Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1011
DünənDünən1983
Bu həftəBu həftə7956
Bu ayBu ay45694
Bu günə qədərBu günə qədər7473028

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gülər Əhmədovanın məhkəməsi gecikir

alt

Xəbər verildiyi kimi, bu gün həbsdə olan sabiq deputat Gülər Əhmədovanın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə işinə baxılmalıdır. Saat 10.30-da başlamalı olan prosesin hazırlıq iclasının başlanması naməlum səbəblərdən yubanır. 

Onun sözlərinə görə, hazırda müəmmalı vəziyyət yaranıb. Məhkəmənin bu gün keçirilməyəcəyini deyənlərlə yanaşı, yaxın saatlarda başlayacağını bildirənlər də var. 

Qeyd edək ki, Əhmədova Gülər Mikayıl qızı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanaraq sentyabrın 23-də aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Seçkiləri 87 ölkədən müşahidəçilər izləyəcək

alt

"İlkin məlumata görə, Azərbaycanda prezident seçkilərini 87 ölkədən 34 təşkilatın nümayəndələri müşahidə edəcək".

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun sentyabrın 29-da keçirilən iclasında deyib.

M. Pənahov bildirib ki, ilkin məlumata əsasən, prezident seçkilərində beynəlxalq müşahidə missiyasını həyata keçirənlərin sayı 1012 nəfərdir. O, MSK-da qeydiyyatdan keçən müşahidəçilərin sayının 4590, dairə seçki komissiyalarında akkreditə olunan müşahidəçilərin sayının isə 29 124 nəfər olduğunu da qeyd edib.

MSK sədri təmsil etdiyi qurumun seçkilərin maarifləndirmə proqramı çərçivəsində tədbirlərini davam etdirildiyini də söyləyib. Onun sözlərinə görə, artıq aşağı seçki komissiyaları ilə bağlı treninqlər yekunlaşmaqdadır.

Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

ABŞ Əfqanıstanı bombaladı

altABŞ-ın pilotsuz təyyarələri Əfqanıstan cənub-şərqinə ağır aviasiya zərbələri endiriblər.  Pilotsuz təyyarələrin Pektiya vilayətinə hücumu nəticəsində ən azı 3 nəfər həlak olub.

Qeyd edək ki, bir müddət əvvəl də Vərdək vilayətinin avia-zərbələrinə məruz qalması nəticəsində 9 nəfər həlak olmuşdu.

Prezidentliyə namizədlərin 6-cı debatı - kim necə çıxış etdi? - VİDEO

alt

Sentyabrın 28-də prezidentliyə namizədlərin İctimai Televiziyada sayca 6-cı dəyirmi masası keçirilib.
Bu dəfə də namizədlər seçki platforması əvəzinə bir-birlərinə qarşı kəskin ittihamlar səsləndiriblər. DalgaTV.ge teledebatın videoyazısını təqdim edir.

YAP-çı deputat Milli Şuranın mitinqini ələ saldı

alt“Milli Şurada birləşən müxalifətin prezidentliyə namizədi Cəmil Həsənlinin bu gün keçirdiyi mitinq-görüşü bundan əvvəlkindən də biabırçı formada oldu”. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov mitinqə münasibət bildirərkən deyib.

S. Novruzov qeyd edib ki, mitinq uğursuz alınıb: “Demək olar ki, keçən dəfəki mitinqdən iki dəfə az insan toplaşmışdı. Bundan başqa mitinq həm sönük, həm çıxışların hər biri bayağı idi. İsa Qəmbər çıxış edəndə isə insanların bir hissəsi meydanı tərk elədi. Eyni zamanda Milli Şurada olanların bir-birinə qarşı olan hikkələri, nifrəti də burada özünü göstərdi. Ümumilikdə onu demək olar ki, növbəti mitinq eləsələr, ora adam gəlməyəcək. Beş-üç nəfər həvəskar cavandan başqa orada adam görmək olmur. Sosial bazaları necə də tükənib! Mitinqdə o qədər təşkilat adı hallandırdılar ki, o təşkilatların adı orada yığışanların sayından çox idi. Adların çəkdiyi təşkilatların hərəsindən bir nəfər gəlsəydi, min-min beş yüz nəfər yığışmış olardı. Amma o da yox idi”.

YAP rəsmisi müxalifətin mitinqlərinin belə olmasının maneələrlə deyil, sosial bazalarının olmaması ilə izah edib: “Bu günə qədər bunlar cəmi bir dəfə Ağstafada görüş keçirmək istəyiblər, onda da Eldar Namazov gedib qəbiristanlıqda qohum-əqrabasını ziyarət edib, qayıdanda da restoranda yeyib-içib Bakıya dönüb. Burada keçirdikləri iki mitinqin də getdikcə birinin əvvəlkindən uğursuz alınması göstərdi ki, əvvəldən onsuzda sosial bazası olmayan bunların aldadıb yoldan çıxartdıqları beş-on adam da gördülər ki, bunlardan heç nə çıxmır. Ortada olan qohum - əqrəbaları, partiya işçiləri, qəzetlərinin nümayəndələrini bura yığıblar”.

İlham Rəhimova yeni vəzifə verildi

altSentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) növbəti iclası olub. Musavat.com-un verdiyi xəbərə görə, AAK-nın Rəyasət Heyətinin iclasında komissiyada fəaliyyət göstərən Ekspert Şuralarının strukturuna və onların tərkibinə baxılıb.

Hüquq və İqtisadiyyat məsələləri üzrə Ekspert Şurası ləğv olunub. Hüquq məsələləri üzrə Ekspert Şurası müstəqil status alıb. 

Tanınmış hüquqşünas alim, hüquq elmləri doktoru, Beynəlxalq Hüquqşünaslar İttifaqının vitse-prezidenti, professor İlham Rəhimov AAK-ın Hüquq məsələləri üzrə Ekspert Şurasının sədri təyin olunub. Ekspert Şurasının yeni tərkibi təsdiq olunub. 

Xəbəri dəqiqləşdirmək üçün İlham Rəhimovun özü ilə əlaqə saxlamaq istəsək də öyrəndik ki, professor hazırda Azərbaycanda deyil.

Nazir Vendi Shermanla görüşdü

alt

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Sherman ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, görüş Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirakı ilə bağlı Nyu-Yorka səfəri çərçivəsində baş tutub.

Görüş əsnasında Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan münaqişəsinin həlli və BMT Təhlükəsizlik Şurasının gündəliyində duran Suriyada kimyəvi silahlardan istifadə edilməsi ilə əlaqədar vəziyyət kimi məsələlər müzakirə edilib.

Gürcüstan XİN sabiq rəhbəri Qriqol Vaşadze: “Avrasiya Birliyi postsovet məkanına böyük təhlükə yaradır”

“Prezident öz çıxışıyla dünyaya bir daha göstərdi ki, o, hansı miqyasda dövlət xadimidir”.  APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın sabiq xarici işlər naziri Qriqol Vaşadze Mixail Saakaşvilinin BMT-nin Baş Assambleyasının  68-ci sessiysındakı çıxışını şərh edərkən bildirib.

“10-11 ildir ki, mən bir vətəndaş və bir diplomat kimi prezidentin çıxışlarını dinləyirəm. Bu çıxış forma və məzmununa görə ən yaxşı çıxışdır. Prezident çıxışın gedişi zamanı nəinki Gürcüstan ictimaiyyətinə, həm də dünyanın qalan hissəsinə hansı miqyasda dövlət xadimi olduğunu bir daha göstərdi”, deyə Vaşadze bildirib.


Onun sözlərinə görə, prezident çıxışında beynəlxalq aləmin bildiyi lakin siyasi korrektəyə görə bu barədə danışmağa cəsarət etmədiyi həqiqətləri açıqlayıb.

"Prezident Rusiya və Rusiya layihələrinin yaratdığı təhlükəyə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi və hər kəs cənab Putinin əhval-ruhiyyəsinin və yaxud, vərdişlərinin dəyişəcəyi barədə fikirləşirsə, çox səhv edir. Putin dünyanın qalan hissəsinə nə vəd edirsə, nəsə edir, ya da çox çalışır ki, nəsə etsin. Buna görə də Avrasiya Birliyi bu gün Gürcüstana, xüsusilə də  bütün postsovet məkanına böyük təhlükə yaradır”, deyə  Gürcüstan Xarici İşlər Nazirliyinin sabiq rəhbəri bildirib. 

İlham Əliyev yenidən jurnalistlərin dostu seçildi

alt

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi «Jurnalistlərin dostu» mükafatı laureatının kimliyini müəyyənləşdirmək üçün keçirdiyi sorğunu yekunlaşdırıb.

Sorğu qəzetlər, informasiya agentlikləri, jurnallar, jurnalist təşkilatları və internet media resursları arasında keçirilib.

Ümumilikdə 100 respondent media qurumunu əhatə edən sorğuda rəyi soruşulanlara bir sual ünvanlanıb: «Hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?».

Sorğu anketinə üç şəxsin adını yazmaq imkanı olub. Rəyi soruşulanların yalnız 20 faizi sualı cavablandırarkən birdən artıq şəxsin adını qeyd edib. Sorğuda iştirak edənlərin böyük əksəriyyətinin fikrincə, jurnalistlərin dostu ölkə prezidenti İlham Əliyevdir. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib.

Qeyd edək ki, «RUH» AJMK-nın «Jurnalistlərin dostu» mükafatının təsis olunmasında məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır. Azərbaycan vətəndaşı olan, ölkədə kütləvi informasiya vasitələrinin inkişafında müstəsna xidmətləri ilə seçilən ictimai-siyasi xadimlər, vəzifəli şəxslər mükafatın laureatı ola bilərlər.

MSK-ya dörd mindən çox müraciət daxil olub

alt

Azərbaycanda president seçkiləri prosesi zamanı seçici siyahıları ilə bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinə 4035 müraciət daxil olub.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov MSK-da yaradılmış veb-kameralara texniki nəzarət mərkəzinə baxış zamanı bildirib.
R. Gülməmmədov deyib ki, bunlardan 355 müraciət anonim olduğundan onların təminatı mümkün olmayıb.

Mərkəzinin rəhbəri qeyd edib ki, səsvermə günü seçki məntəqələrində prosesə nəzarət etmək üçün bu məntəqələrdə quraşdırılmış veb-kameralara nəzarət sistemi müasir texnologiyalarla təmin edilib və tam hazır vəziyyətdədir, məntəqələr rabitə və informasiya texnologiyaları ilə tam təchiz ediliblər.

O vurğulayıb ki, ölkədə İKT-nin inkişaf etdirilməsinə dair Prezident İlham Əliyevin 2013-cü ilin "İKT ili" elan edilməsi ilə əlaqədar verdiyi sərəncamdakı müddəalardan biri də seçki sahəsində İKT-nin tətbiqinin genişləndirilməsi ilə bağlıdır. Bununla əlaqədar MSK-da da müasir İKT sisteminin tətbiqi genişləndirilib. "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi tam müasir texnologiyalar əsasında yenidən qurulub.
Mərkəzin müdirinin sözlərinə görə, nəticələrin operativ və keyfiyyətli şəkildə ötürülməsi üçün mərkəzdə böyük ekran quraşdırılıb. Ekranda eyni zamanda 4 müxtəlif məzmunlu məlumatları, o cümlədən 15 monitoru izləmək mümkündür.

Böyük Britaniyalı deputatlardan İlham Əliyevə dəstək

alt

Böyük Britaniyanın nüfuzlu sorğu təşkilatı "Dods Polling" Birləşmiş Krallıq Parlamentinin 100 millət vəkili arasında sorğu keçirib. Sorğu Parlamentin İcmalar Palatasının partiya, region və gender tərkibinə uyğun olaraq paritet əsasında keçirilib.

Respondentlərin 72 faizi Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirib, onun Qərbin və xüsusilə də Böyük Britaniyanın etibarlı müttəfiqi və Avropaya inteqrasiyaya dəstək verən lider olması fikrini ifadə ediblər.

BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycanın suveren torpaqlarından geri çəkilməyə çağıran 822, 853, 874 və 884 saylı qətnamələri ilə bağlı suala böyük əksəriyyət qətnamələrin icra və tətbiq edilməsinin labüd olması cavabını verib.

Həmin sualı cavablandıran millət vəkillərinin müsbət rəyi mənfi rəydən 18 dəfə çox olub ki, bu da öz növbəsində BMT-yə, Azərbaycanın ərazi bütövlüyünə və məcburi köçkünlərin hüquqlarına olan güclü dəstəyi əks etdirir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilmədiyi müddətdə Azərbaycanda olan bir milyona yaxın qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıtmaq iqtidarında deyil.

Respondentlərin 94 faizi Transadriatik qaz kəmərinin (TAP) Avropanın enerji təhlükəsizliyini gücləndirəcəyinə əmin olduqlarını bildirib.

"Dods Polling" Britaniya və Avropada sorğu, siyasi informasiya təhlili və ictimai kommunikasiya platformalarının yaradılması və inkişafı üzrə fəaliyyət göstərən ən təcrübəli təşkilatlardandır.

Prezidentliyə namizədlərin 5-ci DEBATI oldu - VİDEO

alt

Sentyabrın 26-da İctimai Televiziyada prezidentliyə namizədlərin 5-ci debatı yayımlanıb.

Namizədliyi öz təşəbbüsü iləirəli sürülmüş Zahid Oruc deyib ki, «Cəmil Həsənli aldanmış kəvakibdir». 

YAP namizədi - İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov isə deyib ki, Azərbaycan iqtisadi sferada sürətlə inkişaf edir.

«1 milyon 200 min yeni iş yerləri açılıb. Orta əməkhaqqı 400 manatdan yuxarıdır. Pensiyalar isə 180 manatdır».

Ümid Partiyasının namizədi İqbal Ağazadə isə səhiyyədəki problemlərdən danışıb: «Sadə vətəndaşlar müalicə üçün İrana, Türkiyəyə gedirlər».

«Müxalifət səbatsızdır. Aydın proqramı yoxdur. Hakimiyyət isə güclü olduğu üçün dəyişiklik istəmir. Azərbaycan hakimiyyətinin gücü isə xalqda deyil, maliyyəsindədir». Bunu prezidentliyə namizədliyi Ədalət Partiyasından irəli sürülmüş İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mayis Gülalıyev deyib.

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev deyib ki, «Kərimov Əlilər Gəncədə qarışıqlıq yaratmaq istəyirlər. Həsənli Cəmil yazığı ortaya salıblar. Yazıqdır, bu da yorulub. Bir gün bura Qəmbərov İsa gəlsin, Kərimov Əli gəlsin».

Milli Dirçəliş Hərəkat Partiyasından namizədliyi irəli sürülmüş Fərəc Quliyev Dağlıq Qarabağ problemindən danışıb: «Problemi özümüz həll etməliyik».

ADP-nin namizədi Sərdar Cəlaloğlu: «Mənə sual verildi ki, niyə Milli Şura ilə bir yerdə deyilsiniz? Milli Şuradakı qüvvələr vaxtilə hakimiyyətdə olublar, onlar revanşist qüvvələrdir. Mən və İqbal Ağazadədə bu hiss yoxdur».

Sosial Demokrat Partiyasının prezidentliyə namizədi Araz Əlizadə deyib ki, erməni mətbuatında və Milli Şuraya yaxın mətbuatda ona təzyiqlər artıb.

BAXCP-nin namizədi Qüdrət Həsənquliyev isə deyib ki, Əli Kərimli parlamentin iclasına qatıldığı üçün Cəmil Həsənlini AXCP-dən çıxarıb: «Özü isə heç nə olmamış kimi gedib oturdu parlamentdə». 

Milli Şuranın namizədi Cəmil Həsənli seçicilərini sentyabrın 28-dəki görüşünə çağırıb. Deyib ki, burda 5-6 nəfər İlham Əliyevin vəkili kimi çıxış edir.

Saytda Axtarış

Son xəbərlər