Dalga Televiziyasi Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ABŞ-ın səylərinə böyük ümid bəsləyirik”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün43
DünənDünən2847
Bu həftəBu həftə43
Bu ayBu ay58204
Bu günə qədərBu günə qədər7485538

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ABŞ-ın səylərinə böyük ümid bəsləyirik”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 
alt

 

Azərbaycanın dövlət başçısı ABŞ prezidenti Barak Obamanı doğum günü münasibəti ilə təbrik edib

 

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barak Obamanı doğum günü münasibəti ilə təbrik edib.

Təbrik məktubunda Azərbaycanla ABŞ-ı möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinin birləşdirdiyi vurğulanıb: “Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə səylərimiz strateji tərəfdaşlıq xarakteri alıb. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizədə, münaqişə ocaqlarında sülhyaratma missiyasında və bir sıra digər sahələrdə əməkdaşlığımız da bu qəbildəndir. Eyni zamanda biz xalqımızın qarşılaşdığı ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin səylərinizə böyük ümidlər bəsləyir, bu səylərin münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə tezliklə töhfə verəcəyini gözləyirik. Belə bir əlamətdar gündə sizə və ailənizin bütün üzvlərinə ən xoş arzularımı yetirir, dost Amerika xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

Saytda Axtarış

Son xəbərlər