Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün554
DünənDünən1348
Bu həftəBu həftə4249
Bu ayBu ay52945
Bu günə qədərBu günə qədər7480279

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan parlamentinin payız sessiyası sentyabrın 3-də başlayacaqdır

Gürcüstan parlamentinin payız sessiyası sentyabrın 3-də öz işinə başlayacaqdır. Gürcüstan parlamentinin üzvü İrina İverlişvili bildirmişdir ki, reqlamentə əsasən parlamentin payız sessiyası sentyabrın birinci çərşənbə axşamı işə başlamalıdır və ilk büro iclasında sessiyanın gündəliyi təsdiq olunacaqdır.

Diyarbəkir valisi ermənilərə söz verdi

alt

“Diyarbəkir kürdlərin olduğu qədər erməni və assurların da şəhəridir”.

Belə bir açıqlama ilə Diyarbəkir valisi Osman Baydəmir çıxış edib. Vali bu bəyanatı Avstriyada erməni və assurların şərəfinə verilən ziyafətdə itirak edərkən verib. Ziyafət zamanı erməni ictimaiyyətinin nümayəndələri şəhərdəki Müqəddəs Kirakos kilsəsinin bərpasına görə valiyə təşəkkür ediblər. 

Mer isə öz növbəsində erməniləri əmin edib ki, kilsədə ermənilərin mədəni irsini nümayiş etdirmək üçün xüsusi guşə də yaradılacaq.

İvanişvili minarə söküntüsünə haqq qazandırdı

alt

"Çala kəndində minarə qanunsuz tikilib” 

Bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili Gürcüstanın xaricdə akkreditə olunmuş səfirlər və xarici nümayəndələr qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, bu özbaşınalığa və qanunsuzluğa hakimiyyət göz yuma bilməz. Baş nazir hesab edib ki, Adıgün rayonunda baş verənlərin dinlə bağlılığı yoxdur: “Gürcüstanda dini dözümlülük və dini duyğulara hörmət nəinki bizim dini adət-ənənəmizdə, eyni zamanda Konstitusiyamızda var. Məhz bu baxımdan Çela kəndində baş verənlərin din ilə əlaqəsi yoxdur. Ölkədə dinlərarası konsolidasiya və sülhün heç bir alternativi yoxdur”.

Milli Şura üzvləri Londona sentyabrın 8-də gedəcəklər

altMilli Şura rəhbərliyinin Böyük Britaniyaya səfəri sentyabrın 8-də başlayacaq və 2 gün davam edəcək.

Bu haqda xəbəri “Yeni Müsavat” Milli Şuradakı qaynaqdan alıb. Milli Şura sədri Rüstəm İbrahimbyovun rəhbərlik edəcəyi nümayəndə heyətində Müsavat başqanı İsa Qəmbər, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, El hərəkatının sədri Eldar Namazov təmsil olunur. Səfər zamanı Milli Şura üzvlərinin Böyük Britaniyanın bir sıra rəsmi şəxsləri, eyni zamanda ictimai sektor nümayəndələri ilə görüşü gözlənilir.

Onu da vurğulayaq ki, öncədən 1 həftə müddətinə nəzərdə tutulan səfər proqramına Cəmil Həsənlinin seçki prosesi ilə bağlı mütləq qaydada Azərbaycanda olması ilə bağlı korrektə edilib.

Gürcüstanın xarici ölkələrdəki səfirləri Tiflisə toplaşıb

altGürcüstan paytaxtında ölkənin xaricdə akkreditə olunmuş səfirləri və digər diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüş başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstanın baş naziri Bidzina İvanişvili açıb. Sonra xarici işlər naziri Maya Pancikidze Gürcüstanın xarici siyasəti, bu siyasətin əsas istiqamətləri haqqında məruzə ilə çıxış edib.

Çıxışlardan sonra görüş jurnalistlər üçün qapalı davam edib. Toplantı sentyabrın 4-də yekunlaşacaq.

Bəşər Əsəd: “Suriya xarici təcavüzə qarşı durmağa hazırdır“

alt

"Suriya müvəffəqiyyətlə xarici təcavüzə qarşı duracaq, necə iki il yarım ölkə daxilində təcavüzlə mübarizə aparır"

Bu barədə Suriya prezidenti Başar Əsəd bildrib.

"Suriya, onun dözümlü xalqı və şanlı ordusu istənilən xarici təcavüzə qarşı durmağa hazırdır, necə ki, hər gün daxili təcavüzə qarşı durur və qalib gəlir, o, isə yekunda ölkənin bütün ərazisində sabitliyin qurulmasına gətirib çıxaracaq," - Əsəd deyib.

ABŞ prezidenti Barak Obama bundan əvvəl nümayəndələr palatasından və senatdan Suriyada hərbi əməliyyatın keçirilməsinə razılığını rəsmi tələb edib.

Ermənistanın baş naziri Azərbaycana gəlib

altErmənistanın baş naziri Tiqran Sərkisyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.

Modern.az erməni mətbuatına istinadən bildirir ki, Tiqran Sərkisyan qondarma qurumun öz “müstəqilliyini” elan etməsinin 22-ci ildönümü ilə bağlı keçiriləcək tədbirlərə qatılacaq.

Erməni baş nazir səfəri zamanı separatçı rejimin başçısı Bako Saakyanla görüşüb.

İlham Əliyev Özbəkistan prezidentini təbrik edib

altAzərbaycan prezidenti İlham Əliyev Özbəkistan prezidenti İslam Kərimovu bu ölkənin milli bayram – Müstəqillik Günü münasibətilə təbrik edib.


APA-nın xəbərinə görə, təbrik məktubunda Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin yüksək səviyyədə olduğu, bunun xüsusi məmnunluq doğurduğu vurğulanıb: “Ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq durmadan genişlənir, ənənəvi dostluq əlaqələri möhkəmlənir. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş birgə səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcvək”.

Daha 3 nəfərin prezidentliyə namizədliyi təsdiqləndi

altMərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında daha 3 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı müraciətlər müzakirə olunub.

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 29 avqust tarixli iclasının protokolu təsdiqlənib.

Sonra Rauf Zakir oğlu Quliyevin prezidentliyə öz təşəbbüsü ilə irəli sürülmüş namizədliyinin təsdiq olunmasına baxılıb. MSK katibi Arifə Muxtarova məlumat verib ki, R. Quliyevin namizədliyinin irəli sürülməsi məsələsi araşdırılıb və bu məsələnin hüquqi əsasların olması müəyyən edilib. MSK açıq səsvermə yolu ilə sözügedən şəxsin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Daha sonra R. Quliyevin səlahiyyətli nümayəndələri də qeydə alınıb.

Gürcüstanın bölgələrin inkişafı naziri Marneulidə həyata keçirilən infrastruktur layihələri ilə tanış olmuşdur

Gürcüstanın bölgələrin inkişafı və infrastruktur naziri David Narmania azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonunda həyata keçirilən infrastruktur layihələri ilə tanış olmuşdur.
Rayonun Qullar kəndində bərpa olunmuş yolun açılış mərasimində iştirak edən nazir yerli sakinlərlə görüşmüşdür. Bildirilmişdir ki, yolun bərpasına 1.397.600 lari (1 dollar 1,65 laridir) xərclənmişdir.
David Narmania qeyd etmişdir ki, bölgədə infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcək, Qullar kəndi sakinlərinin istəyi nəzərə alınaraq yolun mərkəzi avtomagistraladək olan hissəsinin də təmiri üçün tədbirlər görüləcəkdir.
Rayon icra hakimiyyətinin Qullar kəndi üzrə nümayəndəsi Qəşəm Qarayev kənd yolunun son 30 ildə ilk dəfə əsaslı təmir olunduğunu qeyd etmiş, kənd sakinləri adından nazirə təşəkkürünü bildirmişdir.
Nazir rayonun digər kəndlərində də həyata keçirilən infrastruktur layihələrinin icrası ilə də tanış olmuşdur.

ABŞ Konqresindən növbəti anti-Azərbaycan addım

alt

ABŞ Konqresinin üzvləri Frenk Pallone və Maykl Qrimm qondarma DQR-in müstəqilliyinin 22 illiyi münasibətilə Bako Saakyana təbrik ünvanlayıb. 

Konqresmenlər məktubda münaqişənin sülh yolu ilə həllinə ümid etdiklərini bildiriblər. 
Maraqlıdır ki, konqresmenlər qoşunların təmas xəttində atəşkəsin tez-tez pozulduğunu bildirərək bunda Azərbaycan tərəfini günahlandırıblar. 

Konqresmenlər qondarma DQR-ə dəstəyi, beynəlxlaq aləmdə “DQR-in” müstəqillyinin tanınması istiqamətində fəaliyyəti bundan sonra da davam etdirəcəklərini vurğulayıblar. 

İlham Əliyev: “Biz mütləq o torpaqlara qayıdacağıq“

alt

“Torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində bütün infrastruktur bərpa ediləcək”

Biz mütləq o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik və yenidən bütün şəhərləri quracağıq, tikəcəyik. Bunu avqustun 29-da Ağcabədidə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı prezident İlham Əliyev deyib. Dövlət başçısı əmin olduğunu bildirib ki, “Böyük qayıdış” proqramı qısa müddət ərzində icra ediləcək və bütün infrastruktur, binalar, xəstəxanalar, məktəblər, iş yerləri açılacaq.

“Hazırda işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Füzuli rayonunun bir hissəsində görülən işlər onu göstərir ki, biz bütün bərpa işlərini qısa müddət ərzində görə bilərik. Hazırda hər il 20 min köçkün müasir evlərlə, mənzillərlə təmin edilir. Yəni, demək olar ki, hər il biz bir şəhər boyda qəsəbələr, evlər, mənzillər tikib veririk köçkünlərin sərəncamına. Ona görə torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində bütün infrastruktur bərpa ediləcək və bu gün işğal altında olan torpaqlara yeni həyat veriləcək”, - deyə prezident vurğulayıb.

Saytda Axtarış

Son xəbərlər