Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün305
DünənDünən1348
Bu həftəBu həftə4000
Bu ayBu ay52696
Bu günə qədərBu günə qədər7480030

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

ATƏT-in Minsk Qrupunun yeni təyin olunmuş amerikalı həmsədri gələn həftə Azərbaycana gələcək

alt

ATƏT-in Minsk Qrupunun yeni təyin olunmuş amerikalı həmsədri Ceyms Uorlik gələn həftə Azərbaycana gələcək.


Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, C.Uorlik bundan əvvəl özünün Tvitter səhifəsində tezliklə Ermənistana, Azərbaycana və Dağlıq Qarabağa səfər edəcəyini bildirib. Bu, C.Uorlikin ATƏT-in Minsk Qrupunun həmsədri qismində regiona ilk səfəri olacaq.

Almaniya Suriyaya hücuma “hə“ dedi

alt

Almaniya Suriyanın kimyəvi silah işlətməsinə qarşı sərt reaksiya tələb edən bəyanata imza atmış on ikinci ölkə olub.

Bu barədə bu gün Almaniya xarici işlər naziri Qido Vestervelle bildirib.

Daha öncə Avstraliya, Kanada, Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə, Böyük Britaniya və ABŞ tərəfindən imzalanmış bəyanatın mətnini dünən Ağ ev yayıb. Beləliklə, Almaniya

BMT Təhlükəsizlik Şurasının qərarı olmadan ABŞ-ın Suriyaya qarşı hərbi əməliyyatlarına dəstək verən sənədə imza atmış beşinci Avropa Birliyi ölkəsi olub.

"Almaniya kansleri Anqela Merkel və mən birgə bəyanatı gəstəkləmək barədə qərar qəbul etdik", - deyə Vestervelle bildirib.

İlham Əliyev Tacikistan prezidentini təbrik edib

alt

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona təbrik məktubu göndərib.


Məktubda deyilir:

"Hörmətli Emoməli Şərifoviç, Sizi və Sizin şəxsinizdə bütün Tacikistan xalqını milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün Tacikistan dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi mexanizmlərin təkmilləşdirilməsi, xalqın rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir.

Əminəm ki, xalqlarımız və ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri bundan sonra da Azərbaycan-Tacikistan əməkdaşlığının genişlənməsinə şərait yaradacaqdır.

Hörmətli Emoməli Şərifoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Tacikistan xalqına isə sülh və firavanlıq arzu edirəm".

Gürcüstan ABŞ-ın Suriyaya hərbi müdaxiləsini dəstəkləyir

alt

Gürcüstanın baş naziri Bidzina İvanişvili ABŞ-ın Suriyaya qarşı hərbi müdaxiləsinə münasibət bildirib.

Baş verənlərdən çox narahat olduğunu söyləyən B.İvanişvili bildirib:

“Mən Suriyada baş verənlərdən çox narahatam. Çox təəssüf ki ABŞ Suriyada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə edilməsi ilə bağlı tutarlı faktlara malikdir. Mən starateji tərəfdaş kimi ABŞ-a inanıram.”

Gürcüstan hökuməti Abxaziya dəmir yolunun açılması barədə heç bir qərar qəbul etməmişdir-A

altGürcüstan hökuməti Abxaziya dəmir yolunun açılması barədə heç bir qərar qəbul etməmişdir.
Bu barədə Gürcüstan hökuməti rəsmi bəyanat yaymışdır.
Bu bəyanat Ermənistan milli təhlükəsizlik şurasının katibi Artur Bağdasaryanın Rusiya, Gürcüstan və Abxaziyanı birləşdirən dəmir yolunun Abxaziya sahəsinin açılması ilə bağlı guya üçtərəfli razılığın əldə olunmasına dair məlumatına cavab olaraq yayılmışdır.
Gürcüstan hökumətinin bəyanatı Bağdasaryanın dediklərinin həqiqətə uyğun olmadığını təsdiq edir.
Gürcüstan milli təhlükəsizlik şurasının katibi Qiqi Bokeria demişdir ki, dəmir yolunun bərpası yalnız Gürcüstan torpaqları işğaldan azad olunduqdan sonra mümkündür.
Q. Bokeria Gürcüstan hökumətinin xalqının milli mənafeyinə zidd olacaq qərar qəbul etməyəcəyinə ümidvar olduğunu bildirmiş, Qars-Axalkalaki layihəsinin həyata keçirilməsinin Gürcüstanın strateji mənafelərinə daxil olduğunu qeyd etmişdir. O demişdir ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən bu layihə Gürcüstan üçün həm iqtisadi, həm də strateji baxımdan mühüm əhəmiyyət kəsb edir.
Gürcüstanın xarici işlər naziri Maya Pancikidze də dəmir yolunun açılması ilə bağlı məlumatın heç bir əsası olmadığını qeyd etmişdir.

Prezident İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır

altSentyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xəttinin açılışı münasibətilə Gənclər Parkında təşkil olunan mərasimdə iştirak etmişdir.

Əvvəlcə dövlətimizin başçısına parkda görülən işlərlə bağlı məlumat verildi. Qeyd olundu ki, bu ilin avqustunda parkda başlanmış tikinti işləri hazırda davam etdirilir. Parkın ümumi ərazisi yarım hektardır. Burada istirahət köşkləri tikilmiş, geniş yaşıllıq sahəsi yaradılmış, müasir fəvvarə tikilmişdir.

Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: "Yenidən Yardımlıda olmağımdan çox şadam. Bu, Yardımlıya mənim prezident kimi artıq üçüncü səfərimdir. Buraya gələrkən birinci səfərimi xatırlayırdım. O vaxt - 2005-ci ildə biz Masallı-Yardımlı yolunun yenidən qurulmasını qeyd edirdik. O vaxt bu, böyük layihə idi. Çünki yol o qədər də yaxşı vəziyyətdə deyildi. Yeni yol çəkildi. Ondan sonra 2006-cı ildə Yardımlıya təbii qazın verilməsini qeyd etmişik. O da tarixi bir gün idi. Çünki heç sovet dövründə də buraya təbii qaz verilməmişdi. O vaxt xətlər çəkildi. Bu gün məndə olan məlumata görə, Yardımlı şəhərinin böyük hissəsi qazlaşdırılıbdır. Bir neçə kənddə də qaz xətləri çəkilibdir. Gələcəkdə əlbəttə ki, tam şəkildə qazlaşdırma aparılacaqdır. Bu gün isə biz növbəti vacib layihənin icrasını - Yardımlıya içməli suyun verilməsini qeyd edirik. Yəni, baxın bu tarix özlüyündə bir göstəricidir. Yol, qaz və içməli su həyatdır. Təmiz içməli su isə sağlam həyat deməkdir. İndi verilən məlumata görə, bütün xətlər artıq bu ilin sonuna qədər qurulacaqdır. Gələn ildən başlayaraq Yardımlı şəhərinin içməli su problemi tam şəkildə öz həllini tapacaqdır. Bununla bərabər, yerli icra orqanları kənd yerlərində su xətlərinin çəkilişi ilə məşğuldurlar. Bu da çox gözəl bir təşəbbüsdür. Mən bunu dəstəkləyirəm, alqışlayıram. Elə etməliyik ki, əsas infrastruktur layihələri icra edilsin. Eyni zamanda, bu gün biz kənd yolunun açılışını qeyd edəcəyik. Yeni elektrik xətlərinin çəkilişi də başlamışdır. Çünki Yardımlıda bərk külək əsəndə köhnə dirəklər yıxılır, elektrik kəsilir. İndi yeni, möhkəm dayaqlar tikilir ki, artıq bu problem də olmayacaqdır".

YAP Milli Şuranın təklifinə “hə“ dedi

alt

Yeni Azərbaycan Partiyası (YAP) Milli Şura üzvü Mehman Əliyevin iqtidar-müxalifət dialoqu ilə bağlı təklifinə münasibət bildirib.

Hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP-ın müxalifətlə dialoq hazır olduğunu deyib.

S.Novruzovun fikrincə, dialoqun indiyədək baş tutmama]ı müxalifətin qərarsızlığından irəli gəlib:

“Biz uzun müddətdir bu məsələni deyirik. Daim dialoqa hazırıq. Amma müxalifətdə dialoq getmək potensialı olan insan yoxdur. Birinci növbədə Milli Şura öz daxilində nizam-intizam yaratsın. Yersiz ittihamlara son qoysun. Ondan sonra fikir mübadiləsi aparsınlar. Onlarda konkretlik yoxdur. Biz hər zaman dialoqa hazırıq”-deyə YAP təmsilçisi Milli Şuranın dialoq təklifinə cavab verib.

Qeyd edək ki, Milli Şuranın üzvü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Modern.az-a açıqlamasında müxalifətlə iqtidarın dialoq getməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, seçkiöncəsi belə bir dialoqun olması mühüm əhəmiyyət kəsb edir.

Xoşməramlı səfir Bakıda konsert verəcək

Ukraynanın dünya şöhrətli müğənnisi Heydər Əliyev Sarayında noyabrın 23-də konsert proqramı ilə çıxış edəcək.

Əsl adı Karolina Kuek olan, “Eurovision-2008”də ölkəsini təmsil edən müğənni "Shady lady" mahnısı ilə ikinci olub.

Türk iş adamı Murat Nalçacıoğlu ile evli olan Lorak Ukraynanın BMT-də xoşməramlı səfiridir.

İcra başçısı istefa verdi

alt

Azərbaycanlıların kompakt yaşadığı Gürcüstanın Marneuli rayonunun rəhbərliyində kadr dəyişikliyi baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli icra hakimiyyəti başçısı Paata Abramişvili ərizə yazaraq işdən gedib. İstefanın səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, bundan əvvəl rayon icra hakimiyyəti başçısının müavini Tamaz Yenukidze də ərizə yazaraq istefa verib və daha bir müavin - Qoşqar Çaylıyev işindən azad edilib. Q. Çaylıyevin yerinə 33 yaşlı soydaşımız Ramin İsmayılov təyin olunub.

Eldar Namazovun Milli Şuradakı davası: “Əli Kərimli niyə bəyanat vermir?”

alt

Son günlər “El” Hərəkatı ilə Milli Şura rəhbərliyi arasında ciddi gərginliyin olduğu artıq təsdiqlənmiş faktdır. Bu barədə Hərəkat üzvləri özləri də mətbuata açıqlamalar veriblər. Hətta “El”in sədr müavini Köçəri Nağıbəyli MŞ üzvü olduğu halda, qurumun vahid namizədi Cəmil Həsənlini yox, “ReAl” sədri İlqar Məmmədovu dəstəkləməklə bağlı çağırış edib.

Müsavat Partiyasının qərargahında “El” sədri Eldar Namazovla İsa Qəmbər, Cəmil Həsənli və Arif Hacılı arasında görüş keçirilsə də, hələ də iki qurum arasındakı narazılıq aradan qaldırılmayıb.

Məsələnin kökündə yatan əsl səbəbin nə olduğu ilə bağlı “El” Hərəkatındakı mənbələrdən AzNews.az-a daxil olub. Mənbə bildirir ki, bütün bu narazılıqların kökündə yatan ən əsas səbəb Azərbaycan Xalq Cəbhəsi Partiyasının “El” Hərəkatı sədrinin və üzvlərinin Baş Prokurorluğa çağırılması ilə bağlı məsələ barədə bu günə qədər heç bir bəyanat verməməsidir. Məlumata görə, Eldar Namazov prokurorluğa çağırıldığı ilk gün AXCP-dən də bəyanat gözləsə də, partiya bu məsələdə susqunluq nümayiş etdirib. Sonrakı günlərdə isə Müsavat, Milli Şura və Cəmil Həsənli adından ayrı-ayrı müdafiə xarakterli bəyanatlar verilsə də, AXCP “El” Hərəkatı ilə bağlı yaşananlara sona qədər susqun qaldı.

Avropa Parlamenti prezident seçkilərinə müşahidəçi missiya göndərəcək - QƏRAR

alt

Avropa Parlamenti oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün missiya göndərəcək.

Avropa Parlamentindəki qurum bu saatlarda bununla bağlı qərar qəbul edib.

Xatırladaq ki, Avropa Parlamenti və ATƏT iyul ayında bu il keçiriləcək prezident seçkilərində Azərbaycana müşahidəçi göndərməmək barədə qərar qəbul etmişdi. Bu gün isə Avropa Parlamenti həmin qərarın əksinə yeni qərar qəbul edib. AP-dan həmçinin o da bildirilmişdi ki, Azərbaycan hökuməti seçkiləri müşahidə etmələri üçün bu quruma rəsmi dəvət göndərməlidir.

Prezident İlham Əliyev Lənkəran şəhərinə gəlmişdir VİDE

altAzərbaycan Prezidenti İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində sentyabrın 5-də Lənkəran şəhərinə gəlmişdir.
Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Xatirə parkındakı abidəsi önünə gül dəstəsi qoydu.
İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, parkda tikinti işlərinə 2012-ci ilin sentyabrında başlanılmış və 2013-cü ilin mayında başa çatdırılmışdır. Ümumi sahəsi 27 min 500 kvadratmetr olan istirahət mərkəzində geniş yaşıllıq salınmışdır. Ümummilli lider Heydər Əliyevin Xatirə parkındakı abidəsinin ətrafına qranit üzlüklər çəkilmişdir. İşıqlandırma sisteminin də tamamilə yeniləndiyi parkda üç fəvvarə əsaslı təmir olunmuşdur.

Saytda Axtarış

Son xəbərlər