Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün417
DünənDünən957
Bu həftəBu həftə9618
Bu ayBu ay47356
Bu günə qədərBu günə qədər7474690

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Lalə Şövkət də prezidentliyə namizəd ola bilər

alt

 

Milli Şuranın sonuncu iclasında qaldırılan ehtiyat namizəd məsələsi şurada təmsil olunan müxalif partiyalar tərəfindən birmənalı qarşılanmadı. 

Mətbuatın yazığına baxsaq, Azərbaycan Liberal Partiyası (ALP) və Açıq Cəmiyyət Partiyasının (ACP) ehtiyat namizəd təklifinə qarşı çıxması, onların digər müxalifət liderlərinin – AXCP və Müsavat rəsmilərinin mövqeyinə əks olması diqqətdən yayınmır. Rəsul Quliyev açıq-aşkar bu qərara qarşı çıxdığını bəyan etdi. ALP isə hələ də susmaq niyyətindədir.

Hətta yayılan məlumatlarda ALP təmsilçilərinin sessiyanı vaxtından əvvəl tərk etməsi də liberalların İbrahimbəyova ehiyat namizəd istəməməsi kimi qiymətləndirildi.

Bu durumda ALP nə edəcək? Partiyanın mövqeyi nədən ibarətdir? Bu suallara cavab tapmaq üçün partiya sədri Əvəz Temirxanla əlaqə saxladıq. Ə.Temirxan Modern.az-a açıqlamasında hazırda bu istiqamətdə danışıqlar getdiyi üçün mətbuata danışmaq istəmədiyini bildirib. ALP sədri Milli Şuranın sonuncu sessiyasını tərk etmələrinə isə belə aydınlıq gətirib:

“Hazırda müzakirələr getdiyindən mən hələlik bu məsələ barədə mətbuata fikir bildirmək niyyətində deyiləm. Sessiyanı tərk etməmişik, 4 saatdan çox davam edən iclas qutaranda birinci biz çıxmışıq”.

Bəzi məlumatlarda ALP lideri Lalə Şövkətin də vahid namizəd ola biləcəyi haqda fikirlərə rast gəlinir.

Rüstəm İbrahimbəyov ABŞ-a gedir

alt

Milli Şuranın sədri və qurumun prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov ABŞ-a səfər edəcək. 

O, “Media forum” saytına açıqlamasında deyib ki, səfərin məqsədi Azərbaycandakı seçkiqabağı vəziyyəti müzakirə etməkdir: “Çox vacib görüşlərim nəzərdə tutulub. Səfərin dəqiq tarixi yaxın vaxtlarda bilinəcək. Rusiya vətəndaşlığından çıxmaq məsələsini həll etmək üçün bir müddət Moskvada olmağım vacibdir”.

Milli Şura sədri bildirib ki, Avropa ölkələrinə səfəri etməyi də nəzərdə tutub.

Saakaşvili İvanişviliyə məxsus telekanalın bağlanmasına münasibət bildirib

alt

 

“Gürcüstanda nə qədər çox telekanal fəaliyyət göstərsə, bir o qədər xoşbəxt olaram”.

Bunu “Rustavi 2”yə Gürcüstan prezidenti Mixail Saakaşvili baş nazir Bidzina İvanişvilinin ailəsinə məxsus “9-cu kanal”ın bağlanmasına dair xəbəri şərh edərkən deyib. O qeyd edib ki, ölkədə mövcud olan telekanaların əksəriyyəti məhz onun prezidentliyi dövründə açılıb.

“Mənim vaxtımda “9-cu kanal”, “Maestro” kimi müxalif kanallar açıldı. Bir çox regional televiziyalar, qəzetlər fəaliyyətə başladı. Mən prezident seçiləndə, Gürcüstanda cəmi üç telekanal var idi. İndi isə onların sayı onlarla ölçülür”, - deyə o vurğulayıb.

Saakaşvili qeyd edib ki, nə qədər çox telekanal olsa, ictimaiyyət bir o qədər çox və dolğun informasiya əldə edə biləcək.  

Ərdoğan Rusiyaya səfər edəcək

alt

Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan dünyanın ən böyük 20 ölkəsinin 5-9 sentyabr tarixində baş tutacaq zirvə toplantısında iştirak edəcək. 

Zirvə toplantısı Sankt-Peterburq şəhərində baş tutacaq. Dövlətlərarası məsələlərin və iqtisadi mövzuların müzakirə olunacağı görüş böyük önəm daşıyır. Görüşdə R.T. Ərdoğandan başqa ABŞ prezidenti Barak Obama və Vladimir Putinin bir araya gələcəyi gözlənilir. Zirvə çərçivəsində danışılacaq əsas mövzulardan biri Suriya məsələsi olacaq.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sentyabrın 6-da Sankt-Peterburqdan Argentinanın paytaxtı Buenos –Ayresə gedəcək. Ərdoğan Buenos-Ayresdə 2020-ci il Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanacağı konfransda iştirak edəcək. Beynəlxalq Olimpiya Komitəsi sentyabrın 7-də həmin şəhərin adını açıqlayacaq. Sentyabrın 8-də isə Ərdoğan Türkiyəyə qayıdacaq.

İbrahimbəyov Mehman Əliyevə qarşı

alt

“Rüstəm İbrahimbəyovla namizədliklə bağlı heç bir söhbətim olmayıb” 

“Düzdür, özüm namizəd olmaq istəmirəm, ancaq əgər Milli Şura üzvləri belə qərar versə ki, vahid namizəd Mehman Əliyev olsun, mən seçki prosesindən kənarda qalmamaq, demokratik proseslər və dəyişikliklər naminə seçkilərə qatıla bilərəm”. 

Bu sözləri açıqlamasında “Turan” İnformasiya Agentliyinin baş direktoru və Milli Şuranın üzvü Mehman Əliyev deyib. O, MŞ-in yeni vahid namizədi seçilməyə ən real şəxs kimi qiymətləndirilməsinə münasibət bildirib. Qeyd edək ki, MŞ-in ehtiyat namizədi kimi adı hallanan Cəmil Həsənli, Rafiq Əliyev və Gültəkin Hacıbəyli namizəd olmaq istəmədiklərini açıqlayıblar. Ehtiyat namizəd kimi adı hallanan şəxslərdən isə yalnız Mehman Əliyev namizəd olmaqdan imtina etməyib. Onu da bildirək ki, MŞ-in vahid namizədi Rüstəm İbrahimbəyov bu gün “Yeni Müsavat”a müsahibəsində özünün namizədinin olduğunu və həmin şəxslə danışıb, razılığı aldığını bildirib. R.İbrahimbəyovun danışıb razılığını aldığı şəxs də Mehman Əliyevdirmi? M.Əliyev bu suala cavabında deyib ki, Rüstəm İbrahimbəyov nə dünən, nə də ondan qabaq onunla bu barədə danışmayıb və onlar arasında ümumiyyətlə bu haqda nə söhbət, nə də razılaşma olub: “Rüstəm müəllimin açıqlamasından da görünür ki, onun özünün namizədi başqa şəxsdir. 

Deməli, o, kimisə təklif edəcək. Müzakirələr də ora gələcək ki, kimlərsə kimisə dəstəkləyəcək, ya yox?! Bütün bunlar zaldakı əhval-ruhiyyədən asılıdır. Uduzan tərəf bunu qəbul edəcək, ya yox, bunları indidən demək çox çətindir”. 

İtaliya Azərbaycana yeni səfir təyin edib

alt

İtaliya Azərbaycana yeni səfir təyin edib.

İtaliya Xarici İşlər Nazirliyi Campaolo Kutilyo (Giampaolo Cutillo) Azərbaycana səfir təyin olunmasına qərar verib.

C.Kutillyo 1970-ci ildə anadan olub və 1994-ci ildən diplomatiya sahəsində çalışır. Bundan əvvəl o İtaliyanın Venesuelada konsulu, İtaliyanın Pakistandakı səfirliyində kommersiya işləri üzrə müşaviri və İtaliyanın Mumbaidəki baş konsulu vəzifələrində çalışıb.

Qeyd edək ki, C. Kutilyo səfir vəzifəsində Mario Baldini əvəz edəcək. M. Baldi 2009-ci ilin sentyabr ayından etibarən İtaliyanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. 

İlham Əliyevin sənədləri bu gün MSK-ya təqdim edildi

alt

Hakim Yeni Azərbaycan Partiyası (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyi üçün imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edilib. 

Bu barədə YAP-ın icra katibinin müavini Siyavuş Novruzov məlumat verib.
S.Novruzov bildirib ki, 45 min imza olmaqla 900 imza vərəqəsi müvafiq sənədlərlə birgə MSK-ya təqdim edilib.

Qeyd edək ki, seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edən prezidentliyə namizədlərin sayı 17-dir. Onlardan 12 nəfərinin prezidentliyə namizədliyi təsdiq edilib.

Daha iki nəfər prezidentliyə namizədliyini irəli sürdü

alt

Daha iki nəfər prezidentliyə namizədliyinin təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. 

MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, bu gün Ədalət Partiyasından İlyas İsmayılovun və ReAL (Respublikaçı Alternativ) hərəkatının sədri İlqar Məmmədovun (öz təşəbbüsü ilə) namizədliyi barədə sənədlər komissiyaya daxil olub.

Ümumilikdə indiyədək 17 nəfərin namizədliyi irəli sürülüb, onlardan 12 nəfərin namizədliyi təsdiqlənib. İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev və Ərəstun Oruclunun namizədlikləri təsdiq olunub.

Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

İvanişvilinin ailəsinə məxsus telekanal bağlandı

alt

Gürcüstanda baş nazir Bidzina İvanişvilinin həyat yoldaşına məxsus “9-cu kanal” bağlanıb. 

Baş nazir Bidzina İvanişvili bildirib ki, o, sözügedən televiziya şirkətinin fəaliyyət göstərməsini daha istəmir. Baş nazir qeyd edib ki, qarşıdan gələn prezident seçkilərinin daha korrekt keçməsini istəyir.

İvanişvili həmçinin bildirib ki, o, kanalın yürütdüyü siyasətə qarışmayıb. Bununla yanaşı o hesab edir ki, ailəsinin telekanalı olmamalıdır.

Baş nazir qeyd edib ki, “9-cu kanal”ı çoxdan bazar qiymətindən aşağı satmaq istəsə də, alıcı olmayıb. O bildirib ki, jurnalistlər öz yerlərində qalsalar, sentyabrın 1-dək hər bir şəxs teleşirkəti bütün texniki avadanlığı və binası ilə birlikdə dəyərindən 3 dəfə ucuz ala bilər. Əks halda sentyabrın 1-dən televiziya kanalı və “İnfo 9” informasiya agentliyi bağlanacaq.

İvanişvili kanalın bütün əməkdaşlarına “Gürcü arzusu” koalisiyasına oktyabrın 1-də keçirilən parlament seçkilərində qələbə qazanmaq üçün kömək etdiklərinə görə təşəkkür edib. Baş nazir qeyd edib ki, o, bütün əməkdaşlara 2 aylıq maaşı ödəyəcək.

İlham Əliyevin sənədləri sabah MSK-ya təqdim ediləcək

alt

İmza toplama kampaniyası artıq başa çatmış Azərbaycan prezidentliyinə növbəti dəfə namizəd, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin sənədləri avqustun 20-də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq.

Bunu açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, İlham Əliyevin vərəqləri artıq tam hazırdır: “Bütün bölgələrdən daxil olan imza vərəqələri partiyanın icra katibliyində tam yoxlanılıb və artıq təqdim etmək üçün hazırdır. Lakin qanunvericiliyə görə, seçkiyə 50 gün qaldıqdan sonra imza vərəqələri MSK-ya təqdim oluna bilər. Buna görə də biz vaxtından əvvəl imza kampaniyasını başa çatdırmağımıza baxmayaraq, sabah – avqustun 20-də sənədləri MSK-ya təqdim edə biləcəyik”.

İmzatoplama kampaniyasında 1000-dək partiya fəalı iştirak edib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 10-da keçirdiyi iclasda İlham Əliyevin namizədliyini təsdiq edib.

İmza toplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfdən qeydə alınaraq təbliğat-təşviqat kampaniyasına başlaya biləcəklər.

Milli Şura İbrahim İbrahimliyə qarşı

alt

“Daldan atılan daş topuğa dəyər” 

Milli Şuranın avqustun 18-də keçirilən mitinqinin aparıcısı İbrahim İbrahimli bəzi siyasilərin və mitinq iştirakçılarının tənqidlərinə məruz qalıb. 

Aparıcılığı zamanı bir neçə dəfə səhvə yol verən İ.İbrahimlini tənqid edənlər arasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli də var. O, İ.İbrahimlinin aparıcılıq edərkən buraxdığı səhvlərə etiraz edib. Onu mitinqi uğurlu idarə etməməkdə günahlandırıb. İbrahim İbrahimli isə AzNews.az-a açıqlamasında deyib ki, daldan atılan daş topuğa dəyər: “Mitinq geridə qalıb. Kim nə istəyir, danışsın. Canları sağ olsun. Əsas odur ki, mitinq bizim istədiyimiz səviyyədə keçdi”. 
Onu da bildirək ki, İ.İbrahimlinin bundan sonra mitinqdə aparıcılıq edəcəyi sual altındadır. 

Sarkisyan Azərbaycandakı prezident seçkilərindən danışdı

alt

"Ermənistan üçün, eləcə də başqa qonşular üçün demokratiya yolunda irəliləyən qonşular daha əlverişlidir. Bundan da belə nəticə çıxır ki, qonşu olaraq, xüsusən də danışıqlarda tərəfdaş olaraq, bizim üçün demokratik Azərbaycan birmənalı şəkildə daha məqsədəuyğundur"

Bunu Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Tsaxkadzorda ümumerməni gənclər toplanışının bağlanış mərasimində ona ünvanlanan "Azərbaycanda keçiriləcək prezident seçkisində Ermənistan hansı namizədə üstünlük verir" sualını cavablandırarkən deyib: "Namizədlər arasında ən layiqlisi İlham Əliyevdir".

"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çətin, ancaq uzun danışıqlar yolu keçmişik. Problemin həlli yolunun konturları demək olar cızılıb. Minsk Qrupu həmsədrlərinin təklif etdiyi prinsiplər açıqca qəbul olunub. 4 ildir bu prinsiplər ətrafında aktiv danışıqlar aparırıq. Deməzdim ki, danışıqlar prosesi aktiv keçir, amma yetərincə uzun yol qət etmişik". 

Saytda Axtarış

Son xəbərlər