Dalga Televiziyasi Prezident yanında Əfv Məsələləri Komissiyası: “Fərhad və Rafiq Əliyevlərin əfv müraciətinə baxılacaq”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1591
DünənDünən1348
Bu həftəBu həftə5286
Bu ayBu ay53982
Bu günə qədərBu günə qədər7481316

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Prezident yanında Əfv Məsələləri Komissiyası: “Fərhad və Rafiq Əliyevlərin əfv müraciətinə baxılacaq”

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

“Əfv haqqında əsasnaməyə uyğun olaraq hər bir məhkum müəyyən müddət cəza çəkəndən sonra əfvlə bağlı ölkə prezidentinə müraciət etmək hüququna malikdir. Bu halda bütün müvafiq sənədlər və məhkumun ərizəsi aidiyyəti üzrə Prezident Administrasiyasının əfv üzə sektoruna göndərilir”.


Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyevin əfv ərizəsi yazması xəbərinə münasibət bildirərkən deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından isə

Fərhad Əliyev, qardaşı Rafiq Əliyev və anaları Şövkət Əliyevanın prezident İlham Əliyevə əfvlə əlaqədar ünvanladıqları məktubun komissiyaya daxil olduğu bildirilib.

Məlumata görə, Fərhad və Rafiq Əliyev qardaşlarının əfv olunması xahişi barədə məktuba komissiyada baxılaraq araşdırılacaq.

Qeyd edək ki, Fərhad və Rafiq Əliyev qardaşlarının vəkilləri Elton Quliyev aznews.az saytına Əliyev qardaşlarının əfvlə bağlı müraciət etdiklərini deyib. Vəkil açıqlamasında da bu məlumatı təsdiqləyib.

F. Əliyevin digər vəkili Muxtar Mustafayev də açıqlamasında Əliyev qardaşlarının və analarının əfv ərizəsi yazdıqlarını bildirib.

Həbsdə olan digər sabiq nazir Əli İnsanovun vəkili Toğrul Babayev isə müdafiə etdiyi şəxsin də əfv ərizəsi yazması barədə məlumatları təkzib edib.

Saytda Axtarış

Son xəbərlər