Dalga Televiziyasi SOCAR-ın törəmə şirkətləri Gürcüstanın ən iri 20 şirkəti arasında yer alıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1222
DünənDünən3337
Bu həftəBu həftə17952
Bu ayBu ay65444
Bu günə qədərBu günə qədər3702577

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR-ın törəmə şirkətləri Gürcüstanın ən iri 20 şirkəti arasında yer alıb

Gürcüstanın nüfuzlu "Forbes Georgia" biznes nəşri ölkənin dövriyyəyə görə ən iri 20 şirkətinin siyahısını tərtib edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı iki törəmə şirkəti olan "SOCAR Georgia Petroleum" və "SOCAR Georgia Gas" 20 ən iri şirkətin siyahısında yer alıb.

Siyahıda Gürcüstanın dövlət şirkətləri olan "Telasi" enerji paylayıcı şirkəti, "Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru" (ESCO) və “Gürcüstan Dəmir Yolu” MMC də var.

Bu sənəddə neft şirkətləri dominantlıq edir. Belə ki, siyahıya 6 neft şirkəti daxil olub. "Forbes Georgia"nın qeyd etdiyi kimi, qonşu ölkənin biznes sektorunda ən böyük dövriyyəyə ticarət, emal sənayesi və tikinti sahələri sahibdir. Ötən ilin III rübünün məlumatına əsasən, biznes sektorda dövriyyə 19,7% artaraq, 18,6 mlrd. lari təşkil edib.

Saytda Axtarış

Son xəbərlər