Dalga Televiziyasi Obamadan müdafiə nazirinə tapşırıq; ABŞ Suriyaya girir
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1727
DünənDünən1348
Bu həftəBu həftə5422
Bu ayBu ay54118
Bu günə qədərBu günə qədər7481452

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Obamadan müdafiə nazirinə tapşırıq; ABŞ Suriyaya girir

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

ABŞ-ın müdafiə naziri Çak Hagel Birləşmiş Ştatlar ordusunun Suriyaya müdaxilə etmək üçün tam hazır vəziyyətdə olduğu barədə açıqlama verib. 

Nazir bildirib ki, ABŞ ordusu hərbi müdaxiləyə hazırdır. Ç.Hagelin sözlərinə görə, ABŞ prezidenti Barak Obama müdafiə nazirliyinə bütün ehtimalları nəzərə alaraq, hərbi müdaxiləyə tam hazır olmaq barədə göstəriş verib. 
Nazir deyib ki, ordu bütün variantlara hazırdır və Obama hansı variantı seçərsə, ABŞ ordusu həmin seçimi həyata keçirəcək. 

Bununla belə, ABŞ madafiə naziri bildirib ki, Suriyada Əsəd rejiminin müxalifələrə qarşı kimyəvi silahdan istifadə etdiyinə dair əllərində heç bir tutarlı dəlil yoxdur. 

Qeyd edək ki, ötən gün yayılan məlumatlarda bildirilirdi ki, ABŞ ən geci 4 gün ərzində Suriyaya hərbi müdaxilə edəcək və Əsədə bağlı ordu birləşmələrinə aid konkret hədəfləri vuracaq. İddia edilirdi ki, 3 gün davam edəcək bu hərbi müdaxilə davamlı olmayacaq və məqsəd Bəşər Əsədi müxalifələrə qarşı şiddəti dayandırmağa məcbur etməkdir. 

Saytda Axtarış

Son xəbərlər