Dalga Televiziyasi MSK-ya sənədlərini təqdim edən namizədlər - Siyahı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1475
DünənDünən1428
Bu həftəBu həftə9400
Bu ayBu ay45190
Bu günə qədərBu günə qədər3190531

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


MSK-ya sənədlərini təqdim edən namizədlər - Siyahı

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Avqustun 7-si saat 18:00-a olan məlumata görə, 5 prezidentliyə namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. 

Bu barədə MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

A.Sarıyev bildirib ki, bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev və öz təşəbbüsü ilə namizədliyini irəli sürən İlqar Məmmədovdur.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.

Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Saytda Axtarış

Son xəbərlər