Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1308
DünənDünən634
Bu həftəBu həftə7744
Bu ayBu ay52443
Bu günə qədərBu günə qədər7422917

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

vSOCAR xam neft və qazın maya dəyərini açıqladı

SOCAR-ın istismar etdiyi yataqlardan hasil olunan 7 mln. 522,4 min ton xam neftin 5 mln. 999,8 min tonu emala yönəldilib, 1,439 mln. tonu isə ixrac edilib.

Dalga tv  APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun "İki sahil" jurnalının xüsusi buraxılışında yer alan məqaləsində deyilir. 

Müəllif qeyd edir ki, ötən il Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan və SOCAR-ın payına düşən 825,2 min ton məsrəf nefti və 691,08 min ton mənfəət nefti (cəmi 1 mln. 516,28 min ton) ixrac olunub.

"SOCAR tərəfindən bu dövrdə 6 mlrd. 266,8 mln. kubmetr qaz hasil edilib, 298,4 mln. kubmetr qaz idxal edilib və "Şahdəniz" yatağından 3 mlrd. 463,6 mln. kubmetr qaz müqavilə şərtlərinə əsasən alınıb. Eyni zamanda, AÇG-dən sazişin şərtlərinə əsasən 2 mlrd. 762,6 mln. kubmetr səmt qazı qəbul edilib. Hasil olunan, alınan və qəbul edilən qazın 9 mlrd. 677,1 mln. kubmetri daxili bazarda satılıb, 1 mlrd. 321,4 mln. kubmetri isə ixrac edilib", - deyə vitse-prezident vurğulayıb.

Onun sözlərinə görə, qeyd edilən dövrdə SOCAR üzrə hasil edilən 1 ton xam neftin maya dəyəri 97 manat 81 qəpik, 1000 kubmetr qazın maya dəyəri isə 46 manat 77 qəpik təşkil edib.

Azərbaycanla Gürcüstan arasında avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə olunub

Sentyabrın 14-15-də Tbilisidə Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Gürcüstan-Azərbaycan Qarışıq Komissiyasının növbəti iclası keçirilib. Bu barədə "APA-Economics"ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Gürcüstanın nümayəndə heyətinə İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Mixeil Xmaladze rəhbərlik edib.



İclasda Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət, statistik məlumatların mübadiləsi, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları, daşımaların inkişafı perspektivləri və digər aktual məsələlər müzakirə edilərək, müvafiq Protokol imzalanıb.

Gürcüstanda orta aylıq əmək haqqı 10% artıb

Gürcüstanda orta aylıq nominal əmək haqqının məbləği artıb.


APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, 2017-ci ilin II rübündə ölkədə orta aylıq nominal əmək haqqı 1 071,1 lari təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.
 

Qonşu ölkədə biznes sektorda orta aylıq əmək haqqı 1 106,9 lari (13,2% artım), qeyri-biznes sektorunda isə 1 012,2 lari (4,7% artım) təşkil edib.
 

Gürcüstanda ən aşağı maaş təhsil sahəsindədir. Bu sahədə çalışanların orta aylıq əmək haqqı 583 laridir.

AÇG-nin işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılmasına dair sazişin imzalanması mərasimi keçirilir

Bakıda “Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG)) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması mərasimi keçirilir.

APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, səfirlər, xarici şirkətlərin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, ötən il dekabrın 23-də Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) AÇG yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb. Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.

AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqlar blokudur. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadratmetrdən çox ərazini əhatə edir. Yataqlar dənizin 120-170 metr dərinliyində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

AÇG blokunun işlənməsi üçün mövcud Hasilatın Pay Bölgüsü sazişi (PSA) 1994-cü il sentyabrın 20-də 30 illik müddətə imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard bareldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.

BP şirkəti ABƏŞ və AÇG üzrə HPBS-nin Podratçı Tərəfləri adından operator qismində çıxış edir.

İndiyədək AÇG-də iştirak payları belə olub: BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%).

Gürcüstanın xarici ticarət dövriyyəsi 12% artıb

2017-ci ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 6 mlrd. 618,2 mln. dollar təşkil edib.


APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.


Cari ilin 8 ayı ərzində qonşu ölkənin ixracı 28,5% artaraq 1 mlrd. 682,8 mln. dollara çatıb, idxal isə 7,5% artaraq 4 mlrd. 935,5 mln. dollar təşkil edib.

Ticarət dövriyyəsinin kəsri 3 mlrd. 252,7 mln. dollar olub.

SOCAR büdcə ödənişlərini 15% artırıb

Bu ilin avqust ayında SOCAR tərəfindən dövlət büdcəsinə 133 mln. 782 min manat vəsait ödənilib ki, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17 mln. 321 min manat və ya 14,9% çoxdur.


SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, ümumiyyətlə, bu ilin yanvar-avqust aylarında büdcəyə 1 mlrd. 48 mln. 348 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142 mln. 946 min manat və ya 15,8% çoxdur.

Bundan əlavə, bu ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) SOCAR tərəfindən 12 mln. 575 min manat vəsait köçürülüb. Bu ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 99 mln. 826 min manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5 mln. 479 min manat və ya 5,8% 

SOCAR-da “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə təcrübə keçən tələblərlə görüş keçirilib

 Bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisin İnsan Resursları Departamentinin əməkdaşları şirkətin müəssisə və təşkilatlarında “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə təcrübə keçən tələblərlə görüşüblər.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, görüşlər təcrübə rəhbərləri və təcrübəçilərlə fərdi və kollektiv şəkildə baş tutub. “Azneft” İstehsalat Birliyi, Heydər Əliyev adına Neft Emalı Zavodu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi və “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təcrübə keçən tələbələrlə görüşən departament əməkdaşları onların iş şəraiti ilə tanış olublar. Təcrübədən məmnun qalan tələbələrin hər biri proqramdan, təcrübə rəhbərlərindən və iş şəraitindən razılıq bildirib, təhsillərini başa vurduqdan sonra karyeralarını məhz SOCAR-da davam etdirmək arzusunda olduqlarını vurğulayıblar. Proqram və iştirakçıların fəaliyyəti haqda fikirlərini bölüşən təcrübə rəhbərləri yay təcrübəsinə cəlb edilmiş tələbələrin bilik və bacarıqlarından razı qaldıqlarını qeyd ediblər. Sonda həm təcrübə proqramının iştirakçıları, həm də təcrübə rəhbərlərinin ödənişli yay təcrübəsi proqramı ilə bağlı rəy və təklifləri dinlənilib.

Qeyd edək ki, SOCAR 2010-cu ildən etibarən Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, iqtisadiyyat və proqramçı ixtisasları üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün “Ödənişli Yay Təcrübəsi” proqramını həyata keçirir. Bu ildə proqrama 122 nəfər tələbə cəlb edilib.

SOCAR hasil etdiyi neft və qazın həcmini açıqladı

Dövlət Neft Şirkəti hasil etdiyi neft və qazın həcmini açıqlayıb.

Dalga tv xəbər verir ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 4336,9 min ton xam neft hasil edib.

7 ay ərzində SOCAR-ın neft hasilatının 631,5 min tonu iyul ayının payına düşüb. Hesabat dövründə Azərbaycan üzrə 22499,5 min ton neft hasil olunub ki, onun da 3339 min tonunu iyul ayının hasilatı təşkil edib. 

Qaz hasilatı isə 3458,2 mln. kubmetr həcmində olub. 7 ay ərzində SOCAR-ın qaz hasilatının 503,3 mln. kubmetri iyul ayının payına düşüb.

Hesabat dövründə Azərbaycan üzrə qaz hasilatının həcmi isə 16626,5 mln. kubmetr təşkil edib. Bu həcmin 2494,7 mln. kubmetri iyulda hasil olunub.

AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 2%-ə çatıb

2017-cı ilin ilk 6 ayı ərzində "Azərbaycan Hava Yolları" QSC (AZAL) Gürcüstana 32,992 min sərnişin daşıyıb.


APA-nın yerli bürosu Gürcüstanın Mülki Aviasiya Agentliyinə istinadən xəbər verir ki, hesabat dövründə AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 2% təşkil edib.


Qeyd olunan dövrdə yerli və xarici aviaşirkətlər ümumilikdə 1 mln. 562,366 min sərnişinə xidmət göstərib. Daşınmış sərnişinlərin sayına görə "Türk Hava Yolları" (THY) aviaşirkəti birinci yerdədir. Türkiyənin ən iri aviaşirkəti hesabat dövründə 189,542 min sərnişin daşıyıb. THY Gürcüstanın aviasiya bazarının 12%-nə nəzarət edir.


Gürcüstana daşınmış sərnişinlərin sayına görə ikinci və üçüncü yerləri müvafiq olaraq Ukrayna Beynəlxalq Hava Yolları (146,699 min sərnişin) və Gürcüstanın "Airzena" aviaşirkəti (143,327 min) tuturlar

SOCAR Gürcüstanın bir bölgəsinin qaz təminatını dayandırıb

Gürcüstanın Kaxeti bölgəsinin Qurcaani, Laqodexi və Kvareli şəhərlərinin təbii qazla təchizatı dayandırılıb.


APA-nın yerli bürosunun məlumatına görə, buna səbəb “SOCAR Georgia Gas” şirkətinin qaz kəmərində aparılan təmir-bərpa işləridir. Şirkətdən bildirilib ki, Qurcaaniyə və 15 kəndə, həmçinin Kvareli və Laqodexi şəhərlərinin bir hissəsinə təbii qaz verilmir.  

Sabahdan etibarən təbii qazın verilişi tədricən bərpa olunacaq. Qaz kəmərində təmir-bərpa işlərinin sentyabrın 5-də başa çatdırılacağı gözlənilir.

Gürcüstandakı mehmanxanalar ötən il 2,5 milyondan çox ziyarətçi qəbul edib

2016-cı ildə Gürcüstanın mehmanxana və mehmanxana tipli müəssisələri 2,5 milyondan çox ziyarətçiyə xidmət göstərib ki, bu da 2015-ci ilin göstəricisindən 37% çoxdur.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, ziyarətçilərin 65,8%-i xarici ölkə vətəndaşlarıdır. Onların 24%-ni Türkiyə, 21,1%-ni Polşa, 13,8%-ni Rusiya, 18,1%-ni Almaniya, 11,8%-ni İran, 5,3%-ni isə Azərbaycan vətəndaşları təşkil edir.

Ötən il xarici vətəndaşların 74,6%-i Gürcüstana istirahət, 16%-i  biznes, 1,6%-i müalicə və 7,8%-i digər məqsədlərlə səfər edib.

2016-cı ildə Gürcüstanın rekreasiya obyektlərində istirahət etmiş xarici ölkə vətəndaşlarının 3,6%-ni Azərbaycan vətəndaşları təşkil edib. 

Qeyd edək ki, Gürcüstanda 1496 mehmanxana və mehmanxana tipli müəssisə var.  Onların 99,5%-i qeyri-dövlət, 0,5%-i isə dövlət müəssisələridir.

SOCAR ötən ay büdcəyə 130 milyon manata yaxın vəsait ödəyib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin iyul ayında dövlət büdcəsinə 128 mln. 954 min manat vəsait ödənilib.

Dalga tv SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin iyul ayı ilə müqayisədə 1 mln. 755 min manat və ya 101,4% çoxdur.

Cari ilin yanvar-iyul aylarında büdcəyə 914 mln. 566 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 125 mln. 625 min manat və ya 115,9% çoxdur.

Saytda Axtarış

Son xəbərlər