Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün412
DünənDünən957
Bu həftəBu həftə9613
Bu ayBu ay47351
Bu günə qədərBu günə qədər7474685

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

ATƏT prezident seçkiləri ilə bağlı hesabat açıqladı

alt

 
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Azərbaycanda prezident seçkiləri ilə bağlı ikinci aralıq hesabatını açıqlayıb.

Hesabat 16-28 sentyabr tarixləri arasında seçkiqabağı situasiyanın və seçki kampaniyasının müşahidəsi əsasında hazırlanıb.

Sənəddə deyilir ki, seçki kampaniyasında diqqət konkret siyasi platformaların üzərində deyil, şəxslərin üzərində cəmləşib. Kampaniyada konkret müzakirələr çatışmır”.

Hesabatda seçkilərə texniki hazırlığın bütün səviyyələrdə davam etdiyi, 5273 daimi və 219 xüsusi seçki məntəqəsinin, eləcə də ölkə xaricində 38 seçki məntəqəsinin yaradıldığı, qeydiyyatdan keçmiş seçicilərinin sayının 5 016 365 nəfər olduğu bildirilir.

Sənəddə o da qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinə seçkilərlə bağlı 9 müraciət daxil olub. Namizədlərin qeydiyyatı ilə bağlı şikayətlərə hələlik Ali Məhkəmədə baxılır. Hesabatda bildirilir ki, qeydiyyata alınmaqdan imtina edilmiş namizədlərin müraciətləri hətta təmin olunsa belə, onların seçki kampaniyası aparmaq üçün çox az vaxtları qalır.

Serj Sərkisyan Səməd Seyidovla dalaşdı- Qalmaqal

alt

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün keçirilən iclasında qurum üzvlərinin suallarını cavablandıran Ermənistan prezidenti Serj Sərkisyanla Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov arasında qalmaqal yaşanıb.

Modern.az saytı xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Serj Sərkisyana sual verərkən ona Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edildiyini xatırladıb və deyib ki, bu azmış kimi ermənilər Türkiyə və Gürcüstan ərazilərinə də iddia edirlər.

Səməd Seyidovun sualı Serj Sərkisyanı əsəbləşdirib. Ermənistan prezidenti Səməd Seyidovun sualına cavab olaraq bildirib ki, Ermənistanın qonşularına qarşı heç bir ərazi iddiası yoxdur. Gürcüstanın Çavxateya bölgəsinə iddiası ilə bağlı məsələyə bildirən Sərkisyan bunu “ilk dəfə eşitdiyini”, iki qədim və dost xalq arasında danışıqlarla həll edilməyəcək məsələnin olmadığını bildirib.

Bundan əlavə, Sərkisyan deyib ki, “Ermənistan Dağlıq Qarabağın qarantıdır və Azərbaycanın Dağlıq Qarabağla müharibə elan edəcəyi təqdirdə Ermənitan bütün resurları ilə onu müdafiə edəcək”.

Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal edilməsi faktına münasibət bildirərkən isə işğalçı dövlətin başçısı həyasızcasına deyib ki, Azərbaycanın torpaqlarını ermənilər işğal etməyib.

“Azərbaycan müharibə ilə bağlı fikirlər səsləndirməkdən vaz keçsin. Yeni müharibə olarsa, Azərbaycanın dediyi 20 faiz deyil, 25 faiz və hətta artığı da işğal ediləcək” deyə Sərkisyan həyazıscasına nitqini başa vurub.

“Azərbaycan bizim düşmənimiz deyil”

alt

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Ermənistan prezidenti Serj Sərkisyan çıxış edib. 

Sərkisyan çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi barədə danışıb. Erməni dövlət başçısı bildirib ki, Dağlıq Qarabağla bağlı hadisələr neqativ məcraya yönələrsə, Ermənistan öz gücünə etibar edəcək.

İşğalçı dövlətin rəhbəri Azərbaycanla münasibətlərdən də söz açarkən belə deyib. “Azərbaycan bizim düşmənimiz deyil. Biz problemi sülh yolu ilə həll edə bilərik”-deyən Ermənistan prezidenti Qarabağda qurduqları separatşı rejim haqda sərsəm fikirlərini də dilə gətirib. 

“Qarabağdakı demokratiya qonşu ölkələrlə müqayisədə daha yaxşıdır”-deyə S.Sərkisyan yenə öz ampluasında danışıb.

Səfər Əbiyev Yunanıstan səfiri ilə görüşdü

alt

Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqası qəbul edib.

Yeni səfiri təyinatı münasibətilə təbrik edən nazir Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüş zamanı səfir D.Tsounqas bütün sahələr üzrə ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib.

Beynəlxalq təşkilatların, Avropanın aparıcı dövlətlərinin, xüsusilə, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün fəaliyyətlərini gücləndirmələrinə ciddi ehtiyac olduğunu bildirən S.Əbiyev əks təqdirdə bölgədə arzuolunmaz ağır problemlərin yaranacağını vurğulayıb.

Müharibənin hələ bitmədiyini xatırladan nazir Ermənistanı bir daha Azərbaycan torpaqlarını azad etməyə çağırıb: "Tezliklə Ermənistan bu təcavüzkar siyasətindən geri çəkilməsə, Azərbaycan Ordusu torpaqlarının işğaldan azad edilməsi üçün öz üzərinə düşən vəzifəni icra etmək məcburiyyətində qalacaq".

Görüş zamanı digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

İlham Əliyev və xanımı AZAL-da

alt

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 2-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, "Azərbaycan Hava Yolları" QSC-nin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi Azərbaycan Respublikasının hava məkanında və bütün aeroportlarında uçuşların idarəedilməsi ilə məşğuldur. Bu idarə Beynəlxalq Mülki Aviasiya Təşkilatı - İKAO-nun tələblərinə uyğun olaraq 1996-cı il aprelin 1-də yaradılıb və Almaniyanın sertifikatlaşdırma orqanı - DQS-nin İSO keyfiyyət sertifikatını alıb. Qurum Azərbaycan Respublikasının quru və su sərhədlərinə ümumilikdə 165,4 min kvadratkilometr ərazidə hava gəmilərinin uçuşlarını idarə edir. Bu idarə tərəfindən xidmət göstərilən hava dəhlizinin uzunluğu 8 min kilometrdən çoxdur.

Diqqətə çatdırılıb ki, dünyanın çoxlu sayda aviaşirkətləri Avropadan Asiyaya və geriyə uçuşlar həyata keçirərkən Azərbaycan Respublikasının hava məkanına daha çox üstünlük verirlər. "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi 2012-ci ildə 130 min, o cümlədən 80 min tranzit hava gəmisinə xidmət göstərib. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşlar həyata keçirən aviaşirkətlərin sayı artmaqdadır. Respublikamızın hava məkanından təyyarələrin artan axınının buraxılış qabiliyyətini təmin etmək məqsədi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binası istismara verilib.

Qeyd edildi ki, Baş Mərkəzin yeni binasının ümumi sahəsi beş min kvadratmetrdir. Dispetçer qülləsi daxil olmaqla binanın hündürlüyü 65 metrdir. Bina memarlıq quruluşu ilə seçilməklə Heydər Əliyev Beynəlxalq Aeroportunda aerovağzal terminalı daxil olmaqla bütün bina və komplekslərlə uyğunluq təşkil edir.

Binanın birinci mərtəbəsində "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Administrasiyası, virtual muzey, Aviasiya Meteoroloji və Aeronaviqasiya İnformasiya mərkəzləri, "Azəraeronaviqasiya" İdarəsinin inkişaf və uçuşların təhlükəsizliyi şöbələri, ixtisaslaşdırılmış treninqlərin keçirilməsi üçün müasir avadanlıqla təchiz olunmuş otaqlar, konfrans zalları, yeməkxana, server və rabitə mərkəzi (İP ATS), fasiləsiz elektrik qidalandırıcı mərkəz, havalandırma sistemləri avadanlığı olan texniki otaqlar yerləşir.

Binada Avropa istehsalı olan iki lift quraşdırılıb. Liftlərdən biri ikinci mərtəbəyə, digəri isə 65 metr hündürlükdə yerləşən Hava Hərəkətinin İdarəedilməsi qülləsinə qalxır.

Mərkəzin ikinci mərtəbəsində Baş Hava Hərəkətini İdarəetmə Mərkəzinin əməliyyat zalı yerləşir. Əməliyyat zalından Azərbaycan Respublikasının bütün ərazisində hava hərəkətinin idarə edilməsi və nəzarəti həyata keçirilir. Mərkəzdə quraşdırılmış hava hərəkətinin idarə edilməsinin ən müasir avtomatlaşdırma sistemi - "AIRCON 2100" dünyada məşhur olan istehsalçı - İspaniyanın "İndra" şirkətindən alınıb.

Bu mərtəbədə Hava Hərəkətinin İdarəedilməsi dispetçerlərinin həm standart, həm də qəza vəziyyətlərinə hazırlanması və təkmilləşdirilməsi üçün yeni trenajor kompleksi yerləşir. Burada Hava Hərəkəti İdarəsi qülləsinin radiolokasiya nəzarəti və vizual müşahidə üçün dispetçer trenajoru quraşdırılıb.

Dispetçer İdarəetmə Məntəqəsindən ətraf ərazilər 360 dərəcədə müşahidə edilə bilir. Burada aerodromda uçuşların idarə edilməsi avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş dispetçer masaları (konsollar), hava-yer ultraqısa dalğalı (UQD) radiorabitə sistemi, perronda hava gəmisinin hərəkətinə videomüşahidə sistemi quraşdırılıb.

Mərkəzdə yaradılmış şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı idarənin kollektivi ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Bidzina İvanişvili "Gürcü Arzusu" Koalisiyasının prezidentliyə namizədin seçkiqabağı görüşündə iştirak edib - DalgaTV VİDEO

Bidzina Ivanishvili 021012

Bu gün "Gürcü Arzusu" Koalisiyasının prezidentliyə namizədi Georgi Marqvelaşvili Gürcüstanın Kaxeti bölgəsində seçicilərlə görüş keçirib.
Bidzina İvanişvili Telavi əhalisinə müraciət edib ki, seçkilərdə Georgi Marqvelaşvilini dəstəkləsinlər.
"Georgi sakit, səmimi, dürüst, xalqını və vətəni sevən bir insandır," - Baş Nazir Georgi Marqvelaşvilini təqdim edərkən deyib.

Hakimlərin və Ədliyyə Şurası işçilərinin maaşları artacaq - DalgaTV VİDEO

Bidzina Ivanishvili 021012

Bu gün Gürcüstan Baş Naziri və Maliyyə naziri Ədliyyə Şurasının katibi Levan Murusidze ilə görüşüb. Görüşdə Hakimlərin sosial təminatlarla təmin edilməsindən əlavə, həmçinin, Məhkəmə İslahatlarının həyata keçirməsində Ədliyyə Şurasının rolunun artırılması haqda qərar qəbul edilib.
"Bu Demokratik yolla seçilmiş gənc məhkəmənin müstəqilliyi üçün məsuliyyət daşıyır. O arzu edir ki, hakim həm inam, həm prestij qazansın, məhkəmə isə müstəqil olsun. Əminəm ki, bizim hakimiyyətin üzvləri məhkəmənin işinə qarışmağa cəsarət etməzlər, çünki bu ağır cəzalandırılacaq. Lakin hər bir hakimin əvvəlki hökümətin öhdəliklərindən azad olması vacibdir. Bu insan onun təminatıdır" - deyə İvanişvili görüşün sonunda vurğulayıb.

 

İvanişvili: "Bu gün böyük qələbə qünüdür"

alt

Koalisiya "Gürcü Arzusu"-nun seçkilərdə qələbə qazanmasının birinci il dönümü ilə bağlı yürüş Azadlıq Meydanından "Gürcü Arzusu"-nun baş ofisi istiqamətində yekunlaşıb.
İvanişvili toplanmış xalqa müraciət edib. O qeyd edib ki, bu gün böyük qələbə günüdür və o çox sevinir ki, burada yığılmış cəmiyyət əksəriyyəti gənc nəslin nümayəndələridir.
Baş Nazir cəmiyyəti seçkilərdə iştirak etməyə və Giorgi Marqvelaşviliyə səs verməyə çağırıb.

İsrailin Azərbaycandakı səfiri Şəkidə olmuşdur

altİsrailin Azərbaycandakı səfiri Rafael Harpaz respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində oktyabrın 1-də Şəki şəhərində olmuşdur.
Şəhər icra hakimiyyətində  keçirilən görüşdə səfirə Şəkinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı və zəngin sənətkarlıq ənənələri barədə ətraflı məlumat verilmişdir. Qonağın diqqətinə çatdırılmışdır ki, bu günlərdə 2701 illiyi tamam olan Şəki dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidələri ilə də məşhurdur. Bölgənin sənaye potensialının böyük hissəsini özündə cəmləşdirən bu şəhərdə qədim ipəkçilik ənənələri indi də davam etdirilir. “Şəki-İpək” ASC-nin istehsal etdiyi məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur.
İsraillə Azərbaycan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdirildiyini vurğulayan səfir Rafael Harpaz regionlara səfərinin mövcud münasibətləri daha da dərinləşdirmək və genişləndirmək məqsədi daşıdığını bildirmişdir. Səfir gələcəkdə quşçuluq təsərrüfatlarının və şitilxanaların yaradılmasında, turizm və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduqlarını diqqətə çatdırmışdır.
Səfirə Şəki ilə bağlı buklet və kitablar hədiyyə olunmuşdur.
Daha sonra səfir və onu müşayiət edən şəxslər şəhərin görməli yerlərini gəzmiş, Kiş kəndindəki erkən orta əsrlərə aid qədim alban məbədini və Azərbaycan milli memarlığının nadir incilərindən sayılan Şəki xanlarının sarayını ziyarət etmiş, “Şəki-İpək” ASC-də, şərab zavodunda, heyvandarlıq kompleksində və digər sənaye müəssisələrində olmuşlar.

İlham Əliyev və xanımı pansionatın açılışında- Bilgəhdə

alt

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Dövlət başçısı pansionatın yenidənqurmadan əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxıb.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatda yaradılmış şəraitlə tanış olublar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlət başçısına və xanımına məlumat verib ki, 1964-cü ildən fəaliyyət göstərən pansionatda əsaslı təmir və yenidənqurmadan sonra müharibə və əmək əlillərinin rahat yaşamaları və istirahəti üçün hər cür şərait yaradılıb. Pansionat üçün sahəsi 10687 kvadratmetr olan 165 otaqlı yeni korpus tikilib.

Bildirilib ki, təmirdən əvvəl pansionatda 160-a qədər sakin yaşayırdısa, təmirdən sonra onların sayı 300-ə çatıb.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pansionatın sakinləri ilə görüşdülər, çay süfrəsi arxasında söhbət ediblər.

Sonda xatirə şəkli çəkdirilib. 

“Azərbaycan tolerant ölkədir”

alt

“Öz milli və dini tolerantlığı ilə ad çıxarmayan Cənubi Qafqaz ölkələri arasında Azərbaycan tamam fərqli mövqeyə malikdir. Çünki bu ölkə bütün dini etiqadları və etnik azlıqları təşviq edir”.

Bunu Böyük Britaniya Parlamentinin üzvü, Hərrou İst əyalətindən seçilmiş millət vəkili, Yerli Özünüidarə və Biznes Komitəsinin üzvü Bob Bləkman (Bob Blackman) Avropa Azərbaycan Cəmiyyətinin (AAC) sorğusuna cavabında deyib.

B. Bləkman bildirib ki, Suriya, Yaxın Şərq və Şimali Afrikada radikal İslamın baş qaldırdığı, Misirdə isə xristianların təzyiq altında olduğu bir zamanda yaşayırıq: “Xristian ölkəsi olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycandakı xristian və yəhudi icmalarının inkişafı üçün hər cür şərait yaradılıb. Bu, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi yolundan dönməzliyinin bariz göstəricisidir.

Həmin faktı qəbul etmək və alqışlamaq lazımdır. Bundan əlavə, beynəlxalq ictimaiyyət beynəlxalq hüquqa əməl olunması və Azərbaycan torpaqlarının geri qaytarılması üçün daha çox iş görməlidir. Azərbaycan açıq şəkildə nümayiş etdirib ki, bütün dinlərə qarşı, sadəcə, tolerantlıq göstərilmir, eyni zamanda, bu dinlər təşviq olunur. Odur ki, işğal altında olan torpaqlar arxayınlıqla Azərbaycanın nəzarətinə qaytarıla bilər. Azərbaycan tolerant ölkədir və işğal edilmiş torpaqlar geri qaytarılmalıdır”. 

Rusiya azərbaycanlıları İlham Əliyevin namizədliyini dəstəkləyir

alt

Ümumrusiya Azərbaycan Konqresi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Moskva İttifaqlar Evinin Sütunlu zalında mədəni kütləvi tədbir təşkil edib.

Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçkilərində namizədliyinə dəstək məqsədilə keçirilən tədbirdə Moskva və Moskva vilayətindən 1000-dən çox soydaşımız iştirak edib.

İştirakçılar arasında Rusiya vətəndaşı olan akademiklərimiz Əhməd İskəndərov və Məmməd Əliyev də olub.

Konqresin prezidenti, akademik Məmməd Əliyev çıxışında qeyd edib ki, ölkəmizin ən tarixi və məsuliyyətli gününə diaspor artıq yekdil seçimlə gedir: "İlham Əliyev - ona alternativ yoxdur".

Saytda Axtarış

Son xəbərlər