Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün19
DünənDünən1299
Bu həftəBu həftə8263
Bu ayBu ay46001
Bu günə qədərBu günə qədər7473335

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İvanişvilinin getməsinə görə ola bilər ki, seçicilərinin 17% Margvelaşviliyə səs verməsin

alt

NDİ, Baş nazir Bidzina İvanişvilinin siyasəti tərk etməsi haqda açıqladığı bəyanatın prezident seçkilərə nə dərəcədə təsir edəcəyi ilə maraqlanıb.
NDİ-in tapşırığı ilə keçirilən sosioloji araşdırma zamanı respondentlərin 62% cavab verib ki, Baş nazirin bəyanatı prezident seçkilərində onun seçiminə təsir etməyəcək. 17% qeyd edib ki, bu bəyanatdan sonra "Gürcü Arzusundan" prezident namizədinin seçilməsi daha az gözlənilir.
8% isə deyir ki, İvanişvilinin bəyanatından sonra "Gürcü Arzusunun" prezident namizədinə daha çox səs verilməsi gözlənilir.
11% - mən bilmirəm - deyir, 2% isə cavab verməkdən imtina edir.

Tina Xidaşeli: NDİ-in heç bir tədqiqatı heç vaxt real olmayıb

alt

Əksəriyyətin nümayəndəsi Tina Xidaşeli NDİ-in keçirdiyi tədqiqatlarının nəticələrini qeyri-real sayıb.
Təşkilat prezidentliyə namizədlərin reytinqinə dayir tədqiqat keçirib. Araşdırma nəticələrinə əsasən, Giorgi Margvelaşviliyə 39%, David Bakradzeyə - 18%, Nino Burcanadzeyə isə 7% düşür.
"NDİ-in heç bir tədqiqatı heç vaxt real olmayıb. Heç bir ikinci turu biz gözləmirik, çünki bunun əsl səbəbini görmürük", - deyə Xidaşeli vurğulayıb.
Xatırladaq ki, prezidentliyə hər hansı bir namizəd başqalarından artıq səs toplamadığı halda, seçkilərin ikinci turu təyin olunacaq.

Əhalinin 5% "Gürcü Arzusu" partiyasını yenə də güclü müxalif partiya görür

alt

NDİ-in sosioloji sorğunun nəticələri göstərir ki, Gürcüstanda güclü müxalifət partiyasının mövcudluğunun vacib olmasını düşünən insanların sayı artıb. Respondentlərin 81% düşünür ki, güclü müxalifət vacib, və ya çox vacibdir.
Müxalifət partiyalarının qəbulu kimi, sorğulananların 42% güclü müxalif partiya olaraq "Milli Hərəkat" partiyasını görür, bu da İyun ayının göstəricisindən 6% azdır. 4%-dən 8%-ə kimi "Demokratik Hərəkat - Vahid Gürcüstan" partiyasını ən güclü müxalif partiya hesab edən insanların sayı artıb. Sorğulananlardan 5%-in fikrincə ən güclü müxalif partiya "Gürcü Arzusu"-dur, bu göstərici İyun ayından sonra dəyişməyib. 5% ən güclü müxalif partiya olaraq "Əməkliləri" düşünür.

Bidzina İvanişvilinin ekspertlərlə görüşü FULL VERSİON - DalgaTV VİDEO

Bidzina Ivanishvili 021012

Keçən gün saat 16:00-da Gürcüstan Baş Naziri Bidzina İvanişvili ekspertlərlə görüşüb.
Görüş jurnalistlər üçün açıq keçirilib.
Görüşün videolarını DalgaTV sizə təqdim edir.

İlham Əliyev baş nazirin ticarət üzrə elçisini qəbul etdi

alt

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 26-da Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə son illər Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişafdan məmnunluq ifadə olunub, Azərbaycan Dövlət Neft Şirkəti ilə bp arasında uzunmüddətli uğurlu əməkdaşlığın önəmi qeyd olundu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, İnformasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, təhsil, səhiyyə, turizm, regional təhlükəsizlik və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir MSK-dakı veb-kameralara baxış keçirəcək

alt

Sabah Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov MSK-da yerləşən veb-kameralara texniki baxış mərkəzini ziyarət edəcək.

“Qafqazinfo” xəbər verir ki, adıçəkilən şəxslər seçki posesində İKT-dən istifadənin genişləndirilməsi ilə bağlı Prezident Sərəncamına uyğun görülmüş işlərlə tanış olacaqlar. 

Qeyd edək ki, ziyarət saat 11:15-də baş tutacaq.

Avropa Parlamentinin deputatları həbsdə olan Gürcüstanın sabiq baş naziri Vano Merabişvili ilə görüşüb

alt


Sentyabrın 24-də Gürcüstanda səfərdə olan Avropa Parlamentinin deputatları Tiflisdəki Matrosov həbsxanasında Gürcüstanın sabiq baş naziri, Vahid Milli Hərəkat partiyasının baş katibi Vano Merabişvili ilə görüşüblər. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Avropa Xalq Partiyasının nümayəndələri məhbusa baş çəkiblər. Onlar mətbuata heç bir açıqlama verməyiblər. Məlumata görə, parlamentarilər 9 saylı cəzaçəkmə müəssisəsinə daxil olarkən polietilen torbalarda meyvə və tərəvəz aparıblar.

Mixail Saakaşvili: “Moskva Dağlıq Qarabağ münaqişəsində nə Azərbaycanın, nə də Ermənistanın qalib gəlməsini istəyir”

alt

“Rusiya Gürcüstan ərazilərinin ilhaqını və ölkəmizi zəiflətmək siyasətini davam etdirir”.


Bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili BMT Baş Assambleyasının sessiyasında çıxışında deyib. O, Ukrayna prezidenti Viktor Yanukoviçin də Rusiyanın təzyiqindən şikayətləndiyini söyləyib.  

M. Saakaşvili bildirib ki, keçmiş sovet respublikaları – Gürcüstan, Ukrayna, Moldova, Azərbaycan və Ermənistanın güclü dövlətə çevrilməsi Rusiyaya sərf etmir: “Siz düşünürsünüz ki, Putin Ermənistanın Azərbaycanla münaqişədən qalib çıxmasını istəyir? Yox. Bu, Ermənistanı çox güclü və müstəqil dövlət edərdi. Yaxud, siz əksinə, düşünürsünüz ki, Moskva Bakının İrəvan üzərində qələbə çalmasını istəyir? Yox. Onlar ümumiyyətlə, kiminsə qalib gəlməsini istəmirlər. Münaqişə onların məqsədidir, çünki münaqişə xalqların müstəqilliyini və Avropa Birliyinə inteqrasiyasını əngəlləyir”.   

Gürcüstan Baş naziri və Estoniya Respublikasının Xarici İşlər Naziri birgə açıqlama verdilər - DalgaTV VİDEO

Estoniyada rəsmi səfərdə olan Gürcüstan Baş naziri Bidzina İvanişvili, keçən gün Estoniya xarici işlər naziri ilə görüşüb və mətbuat üçün birgə açıqlama veriblər.
DalgaTV.ge sizə bu açıqlamanın videosunu təqdim edir:

Gürcüstan Baş naziri Estoniya Respublikasının Xarici İşlər Naziri ilə görüşüb - DalgaTV VİDEO

Estoniyada rəsmi səfərdə olan Gürcüstan Baş naziri Bidzina İvanişvili, keçən gün Estoniya xarici işlər naziri ilə görüşüb və Urmas Paetin adından keçirilən iş yemək görüşündə iştirak edib.
Tərəflər iki ölkənin əməkdaşlığı və Gürcüstan və Avropa İttifaqı əlaqələri məsələlərini müzakirə ediblər.
DalgaTV.ge sizə bu görüşün videosunu təqdim edir:

Bakıda Müstəqil Dövlətlər Birliyinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 70-ci iclası keçirilir-A

Sentyabrın 9-da Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının 70-ci iclası işə başlamışdır.
Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın sərhəd xidmətləri Sərhəd Qoşunlarının Komandanları Şurasının əlaqələndirici xidməti, MDB icraiyyə komitəsi, MDB-nin antiterror mərkəzi, Avrasiya İqtisadi Birliyinin nümayəndə heyətləri iştirak edirlər.
İclasda MDB iştirakçısı olan dövlətlərin sərhədlərində vəziyyət və onun inkişaf meylləri barədə fikir mübadiləsi aparılır, 2013-cü il ərzində keçirilmiş birgə əməliyyat-profilaktik tədbirlərin nəticələri və 2014-cü ildə planlaşdırılan əməliyyatlar, MDB çərçivəsində sərhəd əməkdaşlığının hazırkı vəziyyəti və onun inkişafı üçün prioritet istiqamətlər nəzərdən keçirilir, gələn il üçün fəaliyyət planı müzakirə olunur.

Milli Məclisin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır

Azərbaycan Respublikasının Milli Məclisinin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır.
 Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat vermişdir. 
A.Təvəkküloğlu demişdir ki, Milli Məclisin sentyabrın 15-dən komitələr fəaliyyətə başlayacaqlar. Komitələrdə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrinə baxılacaqdır.
Payız sessiyasında müzakirə ediləcək əsas sənədlərdən biri “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə paketinə daxil olan digər sənədlər olacaqdır. Bununla yanaşı, sessiya dövründə bir sıra qanunlara əlavələrin və dəyişikliklərin ediləcəyi, beynəlxalq sənədlərin təsdiqlənəcəyi də gözlənilir.

Saytda Axtarış

Son xəbərlər