Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün571
DünənDünən1299
Bu həftəBu həftə8815
Bu ayBu ay46553
Bu günə qədərBu günə qədər7473887

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

İbrahimbəyovun namizədliyi təsdiq edilmədi - MSK-nın qərarı

alt

MSK katibi Arifə Muxtarova bildirib ki, Rusiya Federasiyasının Azərbaycandakı səfiri, cənab Vladimir Daroxin MSK-nın sorğusuna cavab olaraq, qeyd edib ki, R. İbrahimbəyov 28 noyabr 1991-ci il tarixdən Rusiyanın vətəndaşıdır.

MSK katibi Arifə Muxtarova bildirib ki, Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyovun namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olmadığı müəyyən edilib: “Bu qərarın verilməsində Rusiya qarşısında vətəndaşlığı və öhdəliyinin olması əsas götürülməlidir”.

İclasda Azərbaycan və Rusiyanın müvafiq qurumlarına ünvanlanan sorğular barədə də məlumat verilib.

Rüstəm İbrahimbəyovun 74 il ərzində yalnız 1163 gün Azərbaycanda yaşadığı da açıqlanıb.

MSK bütün bunları əsas gətirərək, açıq səsvermə yolu ilə R. İbrahimbəyovun namizədliyinin təsdiq olunmaması haqda qərar verib.

İlham Əliyevin vəkilləri bəlli oldu- Açıqlama

alt

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi, hazırki dövlət başçısı İlham Əliyevin seçki şüarları tam hazırdır. 

Bunu açıqlamasında hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

Hazırda seçkiyə hazırlığın davam etdiyini bildirən YAP rəsmisinin sözlərinə görə, namizədin vəkilləri də artıq müəyyən edilib.

S.Novruzov həmçinin bildirib ki, sentyabrın 16-da İ.Əliyevin seçki platforması cəmiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyi MSK tərəfindən qeydə alınıb.

İlham Əliyev moldovalı həmkarını təbrik edib

alt

Azərbaycan prezidenti İlham Əliyev Moldova prezidenti Nikolaye Timoftini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. 

Təbrik məktubunda deyilir:

“Sizi və dost Moldova xalqını milli bayram – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, xalqlarımız arasında tarixən yaranmış mehriban dostluq münasibətləri bundan sonra da Azərbaycan-Moldova əməkdaşlığının və qarşılıqlı əlaqələrin hərtərəfli inkişafı üçün etibarlı təməl olacaq.

Hörmətli cənab prezident, sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Moldova xalqına sülh və firavanlıq arzulayıram”.

Gürcüstan Rusiyaya nota verdi - VIDEO

alt

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Abxaziya səfəri ilə bağlı olaraq qonşu ölkəyə nota göndərib. 


Bu barədə Gürcüstan xarici işlər naziri Maya Pandjikidze bəyanat verib. XİN Putini Gürcüstanın dövlət sərhədlərini pozmaqda ittiham edib:

O bildirib ki, Putinin Abxaziyaya səfəri növbəti təxribatdır və bununla bağlı İsveçrə vasitəsilə Rusiyaya etiraz notası göndərilib. 

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin Abxaziyada səfərdə olub və separatçı rejimin lideri Aleksandr Ankvabovla görüşüb. Putinin səfəri Rusiyanın bu ölkənin işğal altında olan reginlarının müstəqilliyini tanımasının 5-ci ildönümü ilə bağlı olub.

MSK məhkəməyə verildi – Azərbaycanda

alt

REAL Hərəkatının sədri və prezidentliyə namizədi İlqar Məmmədov Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. Bu barədə Hərəkatın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün İ.Məmmədovun vəkili və səlahiyyətli nümayəndəsi Xalid Bağırov müvəkkilinin müraciəti əsasında Mərkəzi Seçki Komissiyasının çıxardığı qərarla bağlı bu qurumu məhkəməyə verib. 

Xatırladaq ki, ötən həftə MSK-nın iclasında qərara alınmışdı ki, İ. Məmmədov təcridxanada olduğu üçün onun sənədlərində poçtun deyil, təcridxananın möhürü olmalıdır. Belə olmadıqda məktublar anonim sayılır. Bu səbəbdən də MSK İ.Məmmədovun namizədliyini təsdiq etməkdən imtina edib. 

Azərbaycanda siyasi partiya üzvlüyünə məcbur etmə ilə bağlı cəzalar sərtləşdiriləcək

Azərbaycanda siyasi partiya üzvlüyünə məcbur etmə ilə bağlı cəzalar sərtləşdirilir. Milli Məclisdən APA – ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 169.1 maddəsinə dəyişiklik müzakirəyə çıxarıla bilər.


Dəyişikliyə əsasən, siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə ilə bağlı cərimələr 5 min manatdan 10 manata qədər olacaq. Hazırda qüvvədə olan maddəyə görə bununla bağlı min manatdan 3 min manata qədər cərimə və ya 2 ilədək müddətə islah işləri, yaxud 2 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Dəyişiklik layihəsinin parlamentin növbəti iclaslarından birində müzakirəyə çıxarılması gözlənilir.

Moldova ombudsmanından Azərbaycana minnətdarlıq

alt

“Heydər Əliyev” adına qızıl medal işimə verilən yüksək qiymət kimi qəbul etdim”.

Bunu Moldovanın ombudsmanı Aurelia Qriqoriu deyib.

Ombudsmanı bu mükafat çox sevindirib: “Bu xəbər mənə qəlbimin dərinliyinə qədər təsir etdi. Minnətdaram. Lakin işlə əlaqədar mükafat mənə bir qədər gec təqdim olunacaq”.

O, əlavə edib ki, avqustun 25-də ona növbəti mükafat-Müqəddəs Vladimir ordeni veriləcək.

Qeyd edək ki, Moldovanın ombudsmanı "Heydər Əliyev" adına qızıl medal mükafatına layiq görülüb. Türkdilli Dövlətlərin Siyasətini Dəstəkləmə Fondunun yüksək mükafatı ombudsmana Bakıda təqdim olunacaq.

İndiyə qədər görkəmli qırğız yazıçısı Çingiz Aytmatov, Qırğızıstan Respublikasının keçmiş prezidenti Kurmanbek Bakiyev, Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan, Çeçenistanın prezidenti Ramzan Kadırov “Heydər Əliyev” qızıl medalının laureatları olub.

İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alındı - VIDEO

alt

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

iclasda prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb.


MSK sədri Məzahir Pənahov bildirib ki, cənab İlham Əliyevin namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.

Sonra MSK açıq səsvermə yolu ilə İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

Qeyd edək ki, ümumilikdə indiyədək 18 nəfərin namizədliyi irəli sürülüb, onlardan 15 nəfərin namizədliyi təsdiqlənib. İlham Əliyev, Əhməd Oruc, İlqar Məmmədov (İlqar Altay), İqbal Ağazadə, Fuad Əliyev, Əli Əliyev, Araz Əlizadə, Qüdrət Həsənquliyev, Hafiz Hacıyev, Zahid Oruc, Fərəc Quliyev, Ərəstun Oruclu, Elşən Həsənov, İsmayıl Yusifov, Q. İsaqov və İ. İsmayılovun namizədlikləri təsdiq olunub.

Xatırladaq ki, prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Prezident Ağdaş rayonuna 2 milyon manat ayırdı

alt

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinə vəsait ayrılmasına dair sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, iyirmi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat vəsait ayırlsın.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edilməsi tapşırılıb.

Vladimir Putinin Bakı səfəri- Video

alt

Putinin Bakı səfərindən Rusiya kanalları bir neçə reportaj hazırlasa da, prezidentin "Facebook" səhifəsində AzTV-nin hazırladığı maraqlı görüntülər paylaşılıb

Prezident İlham Əliyevin "Facebook" səhifəsində Rusiya prezidenti Vladimir Putinin Bakıda avqustun 13-də baş tutan səfərindən maraqlı kadrlar paylaşılıb. 

 

Daha bir nəfərin prezidentliyə namizədliyi təsdiq olundu

altBu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Komissiya sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezidentliyə namizədliyi təsdiq edilib.

Bununla da prezidentliyə iddialıların sayı 18-ə çatıb.

İvanişvili: "Gürcüstan 3-4 ilə NATO üzvü ola bilər"

“Əgər situasiyanı düzgün analiz etsək və hadisələr istədiyim kimi getsə, Gürcüstan 3-4 ilə NATO-ya üzv ola bilər”. APA-nın Gürcüstan bürosunun yerli mətbuata istinadən verdiyi məlumata görə, bunu “Bloomberg”ə müsahibəsində Gürcüstanın baş naziri Bidzina İvanişvili deyib.

Baş nazir qeyd edib ki, Rusiya ilə münasibətlərin normallaşması Gürcüstan üçün həyati əhəmiyyət kəsb edir: “Rusiya Federasiyası ilə münasibətlərin normallaşdırılması Gürcüstanın siyasi sabitliyi və iqtisadiyyatı üçün vacibdir. Gürcüstan hökuməti Rusiya ilə münasibətlərin normallaşması prosesinin vacibliyini və əhəmiyyətini nəzərə alaraq, bu məqsədə nail olmaq üçün hər şeyi edəcək.

Gürcüstanın baş naziri bu ilin dekabr ayında siyasətdən getmək niyyətini də açıqlayıb: "Mən yeni ilə qədər siyasətdən gedəcəm və ictimai fəaliyyətimi fəal davam etdirəcəm. Fikrimcə, bizim problem hökumətdə deyil, cəmiyyətdədir. Cəmiyyət çox təcrübəsiz və aşağı səviyyəli siyasi mədəniyyətin daşıyıcısıdır. Mən onun siyasi mədəniyyətinin səviyyəsinin yüksəldilməsi üçün hər şeyi edəcəyəm”.

Saytda Axtarış

Son xəbərlər