Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1763
DünənDünən634
Bu həftəBu həftə8199
Bu ayBu ay52898
Bu günə qədərBu günə qədər7423372

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ABŞ-ın səylərinə böyük ümid bəsləyirik”

alt

 

Azərbaycanın dövlət başçısı ABŞ prezidenti Barak Obamanı doğum günü münasibəti ilə təbrik edib

 

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanı doğum günü münasibəti ilə təbrik edib.

Təbrik məktubunda Azərbaycanla ABŞ-ı möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinin birləşdirdiyi vurğulanıb: “Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə səylərimiz strateji tərəfdaşlıq xarakteri alıb. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında və bir sıra digər sahələrdə əməkdaşlığımız da bu qəbildəndir. Eyni zamanda biz xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir, bu səylərin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə tezliklə töhfə verəcəyini gözləyirik. Belə bir əlamətdar gündə sizə və ailənizin bütün üzvlərinə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

Prezident mindən çox məhbusu əfv etdi

alt

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov mindən çox məhbusu Orucluq ayı münasibəti ilə əfv edib.

ölkə başçısı bu haqda fərmanı hökumətin iclasında imzalayıb.

O, vilayət, rayon və şəhər rəhbərlərinə tapşırıb ki, azadlığa çıxanların işlə təmin etsinlər.

Qədr gecələri ilə bağlı əfv ölkədə 1999-cu ildən həyata keçirilir. İldə 3-4 dəfə dövlət bayramları münasibəti ilə əfv aksiyaları keçirilir.

Xaricdə çıxışlarından birində Q.Berdiməhəmmədov bildirib: «Türkmənistanda məhbusların sayı 10 mindən çox deyil».

“Gürcüstan və Azərbaycan oxşar çağırışlarla üz-üzədir“

alt

Azərbaycan, Gürcüstan və Türkiyə hərbi sənaye sahəsində üçtərəfli əməkdaşlıq formatı yaratmalıdırlar. Bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya "Eurasianet"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstan hərbi sənaye sahəsində Azərbaycanın təcrübəsini qəbul etməyi planlaşdırır.

Alasaniya bildirib: "İndiki mərhələdə əməkdaşlıq yalnız informasiya mübadiləsi ilə məhdudlaşır. Lakin zənnimcə, biz birgə maraqlı məsələlər üzərində işləməli olacağıq. Gürcüstan və Azərbaycan oxşar çağırışlarla üz-üzədir və ölkələrin prioritetləri də bənzərdir: biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, mövcud strateji layihələrin təhlükəsizliyini qorumalıyıq. Məhz buna görə hesab edirəm ki, müdafiə sahəsində əməkdaşlıq birgə regional layihələrin təhlükəsizliyi üçün müsbət nəticə verəcək".

Nazir deyib ki, Gürcüstan birgə layihələri həyata keçirmək üçün Estoniya və Türkiyənin hərbi müəssisələri ilə danışıqlar aparacaqlar: "Bizim estoniyalı tərəfdaşlarımızla sıx əməkdaşlığımız var. İsraillə əlaqələri dərinləşdirmək niyyətindəyik".

Gürcüstan Prezidenti Milli Şuradan danışıb: “Onlar Azərbaycanda siyasi stabilliyi pozmaq üçün ortaya atılıblar“

alt“Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bunu bu gün parlament nümayəndələri və qubernatorlarla görüşdə Gürcüstan prezidenti Mixail Saakaşvili deyib.

Prezident bu cür məsələlərdə hökuməti ehtiyyatlı olmağa çağırıb: “Sizə məlumdur ki, dünən və srağagün Gürcüstanda prezident İlham Əliyevə opponent olmaq istəyənlər Moskvadan buraya gəlib toplantı keçiriblər. Hamının siyasi fəal olmaq haqqı var. Biz demokratik, azad ölkəyik, lakin çox gözəl bilirik ki, məhz Rusiya Federasiyasında bu insanları idarə edirlər və maliyyələşdirirlər. Bu insanlar onlar tərəfindən konkret məqsədlə, Azərbaycanda siyasi stabilliyi pozmaq üçün ortaya atılıblar. Amma bilməliyik ki, Azərbaycanın siyasi stabilliyi Gürcüstanın da siyasi stabilliyini şərtləndirir”.

M. Saakaşvili Gürcüstanın kiçik, həssas vəziyyətdə olan dövlət olduğunu xatırladıb: “Bizim ərazimiz qonşularımızın əleyhinə siyasi manipulyasiya üçün istifadə olunmamalıdır. Bu məsələdə çox ehtiyatlı olmalıyıq”.

MSK Azərbaycanda prezident seçkilərinin oktyabrın 9-da keçiriləcəyini elan edib

altAparılan müzakirələrdən sonra 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri gününün elan edilməsi və seçkilərə rəsmi start verilməsinə dair qərar verilib.

Qərarda bildirilib ki, prezident seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının 100-102-ci maddələri ilə, seçkilərin təyin edilməsi müddəti və qaydası isə Seçki Məcəlləsi ilə müəyyən edilib. Konstitusiyanın 101.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir.

Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib, hazırda respublika prezidentinin 5 illik səlahiyyət müddətinin son ili başa çatmaqda olduğundan yeni seçkilərin təyin edilməsi üçün əsas yaranıb.

Seçki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsi günü Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir. Həmin Məcəllənin 178.3-cü maddəsinin tələbinə görə seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Konstitusiyanın 100-102-ci və Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 177-ci, 178.2-ci və 178.3-cü maddələrinə uyğun olaraq qərara alıb ki, 9 oktyabr 2013-cü il Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü elan edilsin.

Mixeil Saakaşvili: Gürcüstan Azərbaycana qarşı yönəldilmiş manipulyasiya yeri olmamalıdır

altGürcüstan öz ərazisində Azərbaycana qarşı vurula biləcək zərərin hər-hansı təzahürlərinə imkan yaratmamalıdır. Bu barədə Gürcüstan prezidenti Mixeil Saakaşvili Tbilisidə Azərbaycan müxalifətçilərinin görüşünü şərh edərək cümə axşamı bildirib.

"Biz demokratik ölkəyik və burada istənilən siyasi fəallığı göstərmək olar, lakin biz hamımız bilirik ki, insanların bu konkret qrupu, Rusiya tərəfindən Azərbaycan siyasətinə göndərilib və yalnız stabilliyi pozan bir andır", Saakaşvili qeyd edib.

Gürcüstan prezidenti vurğulayıb ki, sabit Azərbaycan sabit Gürcüstan deməkdir. "Gürcüstan hakimiyyəti özünü bu ölkə ilə bağlı çox ehtiyatla aparmalıdır, hansınaki son aylarda artıq zərər vura bilib," prezident qeyd edərək deyib ki, "Azərbaycanla münasibətləri qorumaq lazımdır".

Saakaşvili vurğulayıb ki, "hər bir halda Gürcüstan Azərbaycana qarşı yönəldilmiş manipulyasiya yeri olmamalıdır".

Tbilisidə iyulun 30-31-də mehmanxanaların birində Azərbaycan müxalifətinin nümayəndələri danışıqlar aparıblar.

Səfər Əbiyev ABŞ-a getdi

alt

Avqustun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarına işçi səfərə yola düşüb.

Az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycan müdafiə nazirinin bir sıra görüşləri planlaşdırılır.

İbrahimbəyovun gizli saxlanan daha bir üçlü görüşü - FOTO

alt

Milli Şuranın Tiflis görüşü başa çatsa da, orada baş verənlər hələ də günün müzakirə mövzusudur. Ələlxüsus da ki, Müsavat başqanı İsa Qəmbərlə müxalifətin vahid namizədi, Milli Şura sədri Rüstəm İbrahimov görüşü. 

Görüş baş tutan gün məlumat yayıldı ki, Müsavat başqanı ilə Milli Şura sədrinin təkbətək görüşəcək və həftələrdir qurum daxilində baş verən müəyyən söz-söhbətlərə, anlaşılmazlıqlara aydınlıq gətiriləcək. 

Sonra məlum oldu ki, R.İbrahimbəyov İ. Qəmbərlə görüşündə Eldar Namazovun da iştirak etməsini istəyib. Və beləliklə, üçlü bir görüş baş tutub. 

üçlü görüşdən əvvəl İbrahimbəyov seçki qərargahının rəhbərliyində təmsil olunan, “El” hərəkatının üzvləri politoloq Zəfər Quliyev və Köçəri Nağıbəylini qəbul edib və onlarla yarım saat söhbət edib. Görüşün ikinci hissəsində Eldar Namazov da iştirak edib. Mənbə qeyd edir ki, İbrahimbəyov onlarla Milli Şura ilə bağlı bəzi məsləhətləşmələr apardıqdan sonra İsa Qəmbərlə görüşüb. 
Bu da İbrahimbəyov-İ.Qəmbər görüşündə konkret qərarların qəbulundan xəbər verir.

ABŞ müsəlman ölkələrindəki səfirliklərini bağlayır - ŞOK

alt

ABŞ Dövlət Departamenti bəzi ölkələrdəki diplomatik missiyalarının fəaliyyətini dayandırmaq qərarına gəlib. 

“France-Presse”in məlumatına görə, bu barədə məlumatı ABŞ-ın xarici siyasət idarəsinin mətbuat katibi Mari Xarf verib. Onun sözlərinə görə, Dövlət Departamenti bəzi ölkələrdəki səfirlik və konsulluqlara avqustun 4-də fəaliyyət göstərməmək barədə tapşırıq verib. Buna səbəb həmin diplomatik nümayəndəliklərdə çalışanların təhlükəsizlik tədbirlərinin həlli ilə bağlıdır. Bununla belə Amerikanın hansı ölkələrdəki səfirliklərinin bağlanacağı barədə məlumat verilmir.

“Associated Press” iddia edir ki, söhbət müsəlman ölkələrindəki diplomatik missiyaların fəaliyyətinin dayandırılmasından gedir. Latın Amerikası və Avropa ölkələrində bazar günləri səfirlik bağlı olsa da, bəzi müsəlman ölkələrində bazar günü iş günü hesab edilir. 

Politoloq Stanislav Çernyavski: “Azərbaycan Gürcüstanla Rusiya arasında vasitəçi ola bilər”

alt

 

“Dağlıq Qarabağ probleminin həll olunmaması Qafqazın inkişafını ləngidir”

 

Rusiyalı politoloq parlamentarlardan ibarət “Qafqaz dördlüyü” institutunun yaradılması təklifi ilə çıxış edib.

Postsovet Ölkələrinin Tədqiqatı Mərkəzinin direktoru, tarix elmləri doktoru, tanınmış rusiyalı politoloq Stanislav Çernyavski “Parlamentskaya Qazeta”da jurnalistlərlə keçirilən görüşündə parlamentarları “Qafqaz dördlüyü” institutunun yaradılmasına çağırıb. Onun fikrincə, bu institutun yaradılması Qafqazdakı problemlərin parlament spikerləri tərəfindən müzakirəsi üçün vacib addım sayılır.

Gürcüstana Azərbaycan və Qazaxıstan tərəfindən sərmayələr qoyulduğunu söyləyən S.Çernyavski bildirib ki, Azərbaycan Gürcüstanla Rusiya arasında münasibətlərin tənzimlənməsində vasitəçi ola bilər: “Çünki Bakı ilə Tiflis arasında dostluq münasibətləri mövcuddur”.

Tarix elmləri doktoru Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən də danışıb. Onun sözlərinə görə, bu problemin həll olunmaması Qafqazın inkişafını ləngidir: “Əgər münaqişənin həllində hər hansı bir irəliləyişlər olsa, ərazinin yaşayışı tamamilə dəyişər. Misal üçün, Ermənistan iki ilə varlana bilər”.

S.Çernyavski Azərbaycanı dost, hər kəsə açıq ölkə adlandırıb: “Azərbaycan infrastrukturu çox inkişaf etmiş ölkədir. Bir sözlə, gəzməli, görməli ölkədir. Ona görə də ruslar bir müddət sonra Türkiyədə deyil, Azərbaycanda istirahət etməyə başlayacaqlar”.

Azərbaycan ilə Gürcüstan arasındakı əmtəə dövriyyəsi artır - səfir

altCari ilin beş ayının yekunlarına əsasən, Gürcüstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi artmışdır.
Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bu barədə Gürcüstanın yeni hökumətinin 9 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında məlumat vermişdir.
Diplomat demişdir ki, cari ilin beş ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsi əməliyyatlarının həcmi 628 milyon dollar olmuşdur.
O qeyd etmişdir ki, keçən il Azərbaycan ilə Gürcüstan arasında əmtəə dövriyyəsinin həcmi 1 milyard 25 milyon dollar olmuşdur.

Tiflis şəhər məhkəməsi Gürcüstanın keçmiş müdafiə nazirinə bəraət verib

Tiflis şəhər məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya və Silahlı Qüvvələrin sabiq baş qərargah rəisi Qiqi Kalandadzeyə bəraət verib. Təqsirləndirilən şəxslər biznesmen Zviad Abuseridzeni qanunsuz azadlıqdan məhrum edilməsi, vəzifə səlahiyyətlərini aşması maddələri üzrə günahsız biliniblər. Lakin məhkəmə 2006-cı ildə Tiflis həbsxanada qiyamın təşkil edilməsi və Müdafiə Nazirliyinin yeddi xüsusi təyinatlısına işgəncə edilməsi ittihamını hələlik qüvvədə saxlayıb.

Hazırda B. Axalaya və Q. Kalandadze müvəqqəti həbs yerində saxlanılır. Hər ikisi ittihamların siyasi motivlərin olduğunu bildirirlər.

Saytda Axtarış

Son xəbərlər