Dalga Televiziyasi Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı işinə başlayıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün106
DünənDünən1775
Bu həftəBu həftə5576
Bu ayBu ay54272
Bu günə qədərBu günə qədər7481606

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı işinə başlayıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

Bu gün Azərbaycanın Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı işinə başlayıb.

Zirvə toplantısında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri İlham Əliyev, Abdulah Gül, Nursultan Nazarbayev və Almazbek Atambayev iştirak edirlər.

Zirvə toplantısında əsas müzakirə mövzuları nəqliyyat sahəsində əməkdaşlıq və gömrük proseduralarının asanlaşdırılması olmalıdır.

Nəzərdə tutulan tədbirlər çərçivəsində quruma üzv olan ölkələr arasında əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunacaq.

Həmçinin toplantı çərçivəsində Qırğızıstanın Şuradakı sədrliyinin Azərbaycan tərəfinə təqdim edilməsi gözlənilir.

Xatırladaq ki, dünən Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclası da keçirilib. Şura iclasının sonunda 4 ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb.

Qeyd edək ki, Şura 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və stabilliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.

Saytda Axtarış

Son xəbərlər