Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün790
DünənDünən1597
Bu həftəBu həftə7825
Bu ayBu ay5103
Bu günə qədərBu günə qədər7493320

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

"Milli Hərəkat" Axalaianın kamerasında audio yazıları qanunsuz hesab edir - DalgaTV VİDEO

alt

"Audio yazı bir mənalı olaraq, qanunsuzdur. Bu, o deməkdir ki, məhkum Bacho Axalaianın vəkil və hüquqlarını qoruyanlarla söhbət etmək imkanı yoxdur," - bunu "Milli Hərəkat"-ın mərkəzi ofisində parlament azlığının nümayəndəsi Georgi Vaşadze deyib.
Vide-müşahidə isə, Vaşadzenin sözlərinə görə, razılıqladır və bunu etmək mümkundur.
Onun sözlərinə görə, ittiham olunan şəxs müdafiə strategiyasını işləyərkən və əsas aksentlər etmək niyyətində olduğu zaman, bu haqqda məlumat dərhal cəzaçəkmə nazirliyinə və prokurorluğa daxil olur. Bu isə qadağandır.

ATƏT DTİHB-nin direktoru Azərbaycana gələcək

Gələn həftə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanez Lenarçiç Bakıya gələcək.

Büronun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməkdir.

Y.Lenarçiç səsvermə günü bir sıra seçki məntəqələrinə baş çəkəcək.

Qeyd edək ki, ATƏT DTİHB rəsmi Bakının rəsmi dəvəti ilə Azərbaycana qısamüddətli və uzunmüddətli müşahidə missiyası göndərmək barədə qərar qəbul edib.

Prezident idmançılar haqqında sərəncam imzaladı

alt

Prezident İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama görə, İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

1. birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.

İlham Əliyev: "Azərbaycan idman dövlətidir"

alt

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və idman mütəxəssisləri ilə görüşüb.

İdmançılarımızı İslam Həmrəyliyi Oyunlarında qazanılmış qələbələr münasibətilə təbrik edən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan üçün uğurlu olan bu oyunlarda idmançılarımız ümumilikdə 24 medal qazanmışlar ki, onlardan da 6-sı qızıldır. "Bu qələbə onu göstərir ki, Azərbaycan idman dövlətidir. Ölkəmizdəki idman qurumlarının hamısı bir məqsədə xidmət edir ki, Azərbaycanın uğurları daha da artsın", - deyən Prezident İlham Əliyev ölkəmizin dünyada İslam həmrəyliyinin daha da gücləndirilməsi işinə töhfə verdiyini, bu sahədə öz səylərini gücləndirdiyini bildirib.

Dövlətimizin başçısı qeyd etdi ki, 2009-cu ildə Bakı "İslam mədəniyyətinin paytaxtı" olmuş, 2018-ci ildə isə Naxçıvan bu missiyanı yerinə yetirəcəkdir. İslam Həmrəyliyi Oyunlarında qazanılan qələbələrin təsadüfi xarakter daşımadığını deyən Azərbaycan Prezidenti keçənilki London Olimpiya Oyunlarında 10, bu il Kazanda keçirilən universiadada isə 16 medal qazanıldığını bildirib.

Dövlətimizin başçısı vurğuladı ki, bu qələbələrin təməlində düşünülmüş siyasət dayanır. Təsadüfi deyildir ki, idmançılar üçün yaradılan şərait daha da yaxşılaşır və bu gün Azərbaycanda 40 Olimpiya mərkəzi fəaliyyət göstərir, bununla da idmanın kütləviliyi təmin olunur.

Ölkəmizdə mötəbər beynəlxalq yarışların keçirilməsinin ənənəyə çevrildiyini deyən Azərbaycan Prezidenti qeyd edib ki, 2015-ci ildə ilk Avropa Oyunları Bakıda keçiriləcək və hazırlıq işləri ən yüksək səviyyədə aparılır. 2017-ci ildə isə Bakı növbəti İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Prezident İlham Əliyev dövlətin idmançılara olan dəstəyinin bundan sonra da davam etdiriləcəyini vurğuladı və əmin olduğunu bildirdi ki, idmançılarımızı qələbələrə aparan məhz Vətən sevgisidir.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov idmanın karate növündə idmançılarımızın İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etdiyini diqqətə çatdırıb. O, beynəlxalq aləmdə ölkəmizin idman dövləti imicini daha da möhkəmləndirdiyini bildirib.

İslam Həmrəyliyi Oyunlarında idmanın karate növündə qızıl medalın sahibi Ayxan Mamayev oyunların idmançılarımız üçün uğurlu olduğunu vurğulayıb.

Taekvondo üzrə milli komandanın baş məşqçisi Gündüz Abdullayev qeyd etdi ki, İslam Həmrəyliyi Oyunlarında taekvondoçularımız uğurla çıxış etmiş, 4 medal qazanıblar.

Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək Oyunların keçirildiyi Palembanq şəhərində "Bakı 2017" Təşkilat Komitəsi tərəfindən IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsinə həsr olunan "Azərbaycan günü"nün yüksək səviyyədə təşkil edildiyini bildirib.

Görüşə yekun vuran Prezident İlham Əliyev qeyd etdi ki, hər bir idmançının qazandığı qələbə gənc nəsil arasında nümunəyə çevrilir, onları idmanla məşğul olmağa həvəsləndirir. "Heç bir dövrdə Azərbaycan idmanı indiki qədər güclü olmayıb", - deyən dövlətimizin başçısı müstəqillik illərində ölkəmizin bir çox uğurlara imza atdığını, Olimpiya sıralamasında Azərbaycanın 200 ölkə arasında 30-cu yerdə qərarlaşdığını bildirdi, ölkəmizi tanıtmaq üçün idman və mədəniyyətin güclü vasitə kimi çıxış etdiyini söyləyib.

Prezident İlham Əliyev idmançılarımızı parlaq qələbələri münasibətilə bir daha təbrik edib.

DİN-dən Cəmil Həsənli açıqlaması

alt

Azərbaycan Daxili İşlər Nazirliyi prezidentliyə namizəd Cəmil Həsənlinin Lənkərandakı səlahiyyətli nümayəndəsinin sakinlərlə görüşü zamanı polisin mənzilə basqın etməsi və ona rayondan çıxarılması ilə bağlı xəbərdarlıq edilməsi barədə yayılan məlumatın həqiqətəuyğun olmadığını bəyan edib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Orxan Mansurzadə açıqlamasında bildirib ki, Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi, AXCP-nin sədr müavini Nurəddin Məmmədlinin oktyabrın 3-də seçicilərlə görüşü zamanı polislərin mənzilə basqın etməsi, N.Məmmədlinin və bir neçə şəxsin polis bölməsinə aparılması barədə yayılan məlumat böhtan xarakterlidir, tam yalandır və heç bir hüquqi əsası yoxdur.

Prezidentlə bağlı qanun layihəsi hazırlanır

alt

Azərbaycan prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında qanun layihəsinin hazırlanmasına başlanılıb.

Layihə parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Bunu layihənin təşəbbüsçüsü, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.

O qeyd edib ki, layihənin hazırlanmasına şəxsən özü rəhbərlik edir: “Bunun üçün biz Konstitusiyanın 106-cı maddəsini əsas götürmüşük. Artıq layihənin adı da rəsmi olaraq müəyyənləşib. Sənəd “Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətinin qorunması haqqında” qanun layihəsi adlanır”.

Z.Əsgərov qeyd edib ki, qanun layihəsi yaxın zamanlarda işlənib qurtardıqdan sonra müəyyən ekspertizalardan keçəcək və payız sessiyasında müzakirəyə çıxarılacaq: “Buna çox ciddi ehtiyac var. Çünki prezidenti xalq seçir, ona ali səlahiyyətlər verilir. Ona görə də prezidentin şərəf və ləyaqətinin qorunması çox vacibdir. Nəzərə alaq ki, Konstitusiyanın 106-cı maddəsi də bunu tələb edir”.

Qeyd edək ki, Milli Məclisin son iclasında Z.Əsgərov seçki kampaniyası ərəfəsində müəyyən qüvvələr tərəfindən ölkə başçısına qarşı yönəldilmiş təhqir və böhtanları əsas gətirərək, prezidentin hüquqi baxımdan qorunmasında boşluq olduğunu bildirib. O bununla bağlı xüsusi qanun layihəsinə ehtiyac olduğunu əsaslandıraraq qanun layihəsi hazırlanmasını təklif edib.

Rusiya nümayəndələri Azərbaycanda seçkiləri müşahidə edəcək

alt

Rusiya Federasiya Şurasının nümayəndə heyəti oktyabrın 9-da keçiriləcək prezident seçkilərində müşahidə aparmaq üçün Azərbaycana gələcək.

Nümayəndə heyətinə Federasiya Şurasının sədr müavini İlyas Umaxanov rəhbərlik edəcək.

Bundan başqa, nümayəndə heyətinə Federasiya Şurasının Elm, təhsil, mədəniyyət və informasiya siyasəti komitəsinin sədr müavini Viktor Lopatnikov və Federativ quruluş, yerli özünüidarəetmə və Şimalla iş komitəsinin üzvü Nikolay Maksyuta daxildir.

Seçki bülletenləri DSK-lara çatdırıldı

alt

Seçki bülletenlərinin çapı və Dairə Seçki komissiyalarına (DSK) çatdırılması prosesi yekunlaşıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.

M. Pənahov bildirib ki, bülletenlərin çatdırılması prosesində heç bir qanun pozuntusuna yol verilməyib, bülletenlər qanunauyğun şəkildə DSK-lara çatdırılıb.

MSK sədri əlavə edib ki, müşahidəçilərin qeydiyyatı məsələsində də hər hansı problem yoxdur: “MSK özü də bu məsələdə neqativ halların baş verməməsində maraqlıdır. Bütün müşahidəçilərə seçki tam başa çatana qədər şərait yaradılmalıdır. Seçki məntəqələrindən dairələrə qədər bu məsələyə diqqət yetirilməlidir”.

ABŞ Konqresi Üzvlərinin İspandilli Fraksiyası İnstitutunun təntənəli gecəsi olmuşdur

altAzərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov ABŞ Konqresi Üzvlərinin İspandilli Fraksiyası İnstitutunun sədri, konqresmen Ruben İnoxosun dəvəti ilə bu institutun 36-cı ənənəvi təntənəli gecəsində iştirak etmişdir.
Fraksiyanın hər il təşkil etdiyi bayram gecəsində institut ABŞ-ın ispandilli icmasının, habelə Amerika iqtisadiyyatı, mədəniyyəti və təhsilinin sürətlə inkişaf etməsində xüsusi xidməti olan icma nümayəndələrinə mükafatlar təqdim edir.
Konqresmen Ruben İnoxos gecəni açdıqdan sonra bir neçə qanunverici və ispandilli icmanın nümayəndəsi çıxış etmişdir. Sonra icmanın görkəmli üzvlərinə üç kateqoriyada - 2013-cü ilin mükafatları təqdim olunmuşdur. Konqresin Üzvlərinin İspandilli Fraksiyası İnstitutu sədrinin medalı ABŞ-ın cənub ştatlarında tanınan doktor, Texas Universitetlər Sisteminin prezidenti Fransisko Qonsales Siqarroaya, təhsil, elm, təbabət və vətəndaş hüquqları sahəsində Amerikanın fərqlənmə arzusu medalı ABŞ-ın İspandilli İcmasının Liderlik İnstitutunun prezidenti, doktor Xuan Andradedəyə, incəsənət, əyləncə, musiqi və idman sənayesi sahəsində fərqlənmə medalı məşhur aktrisa, rejissor və prodüser Salma Xayekə verilmişdir. Gecə Puerto-Riko müğənnisi və Emmi mükafatının sahibi Olqa Tanyonun konserti ilə yekunlaşmışdır.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov üç minlik auditoriyaya fəxri qonaqlar sırasında təqdim olunmuşdur. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ABŞ-dakı nümayəndəliyinin başçısı Rauf Məmmədov və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova da iştirak etmişlər.
Birləşmiş Ştatların ən iri azlıqlarından biri olan ispandilli icmanın nümayəndələri ABŞ-ın siyasi və sosial həyatında getdikdə daha böyük yer tuturlar. Məsələn, artıq Kaliforniya ştatında əhalinin çox hissəsini ispandillilər təşkil edirlər.

Ədliyyə naziri Sumqayıtda vətəndaşları qəbul etdi

alt

Oktyabrın 3-də ədliyyə naziri Fikrət Məmmədov Sumqayıt şəhərində Abşeron, Qobustan, Xızı rayonlarında, Sumqayıtda və digər bölgələrdə yaşayan vətəndaşları, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünləri qəbul edib. Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə bağlı hər bir vətəndaş dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub. 

Səfər zamanı ədliyyə naziri yerli, habelə regional ədliyyə və məhkəmə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşüb, onların fəaliyyəti və iş şəraiti ilə tanış olub, problemlərlə maraqlanıb, işin səmərəliliyinin artırılması üzrə tövsiyələrini verib.

İlham Əliyev Sumqayıtda səfərdə olub

alt

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

Əvvəlcə dövlət başçısı Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezidentə ölkənin ən iri sənaye mərkəzlərindən biri olan Sumqayıtın sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib.

Sonra prezident İ. Əliyev 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlət başçısı şəhər ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.

Prezident İ. Əliyev əsaslı təmir və yenidənqurmadan sonra xəstəxanada yaradılmış şəraitlə tanış olub. Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, 225 çarpayılıq xəstəxana ən müasir tibbi avadanlıqla təchiz edilib.

Daha sonra prezident Sumqayıt Şəhər Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda görülmüş abadlıq işləri ilə tanış olub.

Azərbaycan prezidenti Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə də maraqlanıb.

Dövlət başçısı, həmçinin mərkəzin ətrafında yerləşən Heydər Əliyev Parkında görülmüş işlərlə tanış olub.

Prezident İ. Əliyev Sumqayıta səfəri çərçivəsində “Sağlam qida” aqrar sənaye kompleksinin açılışında da iştirak edib. İqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat verib ki, kompleks dövlətin güzəştli krediti və sahibkarın vəsaiti hesabına inşa olunub. Prezident müəssisəni işə salıb, istehsal prosesini izləyib, hazır məhsullara baxıb.

Sonra dövlət başçısı dəyirman kompleksi və taxıl anbarını işə salıb.

Prezident İ. Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib. ARDNŞ prezidenti Rövnəq Abdullayev prezidentə məlumat verib ki, park sosial və sənaye zonalarından ibarətdir. Parkın ərazisi altı sənaye zonasına bölünür.

Prezident İlham Əliyev Sumqayıtda metal boru zavodunun açılışında da iştirak edib. Dövlət başçısı zavodu işə salıb, istehsal prosesini izləyib.

Bununla da, səfər başa çatıb.

Namizədlərin səkkizinci debatı: QARŞILIQLI İTTİHAMLAR - Video

alt

Bu gün prezidentliyə namizədlər sayca səkkizinci dəfə İTV-də canlı debatda olublar. DalgaTV.ge həmin debatı təqdim edir:

Saytda Axtarış

Son xəbərlər