Dalga Televiziyasi SOCAR rekord qırdı — Türkiyə mətbuatı ondan yazı
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1209
DünənDünən3337
Bu həftəBu həftə17939
Bu ayBu ay65431
Bu günə qədərBu günə qədər3702564

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR rekord qırdı — Türkiyə mətbuatı ondan yazı

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR keçən il ümumi neft istehsalını 1 milyon ton həcmində artıraraq, 42 milyon ton səviyyəsinə çıxarıb və rekord qırıb.

Dalga tv xəbər verir ki, bu barədə Türkiyənin Hürriyet qəzetinin "SOCAR neft istehsalında rekord qırdı" başlıqlı məqaləsində deyilir.

"SOCAR-ın açıqlamasında şirkətin xam neft istehsalının və gəlirlərinin 2017-ci ildə əvvəlki ilə nəzərən artım nümayiş etdirdiyi bildirilib. Xüsusilə köhnə yataqlarda yeni texnologiya ilə istehsala keçilərək ümumi həcmdə 1 milyon ton istehsala nail olduqları ifadə edilib. SOCAR bununla il ərzində indiyəqədərki ən yüksək rəqəmə çatıb və istehsal rekordu qırıb", - deyə, məqalədə qeyd olunur.

Bildirilir ki, köhnə mədənlərdəki istehsalın azalmasının qarşısını almaq məqsədilə yeni texnologiyalarla geoloji-texniki işlər və yeniləmələr həyata keçirilib, bununla yanaşı, istehsalın bütün gücü ilə davam etdirilməsi üçün yeni neft yataqları da istismara açılıb.

"Şirkətin açıqlamasına görə, SOCAR-la müqavilələri olan "Abşeronneft" və "Bibiheybətneft" şirkətləri də neft istehsalını əvvəlki ilə nisbətən 8.7 faiz və 1.9 faiz həcmində artırıb".

Məqalədə həmçinin SOCAR-ın “Azneft” İstehsalat Birliyinin direktoru Daşqın İsgəndərovdan sitat gətirilir.

"Abşeron" yatağında iki dəfədən çox istehsal artımına nail olduqlarını qeyd edən D. İsgəndərov əlavə edib ki, SOCAR istehsalı artırmaqla yanaşı, xərcləri də aşağı salıb:
"Azərbaycandakı neft mühəndislərinin qərarlılığı sayəsində emal xərclərini dünya səviyyəsindən də aşağı salmağa nail olmuşuq".

Dünya birjasında neftin qiymətinin yenidən yüksəlişə keçməsi üçün OPEC ölkələri tərəfindən istehsalın azaldılması ilə bağlı müqavilənin müddətinin 2018-ci ilin sonuna qədər uzadıldığını xatırladan İsgəndərov Azərbaycanın bu müqavilə çərçivəsində istehsalın məhdudlaşdırılması ilə əlaqədar götürdüyü öhdəliklərini tam olaraq yerinə yetirdiyini və istehsaldakı azalmanın yüksələn neft qiymətlərinin təsiri ilə SOCAR-ın gəlirlərinə müsbət təsir etdiyini də bildirib.

Saytda Axtarış

Son xəbərlər