Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

Socar Georgia Gas

 

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1903
DünənDünən3396
Bu həftəBu həftə1903
Bu ayBu ay51171
Bu günə qədərBu günə qədər2899612

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Ötən il Gürcüstan turizmdən 2,7 mlrd. dollar gəlir əldə edib

Gürcüstan 2017-ci ildə turizmdən 2,7 mlrd. dollar gəlir əldə edib.

APA-nın Gürcüstan bürosunun ölkənin Milli Bankına istinadla verdiyi xəbərə görə, bu, 2016-cı ilin gəlirindən 584 mln. dollar çoxdur.

Ötən il qonşu ölkənin turizmdən ən çox gəliri iyul, avqust və sentyabr aylarının payına düşüb. İyul ayında gəlir 379 mln., avqustda 395 mln., sentyabrda isə 307 mln. dollar təşkil edib.

Qeyd edək ki, 2017-ci ildə Gürcüstana 7 mln. 554 min 936 nəfər əcnəbi səfər edib ki, bu da 2016-cı illə müqayisədə 18,8% çoxdur.

Gürcüstanda prezident seçkisi 15 milyon dollara başa gələcək

Gürcüstan Mərkəzi Seçki Komissiyası bu il keçiriləcək prezident seçkisinə 39 136 784 lari (15 mln. dollardan çox) vəsait xərcləyəcək.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu məbləğin 28 272 634 larisi seçkinin keçirilməsi, 1 002 300 larisi seçkilərə hazırlıq, 2 242 850 larisi seçki subyektlərinin televiziya vasitəsilə reklamına, 7 619 000 larisi isə seçki subyektləri nümayəndələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
 

Gürcüstanda prezident seçkisi oktyabr ayında keçiriləcək. 

Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacının 99,65%-ni ödəyəcək

2018-ci ildə Gürcüstanın təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunur.

APA-nın yerli bürosunun Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadən verdiyi xəbərə əsasən, bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək.

Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini “SOCAR” şirkətindən, 813 mln. kub metrini isə “Şahdəniz” yatağından əldə edəcək.  Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.

Proqnoza əsasən, gələn il Gürcüstan Rusiyadan təbii qaz almağı planlaşdırmır. 2017-ci ildə qonşu ölkə Rusiyadan 100 mln. kub metr təbii qaz alıb. 

Gürcüstanda “İpək yolu”nun bir hissəsi olacaq limanının tikintisinə start verilib

Gürcüstanda Anaklia dərin dəniz limanının tikintisinə rəsmən start verilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, mərasimdə Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, iqtisadiyyat naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze və digər rəsmi şəxslər iştirak edib.

G.Kvirikaşvili Anaklia limanının Gürcüstan və region üçün əhəmiyyətindən danışıb: “Anaklia limanı unikal layihə olmaqla yanaşı, Gürcüstanın “İpək yolu” xəritəsində mövqeyini möhkəmləndirəcək. Limanın işə düşməsi ilə Gürcüstanda bir sıra dəyişikliklərə start veriləcək.”.

Yeni “İpək yolu”nun bir hissəsi olacaq Anaklia limanının tikintisinin 2020-ci ildə başa çatacağı gözlənilir. İlkin mərhələdə layihəyə 540 milyon dollar investisiya qoyulacaq. Layihənin ümumi dəyəri 2,5 milyard dollar təşkil edir. Liman tikinti işləri tam başa çatmadan, yəni iki ildən sonra ilk gəmiləri qəbul edə biləcək.

Qeyd edək ki, ötən ay Tbilisidə Anaklia limanı və Bakı Beynəxlalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Azərbaycan və Gürcüstan arasında vergi sistemlərinin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq müzakirə edilib

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Görüşdə vergi sistemlərinin təkmilləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər vergilər sahəsində qarşılıqlı dəstək və operativ məlumat mübadiləsi barədə də fikir mübadiləsi aparıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinin vergilər sahəsində təcrübə mübadiləsi məqsədilə Gürcüstana səfər edəcəyi barədə razılıq əldə olunub.

Nazir: “Azərbaycan Gürcüstanın əsas investorudur”

“Azərbaycan Gürcüstanın əsas investorudur”.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili parlamentdə keçirilən dinləmələrdə deyib.

Nazir bildirib ki, 2017-ci ilin 9 ayı ərzində Azərbaycanın Gürcüstana yatırdığı investisiyalar 378,2 milyon dollar təşkil edib ki, bu da ümumi xarici investisiyaların 28,1%-ni təşkil edib. 

D.Kumsişvili deyib ki, cari ilin 9 ayı ərzində Gürcüstanda birbaşa xarici investisiyaların həcmi rekord həddə çatıb: “Bu dövrdə xarici investisiyalar 1 milyard 346,5 milyon dollar təşkil edib. Bununla yanaşı, 2017-ci ilin üçüncü rübündə xarici investisiyalar 17,6% artaraq 594,5 milyon dollar olub”.

Nazir əlavə edib ki, 2017-ci ilin sonunda birbaşa xarici investisiyaların həcminin 1 milyard 600 milyon dollara çatacağı gözlənilir.

Millət vəkili: “Azərbaycan Gürcüstan iqtisadiyyatının inkişafına böyük təkan verir”

“Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 558 mln dollar yatırıb ki, bu da Ermənistanda bu il gözlənilən birbaşa xarici sərmayələrin həcmindən 3 dəfə çoxdur”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Əli Məsimli deyib.

O bildirib ki, Azərbaycan həm investisiyalarla, həm də regionda həyata keçirilən layihələrlə Gürcüstan iqtisadiyyatının inkişafına böyük təkan verir. 

Gürcüstanda Azərbaycan Ticarət Evinin açılması təklifini şərh edən millət vəkili deyib ki, bu təklifi mütləq reallaşdırmaq lazımdır. “Gürcüstanda  Azərbaycan Ticarət Evinin olmasını çox vacib hesab edirəm. Bu, həm azərbaycanlılar və gürcülərin bir-birinə daha da yaxınlaşması, həm də iki ölkə arasında ticarət əlaqələrinin yeni mərhələyə keçməsinə təkan verəcək. Ticarət evi həmçinin Azərbaycandan Gürcüstana qeyri-neft məhsulları, xüsusən də aqrar sənaye məhsullarının ixracının artırılmasına töhfə verəcək”.

Gürcüstanda orta aylıq əməkhaqqı artıb

Cari ilin üçüncü rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı 1069,1 lari təşkil edib.


APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, bu, ötən ilin analoji göstəricisindən 9% çoxdur.


Qonşu ölkədə ən yüksək maaş tikinti sektorundadır. Bu sahədə çalışanların əməkhaqqı 1999,5 lari təşkil edir. Tikinti sektoru ilə yanaşı maliyyə (1861,3 lari) və hasilat (1337,7 lari) sahələrində də əməkhaqqı yüksəkdir.


Gürcüstanda ən aşağı əməkhaqqı isə təhsil sahəsindədir. Təhsil işçiləri 565,7 lari maaş alır.

Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır

Azərbaycan Gürcüstanın bir nömrəli investoru olaraq qalır.


APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinə istinadən verdiyi xəbərə əsasən, cari ilin 9 ayında Azərbaycan Gürcüstana 378,3 mln. dollar investisiya yatırmaqla bu adı qoruyub.


2017-ci ilin təkcə üçüncü rübündə Azərbaycan Gürcüstana 154,1 mln. dollar investisiya yatırıb. Azərbaycandan olan investisiyaların payı Gürcüstana yatırılmış birbaşa xarici investisiyaların ümumi həcmində 25,9% təşkil edib.


Cari ilin üçüncü rübündə Gürcüstana yatırılmış birbaşa xarici investisiyaların ümumi həcmi 594,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Cari ilin üç rübündə qonşu ölkənin iqtisadiyyatına ümumilikdə 1 mlrd. 346,5 mln. dollar xarici investisiya qoyulub.
 

Bu il Azərbaycandan sonra Gürcüstana ən çox investisiya yatırmış ölkələr Türkiyə (259,2 mln. dollar) və Böyük Britaniyadır (175 mln. dollar).

Cari ilin üçüncü rübündə qonşu ölkədə ən çox investisiya nəqliyyat və rabitə, tikinti, energetika, maliyyə və istehsal sahələrinə yönəldilib.

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 650 mln. dolları ötüb

2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Gürcüstandan ən çox minik avtomobilləri idxal edib.

Gürcüstanın Milli Statistika İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata əsasən, idxal olunmuş minik avtomobillərinin dəyəri 54 mln. 51,7 min dollar təşkil edib.

Azərbaycanın qonşu ölkədən idxal etdiyi məhsulların ilk üçlüyünə medikamentlər və tütün məmulatları da daxildir. Cari ilin 10 ayı ərzində Azərbaycan Gürcüstandan 19 mln. 115,9 min dollar məbləğində medikament və 10 mln. 219,7 min dollar məbləğində isə tütün məmulatları idxal edib.

Hesabat dövründə Azərbaycan Gürcüstana ən çox qaz və digər qaz halında karbohidrogenlər (226 mln. 417,3 min dollar), neft və neft məhsulları (80 mln. 772,9 min dollar) və elektrik enerjisi (43 mln. 339,3 min dollar) ixrac edib.

Qeyd edək ki, cari ilin ilk 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 650,4 mln. dollar təşkil edib.

Bakı-Tbilisi-Qars xətti ilə Türkiyədən Azərbaycana ilk qatar yola düşür

Bakı-Tblisi-Qars dəmir yolu xətti ilə Türkiyədən Azərbaycana ilk qatar yola düşəcək.


"APA-Economics" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Mərsin şəhərindən yola düşən qatar 32 konteynerli 16 vaqondan ibarətdir. Yükü 650 ton soya jmıxı və keramik yapışqan olan qatar Bakıyadək 2100 km məsafəni 4 günə qət edəcək.


Bakı-Tblisi-Qars dəmir yolu xəttinin rəsmi açılış oktyabr ayının 30-da baş tutub.

Anaklia limanının rəhbəri: “Gürcüstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığın effektivliyini artırmağa çalışır”

“Anaklia və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında imzalanmış memorandum tərəflər arasında əməkdaşlıq istiqamətində ilk addımdır”.

Bu barədə APA-nın Gürcüstan bürosuna Anaklia İnkişaf Konsorsiumunun direktoru Levan Axvlediani deyib.

Onun sözlərinə görə, bu memorandum çox vacibdir: “Hesab edirəm ki, regionun əsas nəqliyyat oyunçularının dəhlizin inkişafı ilə bağlı ümumi baxışlar hazırlamaları çox önəmlidir”.

L. Axvlediani deyib ki, Gürcüstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığın effektivliyini artırmağa çalışır.

“Memorandumun əsas məqsədi əməkdaşlığa başlamaq, işçi qruplarının yaradılması və onların layihə və ideyalar üzərində işləməsidir. Anaklia dərin dəniz limanının tikintisinə dekabrın 20-də start veriləcək. Üç ildən sonra tikintinin başa çatdırılması nəzərdə tutulur. Liman tikinti işləri tam başa çatmadan, yəni iki ildən sonra ilk gəmiləri qəbul edə biləcək”.

İmzalanmış memorandumu şərh edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov isə deyib ki, sənəd iki limanın inkişaf strategiyalarının sinxronlaşdırılmasına yönəlib. “Anaklia limanının tikintisi başa çatandan sonra daha böyük gəmilər Gürcüstan sahilinə yan ala biləcək. Böyük gəmilər isə böyük yüklərin daşınması deməkdir. Hər iki liman bir tunelin iki çıxışıdır. Bir-birimizə kömək edərək bu limanları inkişaf etdirəcəyik”.

Saytda Axtarış

Son xəbərlər