Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün569
DünənDünən1348
Bu həftəBu həftə4264
Bu ayBu ay52960
Bu günə qədərBu günə qədər7480294

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan və Gürcüstan arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığa dair saziş imzalanıb

altBu gün Tiflisdə K. Heydərov və Gürcüstanın daxili işlər naziri İraklii Qaribaşvili arasında görüş olub.

Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. «Azərbaycan hökuməti və Gürcüstan hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığa dair Saziş» imzalanıb.

Azərbaycan nümayəndə heyəti Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəetmə Mərkəzinə (112) də səfər edib, “112 zəng xidməti”nə baxış keçirib.

İvanişvili Baş nazir vəzifəsinə Giorgi Kvirikaşvilini təyin edəcəkmi?

alt

Baş nazirin müavini və İqtisadiyyat və Davamlı İnkişaf naziri Giorgi Kvirikaşvili internet-qəzet EUobserver-də yayılmıs məqaləyə cavab verir.
Kvirikaşvili Baş nazir vəzifəsinə onun namizədliyinin müzakirə oluna biləcəyini istisna etmir. "Bizim qrupda layiqli bir çox insan var və bəzilərinin namizədliyi irəli sürülə bilər,o namizədlərdən biri də mən ola bilərəm" - deyə Kvirikaşvili bildirib.

İvanişvili öz varisini özü açıqlayacaq

alt

"Gürcü Arzusu"-nun prezidentliyə namizəd Georgi Margvelaşvilinin sözlərinə görə, Baş nazir vəzifəsində Bidzina İvanişvilini kim əvəz edəcəyini İvanişvili özü qərar verəcək. Eləcə də deyib ki, İvanişvili siyasətdən getmir, vəzifədən gedir.
Margvelaşvilinin dediklərinə görə, ən ağır çəkili siyasətçinin vəzifədən istefasından sonra siyasi spektr daha fəal olacaq.
Xatırladaq ki, internet-qazet EUobserver-ə Baş nazir İvanişvili açıqlamışdır ki, o, yeni ilə kimi istefa edəcək.

Milli Şura üzvləri Bakıya qayıdır

alt

"Rüstəm İbrahimbəyov Tiflisdə daha bir gün qala bilər" 

Rüstəm İbrahimbəyovla görüşmək üçün dünəndən Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olan Milli Şura üzvləri bu gün Bakıya qayıdacaq. 

Bu barədə Milli Şura üzvü, politoloq Zəfər Quliyev məlumat verib. O bildirib ki, Azərbaycandan Tiflisə gedən heyət bir saata kimi qaldıqları “Vere Palace” otelini boşaldacaq. Z.Quliyevin sözlərinə görə, bununla belə, Rüstəm İbrahimbəyov Tiflisdə daha bir gün qala bilər: “Bu gün burada bir neçə görüş planlaşdırıb. Yəqin ki, nəzərdə tutulan görüşlər keçirilməlidir. Ona görə də Rüstəm müəllimin Moskvaya qayıdışı bir az ləngiyə bilər. Yəni ola bilər ki, o, oteli sabah tərk etsin”. 

Tiflisdə üçlü görüş; Ehtiyat namizəd məsələsi reallaşır

alt

Bu dəqiqələrdə Gürcüstanın paytaxtı Tiflisdə yerləşən “Vere Palace” otelində Müsavat başqanı İsa Qəmbərlə Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun görüşü baş tutacaq. Bu barədə AzNews.az-a Milli Şura üzvü Zəfər Quliyev məlumat verib. 

Onun sözlərinə görə, görüşdə Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov da iştirak edəcək: “Görüş tərəflərin qarşılıqlı razılaşması əsasında baş tutdu. Amma bu görüşdə İsa bəy Rüstəm İbrahimbəyovla təklikdə deyil, üçlükdə görüşəcək. “El” Hərəkatının sədri Eldar Namazov da görüşdə iştirak edəcək. Yəqin ki, görüş başa çatandan sonra tərəflər müzakirə etdikləri məsələlərlə bağlı mətbuata əlavə məlumat verəcəklər”. 

Onu da qeyd edək ki, İ.Qəmbərlə R.İbrahimbəyovun qapalı görüşündə Milli Şuranın prezident seçkilərində ehtiyat namizədinin olması məsələsinin müzakirə ediləcəyi bildirilir. 

BMT Azərbaycanın təşəbbüsü ilə bəyanat qəbul etdi

alt

İyulun 27-də Somalinin Moqadişo şəhərində Türkiyə səfirliyinin əsas binalarından birinə qarşı törədilən terror aktı nəticəsində bir nəfərin həlak olması və bir neçə insanın xəsarət almasını nəzərə alaraq, Azərbaycanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının mətbuat üçün bəyanatı qəbul edilib.

Azərbaycanın BMT yanındakı Daimi nümayəndəliyindən verilən məlumata görə, bəyanatda Şura üzvləri diplomatik və konsulluq nümayəndələrinə qarşı zorakılıq aktlarını qətiyyətlə pisləyib, həmin aktın qurbanlarının ailə üzvlərinə, Türkiyə hökumətinə və xalqına başsağlığı verib, bu cinayəti törədən şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıblar.

Bununla yanaşı, Təhlükəsizlik Şurasının üzvləri terrorçuluğun bütün növ və təzahürlərinin beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən birini təşkil etdiyini və terror aktlarını, onların motivlərindən, harada, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq, cinayət hesab etdiklərini və bağışlanılmaz olduğunu qeyd ediblər.

Milli Şura Putinə minnətçi düşəçək - Müraciət

alt

Milli Şuranın Tiflisdə keçirdiyi toplantı başa çatıb. 

Toplantıda Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtinası ilə bağlı prosesin sürətləndirilməsi üçün Rusiya prezidenti Vladimir Putinə müraciət etmək qərara alınıb.

Yayılan son açıqlamada qeyd edilib ki, yığıncaqda “Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü ilə bağlı siyasi, hüquqi-texiniki, təşkilatı işlərin, həmçinin ictimai və beynəlxalq rəyin hazırlanmadığı” bildirilib. Eyni zamanda Rusiya vətəndaşlığından imtina məsələsi də həll olunmadığı üçün onun iyulun 31-də Bakıya dönməməsinə qərar verilib.

Toplantının qərarına görə, R. İbrahimbəyovun Bakıya dönüşü yalnız Milli Şuranın qərarı ilə olacaq.

Tiflisdə Milli Şura üzvləri ilə Rüstəm İbrahimbəyovun görüşü başlayıb, İsa Qəmbər toplantının əvvəlinə qatılmayıb

alt

Rüstəm İbrahimbəyov bundan sonra toplantılarının “Vera Palase”də keçiriləcəyini bildirib


Tiflisin “Vera Palace” otelində Milli Şurada təmsil olunan müxalifət partiyalarının rəhbərləri və funksionerləri ilə Rüstəm İbrahimbəyovun görüşü başlayıb. Görüşdə Milli Şuranın 16 üzvü iştirak edir. İştirakçılar arasında Müsavat başqanı İsa Qəmbər, ACP sədri Sülhəddin Əkbər, AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev də var.Görüş mətbuat nümayəndələri üçün qapalı keçirilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər görüşdən sonra mətbuata açıqlama veriləcəyini bildirib. Görüşdə Milli Şuranın fəaliyyəti, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığının ləğv olunması, onun Azərbaycana gəlməsi və digər məsələlər müzakirə ediləcəyi gözlənilir. Sabah eyni tərkibdə daha bir görüşün keçiriləcəyi gözlənilir. 

Müsavat başqanı İsa Qəmbər toplantının ilk 20 dəqiqəsində iştirak etməyib. O yalnız toplantı başladıqdan 20 dəqiqə sonra iclas keçirilən zala daxil olub. İsa Qəmbərin görüşün ilk hissəsinə qatılmamasının səbəbi məlum deyil. 

Toplantının təxminən bir saat davam edəcəyi, daha sonra müzakirə olunan məsələlər barədə jurnalistlərə açıqlama veriləcəyi bildirirlib. 

Tiflisdəki mənbələr Rüstəm İbrahimbəyovun bundan sonrakı görüşlərinin, xüsusilə Milli Şuranın mühacirətdə olan üzvləri ilə toplantılarının da “Vera Palace”da keçiriləcəyini bildiriblər.  “Vera Palace” oteli erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur. A. Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sərkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir. 

Rüstəm İbrahimbəyov Tiflisdə - FOTO

alt

Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyov nəhayət, Gürcüstanın paytaxtı Tiflisə gəlib çıxıb.

R.İbrahimbəyovu Tiflisə gətirən təyyarə artıq Gürcüstan paytaxtına enib. Bildirilir ki, Milli Şura üzvlərindən bəziləri İbrahimbəyovu qarşılamaq üçün Tiflis hava limanına gedib. Məlumata görə, Milli Şura üzvləri ilə R.İbrahimbəyovun görüşü saat 18:00-dən sonra baş tutacaq. Xatırladaq ki, Gürcüstan paytaxtındakı “Vere Palace” otelindədir. Onu da bildirək ki, İbrahimbəyovla görüşmık üçün Gürcüstan paytaxtına 15-ə qədər MŞ üzvü yollanıb. 

İvanişvili qeyri- hökümət sektoruna keçəcək

alt

Gürcüstanın baş naziri Bidzina İvanişvili yeni ilə qədər baş nazir postunu tərk edib, qeyri-hökümət sektoruna keçmək niyyətindədir. 

Baş nazir bu barədə Euobserver jurnalına müsahibəsində deyib. “RİA –Novosti” İvanişvilinin müsahibəsində istinadən bildirib ki, prezident seçkilərindən sonra baş nazir qeyri-hökümət sektoruna keçəcək.

“O (İvanişvili) qeyd edib ki, “yeni ilə qədər” baş nazir postundan istefa edib, qeyri –hökümət sektorunda öz əsas planını həyata keçirmək üçün çalışacaq. Plan Gürcüstanı elitar korrupsiyadan təmizləmək, yaxşı məktəblər, xəstəxanalar, yollar salmaq, o cümlədən xarici investorları və turistləri cəlb etməkdən ibarətdir”. 

Gürcüstanın baş naziri “Postimees” qəzetinə iyunda müsahibəsində bildirmişdi ki, 2013-cü il 27 oktyabrda keçiriləcək prezident seçkilərindən sonra siyasətdən uzaqlaşmaq niyyətindədir. 

O vurğulayıb ki, prezident seçkilərindən sonra hökümətin onun köməyinə ehtiyacı yoxdur. Əvvəllər baş nazir siyasətdən uzaqlaşacağını qeyd etməmişdi. 

2012-ci ilin oktyabrında keçirilən parlament seçkilərindən sonra “Gürcü arzusu” partiyasının qalib olması və baş nazir postuna təsdiqlənəndən sonra İvanişvili bir və ya iki ilə siyasətdən uzaqlaşacağını qeyd etmişdi. Bundan sonra o öz mövqeyindən dönməyib. 

Gürcüstan parlamentinin sabiq sədri prezidentliyə namizəd göstərilmişdir

altGürcüstanın sabiq hakim “Vahid milli hərəkat” partiyasının liderlərindən biri, parlamentin sabiq sədri David Bakradze bu il oktyabrın 27-də keçiriləcək prezident seçkilərinə namizəd göstərilmişdir. Onun namizədliy Gürcüstanda ilk dəfə keçirilmiş praymeriz nəticəsində müəyyənləşdirilmişdir.
Praymeriz ölkənin 6 bölgəsində keçirilmiş və iştirakçıların çoxu David Bakradzenin namizədliyini dəstəkləmişdir.
Qeyd edək ki, praymerizdə “Vahid milli hərəkat” partiyasının liderlərindən dördünün namizədliyi müzakirə olunmuşdur.

Rüstəm İbrahimbəyov hələ də Tiflisə gəlməyib

alt

Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla görüş üçün Bakıdan Tiflisə yollanan heyət artıq hamılıqla Gürcüstan paytaxtındakı “Vere Palace” otelindədir.

Tiflisdəki MŞ üzvlərindən verilən məlumata görə, görüş saat 18:00-da baş tutacaq, ancaq bununla belə, Rİbrahimbəyov hələ də Tiflisə gəlib çıxmayıb. Onun təyyarəsinin təxminən bir saat sonra Tiflisə enəcəyi bildirilir. Hazırda Tiflisdəki MŞ üzvləri kinorejissorun yolunu gözləyirlər. 

Saytda Axtarış

Son xəbərlər