Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1154
DünənDünən859
Bu həftəBu həftə3501
Bu ayBu ay52197
Bu günə qədərBu günə qədər7479531

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan prezidentliyinə namizəd Qardabani rayonundakı Kosalı kəndinin sakinləri ilə görüşmüşdür

altGürcüstan prezidentliyinə namizəd, Gürcüstan parlamentinin sabiq sədri Nino Burcanadze azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonundakı ən böyük yaşayış məskənlərindən olan Kosalı kəndində yerli əhali ilə görüşmüşdür.
N.Burcanadze kəndin azərbaycanlı sakinlərini müqəddəs Ramazan münasibətilə təbrik etmişdir.
Görüşdə kənddəki mövcud problemlər prezidentliyə namizədin diqqətinə çatdırılmışdır. Sakinlər həyətyanı təsərrüfatlarında yetişdirdikləri məhsulları Tbilisi şəhərinin bazarlarına apara bilmədiklərini, kəndə məxsus torpaqların kənar şəxslərə verildiyini, otlaq sahələrinin olmadığını, iş yerlərinin azlığını və digər problemləri qeyd etmişlər.

Gürcüstan prezidentliyinə 26 namizəd qeydə alınmışdır

altGürcüstan Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, indiyədək ölkə prezidentliyinə 26 nəfərin namizədliyi qeydə alınmış, 3 iddiaçının namizədliyinin qeydiyyatından isə imtina olunmuşdur.
Seçki qanunvericiliyimə əsasən, prezidentliyə namizədliyini irəli sürmək istəyənlərdən ərizə qəbulu sentyabrın 7-də başa çatacaqdır. Sentyabrın 17-dək isə namizədlər MSK-ya 26.530 tərəfdarının imzasını təqdim etməlidirlər.
Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri bu il oktyabrın 27-də keçiriləcəkdir.

ABŞ prezidenti İlham Əliyevi təbrik etdi

alt

ABŞ prezidenti Barak Obama prezident İlham Əliyevi təbrik edib. 

Təbrik məktubunda qeyd olunur:

"Hörmətli cənab Prezident,

Amerika xalqı adından Sizi və xalqınızı mübarək Ramazan bayramı münasibətilə təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Amerika Birləşmiş Ştatlarında və dünyanın hər yerində yaşayan müsəlmanlar ənənəyə uyğun inanclarından ötən ay ərzində güc alaraq və ehtiyacı olanlara yardım əli uzadaraq öz ailə və dostları ilə Ramazan ayını uğurla başa vurmuşlar. Ümidvaram ki, müqəddəs Ramazan ayı ölkənizin müsəlmanları üçün mənəvi saflaşma, mərhəmət və şəfqət dövrü olmuşdur.

Qoy qarşıdan gələn il Sizə və xalqınıza sülh, cansağlığı və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!"

Seçkilərlə bağlı maarifləndirici lövhələr yerləşdirildi

alt

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı bəzi maarifləndirici plakatların yerləşdirilməsinə başlayıb.

MSK-dan bazar ertəsi bildiriblər ki, hazırda yayılan maarifləndirici plakatlarda seçki hüququ olan şəxsləri adlı siyahıda öz adlarını yoxlamağa çağırır.

Komissiyadan bildiriblər ki, seçki qanunvericiliyi ilə müəyyən olunmuş vaxtlarda digər maarifləndirici plakatlar, əyani vasitələr yayılacaq.

Qeyd edək ki, MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Nazir BMT Təhlükəsizlik Şurasında çıxış edəcək

alt

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfərin məqsədi BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq” mövzusunda avqustun 6-da keçiriləcək açıq müzakirələrdə iştirak etməkdir. 

Görüşə Argentinanın Prezidenti xanım Kristina Fernandez Kirşner sədrlik edəcək.

Səfər müddətində nazirin BMT TŞ-da çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulur.

YAP prezidentin sənədlərini MSK-ya təqdim edəcək

alt

Artıq hakim Yeni Azərbaycan Partiyası (YAP) öz namizədi, cənab İlham Əliyevin seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün hazırlığa başlayıb. 

Bu barədə trend-ə YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov bildirib.

Ə.Əhmədov deyib ki, bununla bağlı bəzi sənədlər hazırlanır: "Güman edirəm ki, bu gün, uzağı sabah YAP öz namizədinin seçki sənədlərini MSK-ya təqdim edəcək".

Qeyd edək ki, YAP iyunun 7-də keçirdiyi V qurultayında prezident seçkilərində Azərbaycan Prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Medvedev: “Saakaşvili əl verib görüşüləcək adam deyil“

alt

Rusiya baş naziri Dmitriy Medvedev, Rusiya-Gürcüstan müharibəsinin 5-ci ildönümü ilə bağlı müsahibəsində Gürcüstan prezidenti Mixail Saakaşvilinin siyasi mövqeyini sərt tənqid edib. 

Rusiyanın “Russia Today” telekanalına müsahibə verən baş nazir bildirib ki, Saakaşvili siyasi arenadan çəkildikdən sonra Rusiya-Gürcüstan arasındakı münasibətlər qaydasına düşəcək. 

Medvedev, 2008-ci ildə baş verən qarşıdurmaya və hazırki Rusiya-Gürcüstan münasibətlərinə toxunaraq, Saakaşvilini bu müharibəni başlatmaqda ittiham edib. 

“Bu müharibə Saakaşvilinin yeritdiyi səhv siyasətin nəticəsində baş verdi. Buna görə də o, əl verib görüşüləcək adam deyil”- deyən Medvedev, hərbi müdaxilə qərarının özü üçün də ən çətin qərarlardan biri olduğunu bildirib. O, 2008-ci ildə baş nazir olan Vladimir Putinlə həmin hadisə ilə bağlı əvvəlcədən müzakirə apardıqlarını və aralarında fikir ayrılıqlarının olmadığını da söyləyib.

Gürcüstanın, Abxaziya və Cənubi Osetiya ilə federasiya və ya konfederasiya şəklində birləşmək şansını itirdiyini deyən Rusiya Baş naziri əsas diqqəti, Saakaşvilidən sonra Gürcüstanın bu bölgələrlə birləşə biləcəyi ilə bağlı məsələyə yönəldib: “Gürcüstan, Abxaziya və Cənubi Osetiya dövlət rəhbərlərinə hansı səlahiyyətləri verəcəyini və bu xalqlarla necə yaşayacağını indidən müəyyənləşdirməlidir. Əlaqələri hansı şəkildə inkişaf etdirəcəkləri bizi maraqlandırmır və biz bu siyasətə təsir etməyəcəyik. Biz ancaq Rusiyanın milli maraqlarını qorumağa davam edəcəyik”.

“Milli Şuranın namizədi vahiddir və vahid qalacaq”

alt

“Milli Şurada iki namizədin olması qurumu parçalamağa aparmır. Ancaq ikinci namizədin ortaya ehtiyat namizəd iddiası atması sonda zərbəni onların özünə vuracaq”. 

Bunu Milli Şuranın üzvü və “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, Milli Şuranın vahid namizədi var və ehtiyat namizədə indiki halda ehtiyac yoxdur: “Milli Şuranın namizədi vahiddir və vahid olaraq da qalacaq. Namizəd məsələsinin gündəmə gəlməsi təəccüblüdür. Çünki iki gün əvvəl Müsavatın öz fikrində qalması təkidlə vurğulanırdı”. 

E.Quliyev bildirib ki, İsa Qəmbər Milli Şuranın əsas simalarından biridir və bu baxımdan, onun irəli sürdüyü bütün təkliflər Milli Şurada müzakirə olunacaq: “Əgər Müsavat başqanı bu məsələni Milli Şurada qaldıracaqsa, təbii ki, bu, müzakirə olunacaq”.

Ermənilər Qarabağda hərbi məktəb tikirlər

altErmənilər Azərbaycanın işğal olunmuş keçmiş Ağdərə rayonu ərazisindəki Vəng kəndində strateji obyekt tikirlər. Erməni KİV-lərinin məlumatına görə, işğalçılar hazırda qeyd edilən ərazimizdə Suvorov və Mədətyan adına hərbi məktəb inşa edirlər.

İnşaat işləri erməni xeyriyyəçi Levon Ayrapeytan və Dağlıq Qarabağdakı separatçı rejimin qondarma “qəhrəmanı” Arkadi Ter-Tadevosyanın dəstəyilə gerçəkləşdirilir.

Ermənilər bu hərbi məktəbin açılışını 2014-cü ilə planlaşdırırlar. Məlumata görə, hərbi təhsil müəssisəsi bütün müasir beynəlxalq standartlara cavab verəcək. Ermənilar burada Rusiya, Fransa, ABŞ hərbi təhsil üsullarının tətbiq olunacağını bildirirlər. Bunun üçün xaricdən də yüksək səviyyəli müəllimlərin cəlb olunacağı qeyd edilir.

O da bildirilir ki, hərbi məktəbdə təhsil alacaq erməni gənclərinə rus, ingilis və Azərbaycan dilləri də öyrədiləcək ki, onlar bu dillərdə sərbəst danışa bilsinlər. Adı çəkilən hərbi təhsil müəssisəsində Azərbaycan dilini bilən erməni kəşfiyyatçıları və digər hərbi mütəxəssislər hazırlamaq da planlaşdırılır.

FHN-ə yanlış məlumat daxil oldu

alt

Fövqəladə Hallar Nazirliyinə Bakının ticarət mərkəzlərinin birində bomba aşkarlanması barədə məlumat daxil olub.

FHN-in saytına istinadən verdiyi xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Nizami rayonunda, 4 nömrəli Ticarət mərkəzinin binasında partlayıcı qurğu olduğu ehtimal edilən şübhəli əşya aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərkən heç bir partlayıcı qurğu aşkar edilməyib. 

Azərbaycan David Turaşvilini persona non qrata elan etdi

alt

Azərbaycan, məşhur gürcü yazıçısı David Turaşvilini və "Kviris Palitra" qəzetinin redaktoru Beso Xvedelidzeni persona non qrata elan edib. Onlara Azərbaycana giriş qadağan edilib. Buna səbəb Azərbaycan Hoküməti ilə razılaşmadan Dağlıq Qarabağ ərazisinə səfər etmələri oldu.
Turaşvili və Xvedelidzedən başqa, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı siyahıda bir neçə Gürcüstan vətəndaşı da var: Alan Yelbakiyev, Kana Yanovskaya, Yuri Dzintsout və Yazıçılar İttifaqının rəhbəri Maqvala Qonaşvili.
Bakı təkid edir ki, Dağlıq Qarabağa hər hansı bir səfər Azərbaycan Höküməti ilə razılaşdırılsın.

XİN “persona non qrata” elan edilən şəxslərin adını açıqladı

alt

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiklərinə görə "persona non qrata" elan edilmiş şəxslərin siyahısını açıqlayıb. 

"Arzuolunmaz şəxslər"in siyahısında 335 nəfərin adı var. Siyahıda Böyük Britaniya Lordlar Palatasının üzvü Baronessa Kerolayn Koks, Argentina parlamentinin deputatı Xose Arbo, Rusiya Siyasi və Hərbi Təhlil İnstitutunun beynəlxalq münasibətlər şöbəsinin rəisi Sergey Markedonov, Rusiya Dövlət Dumasının deputatı Maksim Mişşenko, Dumanın MDB və həmvətənlərlə iş komitəsi sədrinin birinci müavini, MDB Ölkələri İnstitutunun direktoru Konstantin Zatulin, Almaniya Berlin Akademiyasının prezidenti Eckart D.Stratenschulten, İran İslam Respublikası parlamentinin deputatı Rubik Sardaryan, Fransa Milli Assambleyasının üzvü Fransua Roşblan, Fransa Milli Assambleyasının deputatları Jorj Kolombye və Valeri Boyer, müğənni Monserrat Kabalyen, Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş nümayəndəsi Piter Semnebi və başqalarının adları var.

Siyahıda göstərilən şəxslər "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" qanunu pozduqlarına və Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə hörmət etmədiklərinə görə arzuolunmaz şəxslər elan olunublar və onlara Azərbaycana gəlmələrinə icazə verilməyib.

Saytda Axtarış

Son xəbərlər