Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1027
DünənDünən634
Bu həftəBu həftə7463
Bu ayBu ay52162
Bu günə qədərBu günə qədər7422636

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İtaliyanın baş naziri: “Dağlıq Qarabağ kimi münaqişələrdə status-kvonun saxlanması çıxış yolu deyil”

“Dağlıq Qarabağ kimi münaqişələrdə status-kvonun saxlanması çıxış yolu deyil”.


Bunu İtaliyanın baş naziri Enriko Letta avqustun 11-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibət bildirərkən deyib.

Baş nazir ölkəsinin ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəklədiyini vurğulayıb.

“Biz hesab edirik ki, uzunmüddətli münaqişələr heç kimin maraqlarına xidmət etmir, heç kimin xeyrin deyil”. – deyə E. Letta bildirib.

Baş nazir qeyd edib ki, İtaliya növbəti il Avropa Birliyinə sədrlik edəcək və sədrliyi dövründə münaqişələrin həlli istiqamətində atılan addımlara dəstək məqsədilə müəyyən tədbirlər həyata keçirəcək.

İtaliyanın baş naziri Bakıda səfərdədir

alt

İtaliyanın baş naziri Enriko Lettanın avqustun 11-də Azərbaycana səfəri başlayıb.

Səfər zamanı E. Letta Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

Görüşdə əsasən iki ölkə arasında münasibətlər və TAP qaz kəməri ilə bağlı məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.

TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.

İlham Əliyev: “Ölkələrimiz arasında yaxın tərəfdaşlıq mövcuddur“

alt

“Azərbaycanın TAP layihəsini seçməsi İtaliya və Avropanın böyük bir hissəsi üçün çox vacibdir”.

Bunu İtaliyanın baş naziri Enriko Letta avqustun 11-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Baş nazir qeyd edib ki, Azərbaycanla İtaliyanı enerji və digər sahələrdə möhkəm əməkdaşlıq bağlayır.

O, Azərbaycan qazının Avropaya və İtaliyaya çatdırılmasını nəzərdə tutan TAP layihəsini seçdiyi üçün Bakıya təşəkkür edib.

“Bizi yalnız enerji sahəsində əməkdaşlıq bağlamır, lakin biz iqtisadi və siyasi münasibətləri daha da möhkəmləndirmək üçün bu əməkdaşlıqdan da yararlana bilərik”, - deyə baş nazir vurğulayıb.

E. Letta bəyan edib ki, ikitərəfli iqtisadi əlaqələrin daha da gücləndirilməsi məqsədilə bu il noyabrın əvvəllərində İtaliyadan Azərbaycana nümayəndə heyəti gələcək.

Azərbaycan prezidenti İlham Əliyev də ölkələrimiz arasında ikitərəfli münasibətlərin səviyyəsini yüksək qiymətləndirib: “Ölkələrimiz arasında yaxın tərəfdaşlıq mövcuddur və mən ümid edirəm ki, münasibətlərimiz yaxın illərdə daha da inkişaf edəcək”.

İbrahimbəyovun namizədliyi rəsmən irəli sürüləcək

alt

Milli Şura sədrinin təşəbbüs qrupu toplanacaq və namizədliyinin təsdiq olunması üçün MSK-ya müraciət edəcək 

Avqustun 12-də Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun təşəbbüs qrupu toplanacaq. 

Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahında keçiriləcək toplantıda R.İbrahimbəyovun prezidentliyə namizədliyinin müzakirə olunması və rəsmən irəli sürülməsi gözlənilir. 

Artıq R.İbrahimbəyovun bununla bağlı sənədlərinin hazır olduğu da bildirilir. Təşəbbüs qrupu qanunvericiliyə uyğun olaraq R.İbrahimbəyovun namizədliyinin təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.

Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi irəli sürüldü

alt

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ali Məclisinin sessiyası keçirilib.

Sessiyada partiya sədri Qüdrət Həsənquliyev ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı geniş məruzə ilə çıxış edib.

Toplantıda partiyanın qurultayının prezident seçkiləri ilə bağlı verdiyi qərar bir daha müzakirə olunub. Ali Məclis partiyanın seçkilərdə öz namizədi ilə iştirakına qərar verib. Məclis BAXCP sədri Qüdrət Həsənquliyevin partiyanın namizədi olması ilə bağlı qərar qəbul edib.

Gürcüstan DİN-in mobil patrulu separatçı Sxinvali bölgəsindən atəşə tutulub

alt

 Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) mobil patrulu separatçı Sxinvali bölgəsindən naməlum silahlı şəxslər tərəfindən atəşə tutulub.

 

Bu barədə Gürcüstan DİN-in açıqlamasında bildirilir.   

“Avqustun 10-u saat 10.45 radələrində Gürcüstanın nəzarəti altında olan, Qori rayonunun işğal xəttinin yaxınlığında yerləşən Kveşi kəndində Sxinvali bölgəsindən Gürcüstan DİN-in mobil patrulu səmtə naməlum silahlı şəxslər tərəfindən atəş açılıb. İnsident baş verən zaman hadisə yerində Gürcüstanda müşahidə üzrə Avropa Birliyinin missiyasının nümayəndələri olub. Onlar “qaynar xətti” işə saldıqdan sonra vəziyyəti vaxtında nizamlamaq mümkün olub.

İnsident nəticəsində xəsarət alan yoxdur.  Gürcüstan DİN-i baş vermiş təxribat xarakterli hərəkəti qəti şəkildə pisləyir və insidentlərin qarşısının alınması və onlara reaksiya verilməsi mexanizminin bütün tərəflərini insidentin hərtərəfli araşdırılmasına çağırır”, deyə Gürcüstan DİN-in bəyanatında bildirilir. 

ATƏT Parlament Assambleyasının payız sessiyası Budvada keçiriləcəkdir

 ATƏT Parlament Assambleyasının payız sessiyası Monteneqronun Budva şəhərində keçiriləcəkdir.
Sessiyada transmilli təhdidlərə və insan haqlarının pozulmasına qarşı mübarizədə ATƏT-in rolu əsas müzakirə məsələsi olacaqdır.
Üç gün davam edəcək sessiya çərçivəsində Aralıq dənizi Forumu, parlament konfransı və nümayəndə heyətləri rəhbərlərinin daimi komitəsinin toplantıları da keçiriləcəkdir.
Sessiyada Azərbaycan parlament nümayəndə heyəti iştirak edəcəkdir.

YAP-ın səlahiyyətli nümayəndələri təyin olundu

alt

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 9 oktyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. 

Komissiya sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda partiya tərəfdən səlahiyyətli nümayəndə kimi təqdim olunan siyahı açıqlanıb.

Belə ki, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov, icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı səlahiyyətli nümayəndə kimi təsdiq olunublar.

Azərbaycan MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

alt

 Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

 

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi səsvermə ilə rəsmən təsdiq olunub.

Qeyd edək ki, 6 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

  1. MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.

Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

Ermənistan polisinin rəisi Gürcüstanda

alt

Ermənistan Polisinin rəisi (daxili işlər naziri) Vladimir Qasparyan avqustun 9-da Gürcüstana qısamüddətli səfər edib. 

“Novosti-Armeniya” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər zamanı V. Qasparyan gürcü həmkarı və digər rəsmi şəxslərlə görüşəcək.

MTN sabiq naziri həbs etdi

 

Haqqın.az saytının məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, həbs olunan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin Novxanıdakı bağ evindən "Kalaşnikov" avtomatları və qumbaralar tapılıb. MTN əməkdaşları sabiq nazirin şəxsi maşınından tapança da götürüblər. Bu qədər silah-sursatın Nicat Quliyevin əlinə haradan keçdiyi məlum deyil.

Artıq Abşeron rayon məhkəməsində Nicat Quliyev barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. O, qanunsuz silah sazlamaqda ittiham olunur. Məlumatı sabiq nazirin vəkili Elton Quliyev verib.

Nicat Quliyev MTN-in təcridxanasında saxlanılır.

Gürcüstanda prezidentliyə namizəd David Bakradze azərbaycanlılarla görüşmüşdür

altGürcüstan parlamentinin sabiq sədri, “Vahid milli hərəkat” partiyasından prezidentliyə namizəd David Bakradze azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində yerli əhali ilə görüşüb onları Ramazan bayramı münasibətilə təbrik etmişdir.
D. Bakradze Marneuliyə müsəlmanların Ramazan bayramını təbrik etmək və bununla bir daha onlara qarşı ehtiramını bildirmək üçün gəldiyini demişdir. O qeyd etmişdir ki, bölgənin əməksevər sakinləri ailələrini öz halal zəhmətləri ilə saxlayır, Gürcüstanın gücləndirilməsi naminə var qüvvələrini əsirgəmirlər.
D. Bakradze vurğulamışdır ki, Gürcüstanda yaşayan etnik azlıqlar özlərini ölkənin vətənpərvəri sayırlar.
Prezidentliyə namizəd azərbaycanlıları bir daha təbrik etmiş, onların ailələrinə, dirçəliş və rifah arzulamışdır.

Saytda Axtarış

Son xəbərlər