Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün725
DünənDünən1983
Bu həftəBu həftə7670
Bu ayBu ay45408
Bu günə qədərBu günə qədər7472742

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Dünyanın 40 deputatı Gəncədə toplanır

altQara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının İqtisadiyyat Komitəsinin növbəti iclası Azərbaycanda keçiriləcək.

Bu barədə Azərbaycanın QDİƏT PA-da nümayəndə heyətinin üzvü Musa Quliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, QDİƏT-in iclasl ilk dəfə olaraq paytaxt Bakıda deyil, Gəncədə keçiriləcək.

M.Quliyev həmçinin qeyd edib ki, sessiyaya 12 ölkəni təmsil edən 40-dan çox deputat qatılacaq.

Tədbir sentbarın 3-4-ü tarixlərində baş tutacaq.

İlham Əliyev “İlin adamı” elan edildi

alt

Asiyanın nüfuzlu “BizNewsAsia” jurnalı Azərbaycan prezidenti İlham Əliyevi “İlin adamı” elan edib.

Filippində çıxan jurnal Asiya qitəsinin inkişaf etmiş ölkələrini, dövlət başçılarını, həyata keçirilən uğurlu islahatları əks etdirir.

Bununla əlaqədar jurnalda "İlin adamı" başlıqlı geniş məqalə dərc edilib. Məqalədə Azərbaycan prezidenti İlham Əliyev və onun rəhbərliyi ilə həyata keçirilən siyasət haqqında ətraflı məlumat verilir. Yazıda ölkə başçısı İlham Əliyevin ilk dəfə hakimiyyətə gəldiyi 2003-cü illə müasir dövr müqayisə edilir və bu illər ərzində əldə olunmuş uğurlardan danışılır.

Məqaləsinin müəllifi Nepalın keçmiş baş naziri Madhav Kumardır. Jurnalda yer alan “Əliyev erası: Azərbaycanın qızıl dövrü” adlı məqalədə isə son 9 ildə ölkədə aparılan islahatlar, həyata keçirilən çoxşaxəli iqtisadi, sosial siyasət, neft strategiyası və adambaşına düşən ÜDM, büdcə gəlirlərinin tənzimlənməsi və düzgün istifadəsi haqqında geniş məlumat verilir.

Məqalədə xüsusi vurğulanır ki, məhz İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyada özünəməxsus yer tutub. 

alt

İlham Əliyev Sabirabad rayonuna səfər edib

alt

Azərbaycan prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfər edib.

Dövlət başçısı əvvəlcə Heydər Əliyevin Sabirabad şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov prezidentə meydanda aparılan abadlıq işləri barədə məlumat verib.

Bildirilib ki, tamamilə yenidən qurulan meydanın ərazisi 8,5 min kvadratmetrdir. Burada dörd fəvvarə quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Meydanın ərazisində YAP Sabirabad rayon təşkilatı üçün inzibati bina inşa edilib, Rayon İcra Hakimiyyətinin, Mədəniyyət Evinin və digər dövlət idarələrinin binalarının fasadları yenidən qurulub. 

Putindən Sarkisyana - Görüş qadağası

alt

Ermənistan və Rusiya prezidentlərinin növbəti görüşü gözlənilir. 

Serj Sarkisyan erməni kilsəsinin açılışında iştirak etmək üçün sentyabr ayının əvvəlində Moskvaya yola düşəcək. Onun Rusiya prezidenti Vladimir Putinlə də görüşmək istədiyi bildirilir. Lakin iddia edilir ki, Ermənistanla Rusiya arasında hazırda soyuq münasibət mövcud olduğundan Putin Sarkisyanla görüşə maraq göstərmir. Kreml “Erməni Şevardnadze” adlandırılan Sakisyana artıq bütün qapılarını bağlayıb.

Saakaşvili 238 məhbusu əfv etdi

alt

Gürcüstan prezidenti Mixail Saakaşvili dini bayram münasibəti ilə 238 məhbusu bağışlayıb. 

Penitensiar xidmət və hüquqi yardım nazirinin müavini Giqa Giorqadze əfv olunanların hamısının avqustun 28-də həbsxananı tərk etdiklərini söyləyib.

Bağışlananlar arasında iki yeniyetmə də var. Onlardan birinin həbs müddəti iki dəfə azaldılıb.

Nazir müavini bildirib ki, 6 məhbus qadın da azadlığa buraxılıb. 7 qadının isə həbs müddəti iki dəfə azaldılıb.

Rusiyadan Dağlıq Qarabağa səfər edən şəxslər- Siyahı

alt

Rusiyadan Dağlıq Qarabağa səfər etmiş jurnalist və ictimai xadimlərin adları məlum olub.

Bunlar Rusiyanın Ren TV kanalının “Taynı mira” verişinin aparıcısı, keçmiş kəşfiyyatçı Anna Çapman, İctimai Palatanın üzvü, jurnalist Denis Dvornikov, hüquq müdafiəçisi Sergey Karnauxov, “Russkiy reportyor” jurnalı və “Dairynews” informasiya agentliyinin müxbiri Aleksandra Rıjkova, “Opora Rossii” Ümumrusiya kiçik və orta sahibkarlıq ictimai təşkilatının sədri Pavel Siqal və təşkilatın nümayəndəsi İrina Tolmaçovadır.

Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etmiş bu şəxslər qondarma “DQR”in rəhbərliyi ilə görüş keçiriblər.

İctimai Palatanın üzvü, jurnalist Denis Dvornikov və “Opora Rossii”nin nümayəndəsi İrina Tolmaçova Kəlbəcər və Xankəndində çəkdirdikləri fotoları “facebook” sosial şəbəkəsində yerləşdiriblər.

Xatırladaq ki, rusiyalı jurnalist və ictimai xadimlərin bu səfərini Moskvanın “Ermənistan-Rusiya əməkdaşlığı” təşkilatı təşkil edib. Avqustun 30-dək Ermənistanda səfərdə olacaq heyət üzvləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də gediblər. 

Obamadan müdafiə nazirinə tapşırıq; ABŞ Suriyaya girir

alt

ABŞ-ın müdafiə naziri Çak Hagel Birləşmiş Ştatlar ordusunun Suriyaya müdaxilə etmək üçün tam hazır vəziyyətdə olduğu barədə açıqlama verib. 

Nazir bildirib ki, ABŞ ordusu hərbi müdaxiləyə hazırdır. Ç.Hagelin sözlərinə görə, ABŞ prezidenti Barak Obama müdafiə nazirliyinə bütün ehtimalları nəzərə alaraq, hərbi müdaxiləyə tam hazır olmaq barədə göstəriş verib. 
Nazir deyib ki, ordu bütün variantlara hazırdır və Obama hansı variantı seçərsə, ABŞ ordusu həmin seçimi həyata keçirəcək. 

Bununla belə, ABŞ madafiə naziri bildirib ki, Suriyada Əsəd rejiminin müxalifələrə qarşı kimyəvi silahdan istifadə etdiyinə dair əllərində heç bir tutarlı dəlil yoxdur. 

Qeyd edək ki, ötən gün yayılan məlumatlarda bildirilirdi ki, ABŞ ən geci 4 gün ərzində Suriyaya hərbi müdaxilə edəcək və Əsədə bağlı ordu birləşmələrinə aid konkret hədəfləri vuracaq. İddia edilirdi ki, 3 gün davam edəcək bu hərbi müdaxilə davamlı olmayacaq və məqsəd Bəşər Əsədi müxalifələrə qarşı şiddəti dayandırmağa məcbur etməkdir. 

ATƏT DTİHB-in Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbərinin adı məlum olub

altATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda prezident seçkilərini müşahidə edəcək missiyasına italyan Tana de Zulueta rəhbərlik edəcək.


APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, xanım Tana de Zulueta artıq Bakıya gəlib və sabah müşahidə missiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirəcək.

Tana de Zulueta italyan jurnalistidir, o, parlamentin üzvü və İtaliya Senatının insan haqları komitəsinin ilk üzvlərindən biri olub.

Xatırladaq ki, ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyası bu həftə fəaliyyətə başlayıb.

Prezident İlham Əliyev Küveytin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev avqustun 28-də Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ğəssan Abdulbari Al-Zəvavini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.


APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycan ilə Küveyt arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini deyən prezident İ. Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd edib.

Dövlət başçısı Azərbaycanla Küveyt arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin iqtisadi sahədə, o cümlədən sərmayə qoyuluşu, birgə layihələr, turizm və digər istiqamətlərdə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib. İkitərəfli münasibətlərin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən prezident əlaqələrin gələcək illərdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir Ğəssan Abdulbari Al-Zəvavi Azərbaycanla Küveyt arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. O, ölkələr arasında ikitərəfli əlaqələrin bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.

UEFA erməni təxribatına qarşı hərəkətə keçdi

altAzərbaycanın “Qarabağ” və Almaniyanın “Ayntraxt” klubları arasındakı qarşılaşmada ermənilərin törədəcəyi təxribatla bağlı UEFA tədbirlər görməyə başlayıb.

Bu barədə “Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Hazırda Frankfurta yola düşən komanda axşam rəsmi görüşdə məsələni yenidən müzakirə edəcək. Klub rəsmisinin sözlərinə görə, məsələ ilə bağlı xəbərdarlıq olunub.

“Axşam iclasda yenidən bu barədə müzakirələr aparacağıq. Bundan başqa “Ayntraxt”ın prezidenti Bakıya gəldiyi zaman Qarabağın işğal olunduğunu müsahibəsində də bildirmişdi. Bunun özü bir daha sübut edir ki, məsələ haqqında onlar yetərincə məlumatlıdırlar”.

Nurlan İbrahimov onu da bildirib ki, UEFA problemlə bağlı məlumatlandırılıb və təxribatın qarşısını almaq üçün bütün tamaşaçılar yoxlanılaraq stadiona buraxılacaqlar.

Səfir Şahin Abdullayev: “Misirdə vəziyyət yenidən gərginləşsə, qalan vətəndaşlarımızın da təxliyəsi üçün addımlar atılacaq”

“Misirdə hələlik nisbi sabitlikdir, amma demək olmaz ki, ölkədə tam siyasi stabillik əldə olunub”. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib.

Azərbaycan vətəndaşların ölkəni tərk etməsi ilə bağlı müraciət etməsi barədə danışan Ş. Abdulayev xatırladıb ki, soydaşlarımızın çoxu artıq təxliyə olunub, lakin onların hələlik bir qismi Misirdə qalır: “O vətəndaşlarımız da buranı tərk etməyə çalışırlar. Elələri var, bu gün bir söz deyir, sabah fikrini dəyişir. Əfsuslar olsun, belə insanlar da var. Təyyarə gələndə hamıya demişdik, dəvət etmişdik. Bir qismi təhlükəni dərk edib, vətənə qayıdıb, bəziləri də müəyyən səbəblərə görə qalıb. Hər halda biz hər kəsi həvəsləndiririk ki, Azərbaycana qayıtsınlar. İndi konkret təhlükə olmasa da, vəziyyəti nəzarətdə saxlayırıq. Ölkədə vəziyyət yenə gərginləşsə, müəyyən addımlar atılacaq”.

Gürcüstan əhalisinin yalnız 35% Bidzina İvanişvilinin fəaliyyətini bəyənir

“Gürcü arzusu” koalisiyasının sifarişi ilə keçirilən sosioloji araşdırmanın nəticələri açıqlanıb. Rəyi soruşulanların 35% Gürcüstanın baş naziri Bidzina İvanişvilinin fəaliyyətini bəyəndiyini bildirib.

İvanişvili hökumətinin buraxdığı səhvlərə gəlincə, respondentlərin 12,6% hesab edir ki, hökumət yanlış addımlar atmayıb. 8,9% hökumətin səhvi kimi yalançı vədləri, 8,7% isə əfv qərarını göstərib.

Sorğu avqustun 1-dən 8-dək keçirilib. 

Saytda Axtarış

Son xəbərlər