərar qəbul edilib. Bu barədə MSK sədrinin müavini Natiq Məmmədov danışıb.

Namizədliyinin təsdiq olunması ilə bağlı şəxsi təşəbbüsü ilə müraciət edən İlqar Əli oğlu Məmmədov (Altay) haqqında isə MSK katibi Arifə Muxtarova məlumat verib.

İclasda İlqar Məmmədovun (Altay) namizədliyinin irəli sürülməsinin təsdiq olunması haqda qərar qəbul edib.

Yığıncaqda danışan MSK sədri Məzahir Pənahov namizədlərdən imzatoplama prosesinə ciddi yanaşılmasını xahiş edib.

Qeyd edək ki, 8 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir. 

Namizədliyi irəli sürülən İ. Əliyevin, Ə. Orucun namizədliyi təsdiq olunub.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.

Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir. 

Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

İbrahimbəyovun namizədliyi ilə bağlı qərar qəbul edildi

alt

Bu gün Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun təşəbbüs qrupunun toplantısı keçirilib.

“El” Hərəkatının üzvü Eldəniz Quliyevin sədrliyi ilə mətbuat üçün qapalı keçirilən toplantıda R. İbrahimbəyovun prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. 

Təşəbbüs qrupu müvafiq sənədləri hazırlayaraq MSK-ya təqdim edəcək.

Üç ölkənin prezidenti Azərbaycana gələcək

alt

Qazaxıstan prezidenti Nursultan Nazarbayev avqustun 16-da türkdilli dövlət başçılarının Qəbələdə keçiriləcək zirvə toplantısına qatılmaq üçün Azərbaycana gələcək.

Bunu Qazaxıstan prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin əməkdaşı Bolat Sadıkov deyib. O, ilk sammitin 2011-ci ildə Qazaxıstan prezidentinin təşəbbüsü ilə Almatı şəhərində keçirildiyini və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunduğunu xatırladıb. 

Türkiyə və Qırğızıstan prezidentləri Abdullah Gül və Almazbek Atambayev də sammitdə iştirak edəcəklər. A. Gülün Azərbaycana avqustun 14-də, A. Atambayevin isə avqustun 15-də gəlməsi gözlənilir.

Qeyd edək ki, Türkdilli Dövlət Başçıları Şurası 2009-cu ildə yaradılıb. Şuraya 4 dövlət daxildir: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan. 

Saakaşvili restorandan qovuldu

alt

 
Gürcüstan prezidenti Mixail Saakaşvili Zuqdidi şəhərindəki "Diaroni" restoranında nahar etmək istəyərkən bir qrup onu fitə basaraq qışqırmağa başlayıb. Nəticədə prezident və onu müşayət edən şəxslər restoranı tərk etmək məcburiyyətində qalıblar. 

Rusiya mətbuatının məlumatına görə, prezidentə sərt təpki göstərənlər "Gürcüstanı müdafiə et" təşkilkatının üzvləri olub. 

Fəalların lideri Kaxa Mikaya deyib ki, onlar prezidenti təqib etməkdə davam edəcəklər: "Saakaşvilinin 9 il ərzində öz xalqına qarşı etdikləri onun ictimai yerlərdə görünməsinə icazə vermir. O harda olsa, biz onu təqib edəcəyik".

Baş nazirdən Saakaşviliyə: “Öz məsuliyyətin haqda danış”

alt

Amerika gəmisinin göyərtəsində Saakaşvili ilə İvanişvili arasında mübahisə baş verib

Gürcüstanın Batumi limanına gəlmiş ABŞ-a məxsus “Balkli” gəmisində keçirilən rəsmi qəbulda Gürcüstan prezidenti və baş naziri arasında mübahisə baş verib.


11 avqust axşamı keçirilən tədbirdə çıxış edən baş nazir Bidzina İvanişvili 2008-ci ildə Cənubi Osetiyada baş vermiş hərbi münaqişəyə görə keçmiş hökumətin məsuliyyət daşıdığını bildirib. Baş nazirdən sonra çıxış edən prezident Mixail Saakaşvili isə bu fikirlərə etiraz edib: “Mən gürcü tərəfinin bu müharibədə məsuliyyət daşıması ilə bağlı fikirləri qətiyyətlə rədd edirəm. Bu barədə danışanlar ya Gürcüstanı sevmir, ya da Gürcüstanın düşməni ilə əlaqəlidir”. Bu zaman B. İvanişvili yerdən replika atıb: “Öz məsuliyyətin haqda danış”.

Xatırladaq ki, bu il oktyabrın 27-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.

İtaliyanın Nazirlər Şurasının Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

altAzərbaycanda rəsmi səfərdə olan İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın başçılıq etdiyi nümayəndə heyəti avqustun 11-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əkil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Saytda Axtarış

Son xəbərlər