Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün97
DünənDünən1775
Bu həftəBu həftə5567
Bu ayBu ay54263
Bu günə qədərBu günə qədər7481597

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Milli Şuranın bəzi üzvləri ilə bağlı araşdırma aparılır

alt

“EL” hərəkatının Ali Məclisinin sədr müavini Əflan İbrahimovun “Milli Şura”nın qapalı keçirilən iclaslarında şuranın bəzi üzvləri tərəfindən Bakı şəhərində iğtişaşların törədilməsi məqsədi ilə müzakirələrin aparılması barədə kütləvi informasiya vasitələrinə verdiyi açıqlamalarla əlaqədar Baş Prokurorluğa dəvət edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ə. İbrahimov mətbuata verdiyi açıqlamaları bir daha təsdiq edərək Baş Prokurorluqda verdiyi izahatında “Milli Şura”nın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqların verildiyini bildirib.

Baş verə biləcək hadisələrin qarşısının alınması və məsələnin ciddiliyi nəzərə alınaraq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müvafiq araşdırmalara başlanılıb.

İlham Əliyev ukraynalı həmkarını təbrik edib

alt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın dövlət başçısı Viktor Yanukoviçə Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: 

"Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Bu gün dost Ukrayna dövlətçiliyin və suverenliyin möhkəmlənməsi, sosial-iqtisadi və humanitar sahələrdə dərin dəyişikliklər həyata keçirilməsi yolu ilə inamla irəliləyir. Ölkənin beynəlxalq nüfuzu artır.

Əminəm ki, Azərbaycan-Ukrayna dövlətlərarası münasibətləri, bizim strateji tərəfdaşlığımız və hərtərəfli əməkdaşlığımız dost xalqlarımızın və ölkələrimizin mənafeyi naminə bundan sonra da sıx qarşılıqlı fəaliyyət və qarşılıqlı dəstək məcrasında inkişaf edəcəkdir".

Təbrik məktubunun sonunda İlham Əliyev Viktor Fyodoroviçə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Ukrayna xalqına sülh və firavanlıq arzulayıb.

Bakıda keçiriləcək BMT Təhlükəsizlik Şurasının Beynəlxalq Model Konfransına hazırlıq məsələləri Nyu-Yorkda müzakirə olunacaqdır

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə bu qurumun və BMT-nin İnkişaf Proqramı (İP) əməkdaşlarından ibarət nümayəndə heyəti konfransa hazırlıq çərçivəsində avqustun 26-dan 30-dək BMT-nin Nyu-Yorkdakı baş qərargahında səfərdə olacaqdır.
BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfərin məqsədi BMT Modelinin idarə olunmasında beynəlxalq təcrübəni öyrənmək və ölkəmizdə keçiriləcək konfransa yüksək səviyyəli beynəlxalq məruzəçiləri cəlb etməkdir.
Səfər çərçivəsində nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatı baş katibinin yeni təyin olunmuş gənclər üzrə elçisi Əhməd Əlhəndavi, ictimai əlaqələr və ictimai informasiya üzrə baş katibin müavini Launski Tieffensal, BMT İP-nin Avropa və MDB ölkələri üzrə regional bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu və BMT-nin ictimai informasiya departamentinin (İİD) təşviqat bölməsinin direktoru Mahir Nasser ilə ikitərəfli görüşlər keçirəcəkdir.
Nümayəndə heyəti, həmçinin Nyu-York şəhərində BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən keçiriləcək illik BMT Model seminarında iştirak edəcəkdir.

Cəbrayıl rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümü qeyd olunmuşdur

Avqustun 23-də Cəbrayıl rayonunun erməni hərbi birləşmələri tərəfindən işğalının 20-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təşkil edilmiş tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində Cəbrayıl rayonunun işğaldan əvvəl və sonrakı dövrünü əks etdirən stendlərlə tanış olmuşlar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, “Erməni işğalında qalan Cəbrayıl” sənədli filmi nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edənlər işğalçı dövlətin hərbi təcavüzü ilə başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, müharibənin ölkəmizə vurduğu hədsiz ziyandan söz açmışlar. İşğalçılara qarşı döyüşlərdə Azərbaycanın digər bölgələrində olduğu kimi, Cəbrayıl rayonunun müdafiəçilərinin də böyük şücaət göstərdikləri vurğulanmışdır. Bildirilmişdir ki, bu ədalətsiz müharibədə 392 cəbrayıllı şəhid olmuşdur. Döyüşlərdə xüsusi fədakarlıq göstərənlərdən beşi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Azərbaycan ombudsmanı: “Beynəlxalq qurumlar Moldova ombudsmanının Ermənistan tərəfindən təzyiqinə laqeyd qalmamalıdır”

alt“Moldovalı ombudsman xanım Aurelia Qriqoriunun Ermənistan tərəfindən təzyiqə məruz qalmasına heç bir beynəlxalq qurum laqeyd qalmamalıdır”.


APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ombudsman Elmira Süleymanova verib. O deyib ki, Aurelia Qriqorunun ermənilər tərəfindən terrorla hədələnməsi ilə bağlı Azərbaycan dünya birliyinə müraciət etməlidir: “Sentyabrın 2-də və 5-də Kiyev şəhərində Avropa Birliyinin təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində tədbir keçiriləcək. Orada bu məsələni qaldıracağam. Tərəfdaşlıq ən əvvəl qarşılıqlı etibara, dəstəyə əsaslanmalıdır. Biz bunu praktik olaraq həyata keçirmiriksə, belə müzakirələrin nə mənası var?!”

E. Süleymanova qeyd edib ki, Ermənistan hökuməti və xalqı artıq öz yanaşmaq tərzini və əxlaqını dəyişməlidir: “Onlar dərk etməlidirlər ki, bu münaqişə uzansa belə, bunun sonu sülhdür, torpaqların qaytarılmasıdır və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu isə təkcə Azərbaycana yox, Ermənistana da, regiona da, bütün dünyaya da xeyirdir. Dövlətlərin siyasətində belə bir dönüş əmələ gəlsə, bu bütövlükdə davamlı inkişaf üçün böyük dəstək olacaq”.

Əli Kərimli: “İsa Qəmbər məni dəstəkləməyə hazırdırmı?”

alt

“Mənim Müsavat başqanı İsa bəylə heç bir problemim yoxdur. Hətta mən daha öncə də demişəm ki, müstəqil intellektuallardan biri ilə bərabər, siyasətçilərdən də birini dəstəkləyə bilərəm. Demişəm ki, konkret olaraq, İsa bəy Milli Şuranın vahid namizədi olmaq istəsə, mən onu dəstəkləyə bilərəm, ancaq gərək digər partiya üzvləri də İsə bəyin namizədliyini dəstəkləsinlər”. 

Bu sözləri Azadlıq Radiosunun “İşdən Sonra” proqramındakı çıxışında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib. O deyib ki, İ.Qəmbərin namizədliyini dəstəkləyə biləcəyini dediyi halda belə, müsavatçılar onun partiyanın başqanı ilə probleminin olduğunu iddia edirlər: “Mənim İsa bəylə heç bir problemim yoxdur, amma çox maraqlıdır, mən belə bir bəyanat verdiyim halda, İsa bəy mənim haqqımda belə söz deyibmi? İsa Qəmbər deyibmi ki, birdən digər partiyalar Əli Kərimlini müdafiə etsələr, Müsavat Partiyası hazırdırmı AXCP sədrini dəstəkləməyə? Bu açıqlamanı olduğu kimi mənə qaytarmaq olarmı?” 

Milli Şurada fövqəladə toplantı- ÖZƏL

alt

Sabah Milli Şurada toplanır. 

Son günlər Milli Şurada baş verən gərginlik və fikir ayrılıqları təcili toplantının keçirilməsini zəruri edib. 

Aldığımız məlumata görə, bu dəqiqələrdə qərara alınıb ki, sabah Milli Şura üzvləri fövqəladə tolantı keçirərərək vəziyyətdən çıxış yolları axtaracaq. Məlumata görə, toplantı sabah saat 16:00-da "Müsavat"ın qərargahında baş tutacaq.

Gürcüstanın Baş naziri Latviya və Estoniyaya səfər edəcəkdir

Bidzina Ivanishvili 021012Gürcüstan Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumata görə, hökumətin başçısı Bidzina İvanişvilinin bu ilin sentyabrında Latviya və Estoniyaya səfəri planlaşdırılmışdır.
Səfərin dəqiq tarixi hələlik məlum olmasa da, sentyabrın birinci yarısında baş tutacağı ehtimal edilir.
Gürcüstanın Baş naziri sonuncu xarici səfəri iyulun 18-19-da Litva və Polşaya olmuşdur.

MSK Rüstəm İbrahimbəyovun sənədlərini qəbul etdi

alt

Milli Şuranın sədri və vahid namizədi Rüstəm İbrahimbəyovun sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Bu barədə MŞ-də R.İbrahimbəyovun namizədliyinin irəli sürülməsi üçün yaradılan Təşəbbüs Qrupunun nümayəndəsi Elman Məmmədzadə məlumat verib. 

O bildirib ki, artıq R.İbrahimbəyovun namizədliyinin irəli sürülməsi ilə bağlı lazım olan bütün sənədlər MSK-ya təqdim edilib. E.Məmmədzadənin sözlərinə görə, MSK sənədləri qəbul edib və yaxın 3 gün ərzində R.İbrahimbəyovun namizədliyinin qeydə alınıb, ona imza vərəqələrinin verilib-verilməyəcəyinə aydınlıq gətirəcək.

Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili Dmanisidə azərbaycanlılarla görüşüb

Hakimiyyətdəki “Gürcü Arzusu” koalisiyasından Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili azərbaycanlıların kompakt yaşadığı Dmanisi rayonunun Hamamlı kəndinin mərkəzində əhali ilə görüşüb. Görüş barədə açıqlama verən  Hamamlı kənd icra nümayəndəsi Mübariz Məmmədov tədbirin yüksək səviyyədə keçdiyini bildirib: “Georgi Marqvelaşvili azərbaycanlılar qarşısında çıxış edərək bizim problemlərimizi həll etməyə söz verdi. O qeyd etdi ki, əgər prezident seçilərsə, bizim ən böyük ağrılı yerimiz olan torpaq problemini həll edəcək”.

M. Məmmədov deyib ki, görüşdə Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeyenko da çıxış edərək azərbaycanlıların kompakt yaşadığı bölgələrdə səhiyyənin inkişaf etdirilməsindən və pulsuz müalicədən danışıb.

Sonda G. Marqvelaşvili kənd sakini Nemət Gülməmmədovun evində, çay süfrəsi arxasında kənd sakinləri ilə səmimi söhbət edib.

Qeyd edək ki, Hamamlı kəndində 394 təsərrüfat var və 1500 nəfər qeydiyyatdadır. Hazırda kənddə 850 nəfər yaşayır.  

Gürcüstan prezidentliyinə namizəd banka borclu olduğuna görə mənzilindən çıxarılıb

Gürcüstan prezidentliyinə namizəd, gürcü “ənənəçi”lərin lideri  Akaki Asatiani şəxsi  mənzilindən çıxarılıb. Bu barədə Gürcüstanın “Birinci radio” radiostansiyası namizədin qonşularına istinadən məlumat yayıb.  

“Birinci radio” radiostansiyasının verdiyi xəbərə görə, mənzildən çıxarılma prosesi ötən gün axşam saatlarında həyata keçirilib.

Radiostansiyanın məlumatına görə, Akaki Asatiani ipoteka krediti müqabilində şəxsi mənzilini  banka girov qoyubmuş.  

Suriya müxalifəti kimyəvi silah tətbiqi nəticəsində ən azı 635 nəfərin öldüyünü açıqlayıb

alt
Suriya müxalifəti avqustun 20-də hökumət qoşunlarının kimyəvi silah tətbiq etməsi nəticəsində ən azı 635 nəfərin ölümünə görə prezident Bəşər Əsədi günahlandırıb.

APA-nın məlumatına görə, müxalifət hücum nəticəsində 100-dən artıq insanın xəsarət aldığını bildirir.

“Reuters” agentliyi bir qədər əvvəl kimyəvi silah tətbiqi nəticəsində ən azı 213 nəfərin öldüyü barədə xəbər yayıb. Agentlik bu xəbəri Duma şəhər tibb mərkəzində çalışan Bayyan Baker adlı tibb bacısına istinadən yayıb. 

Suriya hökuməti isə silahlılara qarşı kimyəvi silah tətbiq edilməsi barədə ittihamları rədd edib. Hökumətin sözçüsü bu iddiaların məqsədyönlü şəkildə ortaya atıldığını bildirib.

Saytda Axtarış

Son xəbərlər