Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1210
DünənDünən634
Bu həftəBu həftə7646
Bu ayBu ay52345
Bu günə qədərBu günə qədər7422819

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Azərbaycan prezidenti Astarada səfərdə olub

altAzərbaycan prezidenti İlham Əliyev sentyabrın 4-də respublikanın cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonuna səfər edib.


Dövlət başçısı Astara şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev dövlət başçısına məlumat verib ki, son illərdə Heydər Əliyev Parkında istirahət üçün hərtərəfli şərait yaradılıb.

Prezident yanında Əfv Məsələləri Komissiyası: “Fərhad və Rafiq Əliyevlərin əfv müraciətinə baxılacaq”

“Əfv haqqında əsasnaməyə uyğun olaraq hər bir məhkum müəyyən müddət cəza çəkəndən sonra əfvlə bağlı ölkə prezidentinə müraciət etmək hüququna malikdir. Bu halda bütün müvafiq sənədlər və məhkumun ərizəsi aidiyyəti üzrə Prezident Administrasiyasının əfv üzə sektoruna göndərilir”.


Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfv ərizəsi yazması xəbərinə münasibət bildirərkən deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından isə

Fərhad Əliyev, qardaşı Rafiq Əliyev və anaları Şövkət Əliyevanın prezident İlham Əliyevə əfvlə əlaqədar ünvanladıqları məktubun komissiyaya daxil olduğu bildirilib.

Məlumata görə, Fərhad və Rafiq Əliyev qardaşlarının əfv olunması xahişi barədə məktuba komissiyada baxılaraq araşdırılacaq.

Qeyd edək ki, Fərhad və Rafiq Əliyev qardaşlarının vəkilləri Elton Quliyev aznews.az saytına Əliyev qardaşlarının əfvlə bağlı müraciət etdiklərini deyib. Vəkil açıqlamasında da bu məlumatı təsdiqləyib.

F. Əliyevin digər vəkili Muxtar Mustafayev də açıqlamasında Əliyev qardaşlarının və analarının əfv ərizəsi yazdıqlarını bildirib.

Həbsdə olan digər sabiq nazir Əli İnsanovun vəkili Toğrul Babayev isə müdafiə etdiyi şəxsin də əfv ərizəsi yazması barədə məlumatları təkzib edib.

Gürcüstanın Baş naziri azərbaycanlı köməkçisinin böyük funksiyaya malik olduğunu bildirmişdir - mətbuat konfransı - FULL VERSION

Gürcüstanın Baş naziri Bidzina İvanişvili jurnalistlər üçün növbəti ənənəvi mətbuat konfransı keçirmişdir.
Baş nazir ölkə əhalisini oktyabrın 27-də keçiriləcək prezident seçkilərində fəal olmağa çağırmış, bununla səmərəli hakimiyyət yaradılmasının mümkün olduğunu qeyd etmişdir. O demişdir ki, hazırda bütün qüvvələri prezident seçkilərinin demokratik, obyektiv, şəffaf və ədalətli keçirilməsinə yönəltmək lazımdır.
Baş nazir ölkədə siyasi spektrin və hökumətin tam sabitləşdiyi halda siyasətdən gedəcəyini qeyd etmişdir.
Sonra Bidzina İvanişvili jurnalistlərin suallarını cavablandırmışdır.
Azərbaycanlı kadrların dövlət strukturlarında təmsil olunmaları ilə əlaqədar suala cavab verən Baş nazir demişdir ki, bu yaxınlarda Savalan Mirzəyev milli məsələlər üzrə onun köməkçisi vəzifəsinə təyin olunmuşdur. Bu vəzifə nazir müavinindən yüksəkdir. Bidzina İvanişvili köməkçisinin çox böyük funksiyaya malik olduğunu demişdir.
Baş nazir onu da diqqətə çatdırmışdır ki, kadrlar vəzifələrə milli mənsubiyyətlərinə görə deyil, peşəkarlığına, iş keyfiyyətinə görə təyin olunurlar. Yüksək peşəkarlıq qabiliyyətinə malik Gürcüstan vətəndaşları, milliyyətindən asılı olmayaraq bütün vəzifələri tuta bilərlər.
Torpaq bölgüsündə yol verilmiş haqsızlıqlarla bağlı Baş nazir Bidzina İvanişvili demişdir ki, biz hər sahədə olduğu kimi, bu sahədə də ədalətsizliyin aradan qaldırılması üçün təsirli tədbirlər görürük. Proses davam edir, çox böyük ədalətsizliklərə yol verilmişdir, onu bir anda yoluna qoymaq asan deyildir. Əminəm ki, Yaxın vaxtlarda nəticəni hiss edəcəksiniz.

Mətbuat konfransının FULL versiyasını DalgaTV.ge sizə təqdim edir:

 

Rəsmi Dəməşq Türkiyəni hədələdi

alt

Suriya xarici işlər nazirinin müavini Faysal al-Makdad, ABŞ-ın Suriyaya hərbi əməliyyat həyata keçirəcəyi təqdirdə, Dəməşqin yalnız İsraili deyil, İordaniya və Türkiyəni də vuracağını deyib.

Makdad amerikalıları sevdiyini bildirib:

“Amerikalı rəsmilərin ağıllı hərəkət edəcəyini, ədalətin səsini dinləyərək, təxribata yoluna getməyəcəklərini ümid edirik. Biz Amerika xalqını sevirik. Ərəb əsilli bir çox Amerikalı var və bunların bir qisimi də Suriyada yaşayır. Biz ABŞ-la müharibə istəmirik”

Al-Makdad ABŞ-ın bölgədəki ən əhəmiyyətli müttəfiqi olan İordaniya və Türkiyənin əməliyyata dəstək verərkən iki dəfə düşünməsi lazım olduğunu bildirib. Mikdad əməliyyatın Əl Qaidə tərəfdarı üsyançı qrupları gücləndirəcəyini söyləyərək Konqresin hücum üçün yaşıl işıq yandırmasının Suriya xalqı, Amerika xalqı və bölgədəki hər kəs üçün bir faciə olacağını söyləyib.

Prezident İlham Əliyev Cəlilabada səfər edib

alt

Prezident İlham Əliyev sentyabrın 4-də Biləsuvara səfərini başa çatdıraraq Cəlilabad rayonuna gedib. 


Dövlət başçısı əvvəlcə Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında mərhum prezidentin abidəsi önünə gül dəstəsi qoydu.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, burada yenidənqurma işlərinə bu ilin mayında başlanılmışdır. İşlər qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Heydər Əliyevin parkda ucaldılan abidəsi yenisi ilə əvəz olunmuşdur. Qranitdən hazırlanmış yeni abidənin hündürlüyü 10 metrdir. Ümumi ərazisi 3 hektar olan bu istirahət məkanında iki fəvvarə quraşdırılmış, müasir işıq dirəkləri və oturacaqlar qoyulmuş, yaşıllıq zolağı salınmışdır. Parkın ətrafında yerləşən bütün binalar təmir edilib.

ATƏT təmsilçiləri Cəmil Həsənli ilə görüşdü

alt

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli bu gün Müsavat Partiyasının qərargahında ATƏT təmsilçiləri ilə görüşüb. 

Məlumata görə, görüş qapalı olub və yalnız görüşdən öncə mətbuat nümayəndələrinin şəkil çəkməsinə icazə verilib.

ATƏT təmsilçiləri ilə C.Həsənlinin görüşündə müzakirə mövzusunun seçkilərlə bağlı olacağı şübhə doğurmur. 

Putin ABŞ və Qərbi hədələdi: “Əsədə raket sataram”

alt

Rusiyanın prezidenti Vladimir Putin ABŞ və Qərbi Suriya prezidenti Bəşər Əsədə “S-300” roketləri satacağı ilə hədələyib. 

Putin Rusiyanın “Kanal 1” televizisiyasına verdiyi müsahibədə bildirib ki, Qərb ölkələri BMT-nin qərarı olmadan Suriyaya hücum edərsə, Rusiya bu ölkəyə “S-300” roketlərinin satışını bərpa edəcək. Putin deyib ki, Rusiya Əsəd hakimiyyətinə adıçəkilən raketlərin satışı bir neçə ay öncə dayandırıb.

Rusiya və Gürcüstan arasında növbəti görüş keçiriləcək

Sentyabr ayının ikinci yarısında Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında növbəti görüş keçiriləcək.

Tərəflər arasında baş tutan telefon danışığında görüşə hazırlığın detalları müzakirə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlərin praktik məsələlərinə, o cümlədən oktyabrda Gürcüstanda keçiriləcək prezident seçkilərindən sonra iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivlərinə də toxunulub.

Gürcüstanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib olduğunu bildirib

“Dağlıq Qarabağ münaqişəsinin həlli həm Gürcüstan, həm də bütün bölgə üçün vacib məsələlərdən biri olaraq qalır”.


Bu sözləri Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ölkəsinin xaricdəki səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə keçirilən toplantıda deyib. O bildirib ki, işğal olunmuş ərazilərdə nəzarətsiz “qara dəliklər” təkcə Gürcüstana yox, bütün Cənubi Qafqaza və Avropa Birliyi ölkələri də daxil olmaqla, qonşu regionlara təhlükə törədir.

M. Pancikidze bir daha bəyan  edib ki, Gürcüstanın məqsədi Avropa və Avroatlantik məkana inteqrasiyadır.  

KXCP ümumrespublika müşavirəsi keçirəcək

altKlassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.


Partiyadan AzNews.az-a daxil olan məlumata görə, KXCP İdarə Heyətinin (İH) iclasında KXCP İdarə Heyəti, partiya sədri Mirmahmud Mirəlioğlunun Türkiyənin Milliyətçi Hərakat Partiyasının (MHP) dəvəti ilə gerçəkləşən Türkiyə ziyarəti haqqında məlumatını dinləyib. KXCP İdarə Heyyəti, Demokratik Qüvvələrin Milli Şurasının (Milli Şura) prezidentliyə vahid namizədliyi ilə bağlı qərarlarının dəstəkləməsi istiqamətində partiyanın Milli Şuradakı təmsilçilərinin fəaliyyətinin KXCP Ali Məclisi və İdarə Heyətinin qərarlarına uyğunluğunu qeyd edərək dəstəkləyib.

İdarə Heyəti, prezident seçkilərinə hazırlıqla bağlı 07 sentyabr 2013-cü ildə saat 10.00-da KXCP-nin mənzil qərargahında KXCP rayon (şəhər) şöbələrinin ümumrespublika müşavirəsini keçirilməsi haqqında qərar qəbul edib.

“London səfərinin artıq heç bir əhəmiyyəti yoxdur”

alt“Bu görüş də Milli Şuranın Vaşinqton görüşünə oxşayır"

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev üzvü olduğu Milli Şuranın London səfərindən imtina edib.

Modern.az saytına açıqlamasında eks-spiker Milli Şura rəhbərliyinin qatılacağı London səfərində iştirak etmək istəmədiyini bildirib.

R.Quliyev həmçinin Milli Şura üzvlərinin səfərlə bağlı mətbuata verdikləri açıqlamalara kinayə ilə yanaşaraq bu səfərin önəmsizl olduğunu qeyd edib: “Bu görüş də Milli Şuranın Vaşinqton görüşünə oxşayır, 5-6 adamın adı sadalanır. Ola bilər bir və ya iki nəfər Londona getsin. London səfərinin artıq heç bir əhəmiyyəti olmadığından mənim ora getmək fikrim yoxdur”-deyə R.Quliyev açıqlama verib.

Xatırladaq ki, Böyük Britaniyanın Kral İnstitututunun Milli Şura rəhbərliyini Londona səfərə çağırdığı bildirilir. Səfərdə Milli Şuranln vahid namizədi Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və “El” hərəkatının rəhbəri Eldar Namazovun iştirak edəcəyi gözlənilir.

 

Şəxsi həyatla bağlı qanunsuz videoyazılar məhv ediləcək

alt

Jurnalistlərin bu prosesi müşahidə etməsinə imkan yaradılacaq 

Gürcüstanın Daxili İşlər Nazirliyi vətəndaşların şəxsi həyatı ilə bağlı qanunsuz videoyazıları məhv edəcək. 

Bu barədə Daxili İşlər Nazirliyinin nümayəndəsi Nino Qeorqobiani məlumat verib. Məhvetmə əməliyyatı sentyabrın 5-də saat 15.00-a təyin olunub. Jurnalistlərin bu prosesi müşahidə etməsinə imkan yaradılacaq. 

Ancaq DİN hələlik söhbətin hansı həcmdə materiallardan getdiyini açıqlamayıb. Materialların məhv edilməsi ilə bağlı qərarı xüsusi komissiya qəbul edib. Komissiyada əsasən DİN, Ədliyyə Nazirliyi, QHT və KİV nümayəndələri təmsil olunub. 

Son aylarda Gürcüstanda ayrı-ayrı şəxslərin şəxsi həyatı ilə bağlı videoyazılar aşkar edilib. Son belə hadisə isə Samarqeloda aparılan əməliyyat zamanı üzə çıxıb. Torpağa basdırılan narkotik maddə və silahla yanaşı, keçmiş iqtidara müxalifətdə dayananların şəxsi həyatı ilə bağlı materiallar tapılıb. 

Saytda Axtarış

Son xəbərlər