Dalga Televiziyasi “Öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm“- İlham Əliyev
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1822
DünənDünən2692
Bu həftəBu həftə4514
Bu ayBu ay42252
Bu günə qədərBu günə qədər7469586

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


“Öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm“- İlham Əliyev

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələr elə etməlidir ki, yaşadığımız ölkədə əmin-amanlıq daim təmin edilsin. Əfsuslar olsun ki, Azərbaycan uzun müddətdir ki, erməni işğalından əziyyət çəkib, Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozulub. "

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb və bütün beynəlxalq hüquq normaları kobudcasına pozulub: "Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli, beynəlxalq hüquq normaları əsasında həll edilməsi həm bu ədalətsizliyə son qoyacaq, həm də eyni zamanda regional təhlükəsizliyə də töhfə olacaq".

Prezidentin sözlərinə görə, bu münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və bu gün qəbul olunacaq Birgə Bəyannamədə məhz bu prinsiplər öz əksini tapıb: "Buna görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm".

Saytda Axtarış

Son xəbərlər