Dalga Televiziyasi Gürcüstandakı mehmanxanalar ötən il 2,5 milyondan çox ziyarətçi qəbul edib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1251
DünənDünən634
Bu həftəBu həftə7687
Bu ayBu ay52386
Bu günə qədərBu günə qədər7422860

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstandakı mehmanxanalar ötən il 2,5 milyondan çox ziyarətçi qəbul edib

2016-cı ildə Gürcüstanın mehmanxana və mehmanxana tipli müəssisələri 2,5 milyondan çox ziyarətçiyə xidmət göstərib ki, bu da 2015-ci ilin göstəricisindən 37% çoxdur.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadla xəbər verir ki, ziyarətçilərin 65,8%-i xarici ölkə vətəndaşlarıdır. Onların 24%-ni Türkiyə, 21,1%-ni Polşa, 13,8%-ni Rusiya, 18,1%-ni Almaniya, 11,8%-ni İran, 5,3%-ni isə Azərbaycan vətəndaşları təşkil edir.

Ötən il xarici vətəndaşların 74,6%-i Gürcüstana istirahət, 16%-i  biznes, 1,6%-i müalicə və 7,8%-i digər məqsədlərlə səfər edib.

2016-cı ildə Gürcüstanın rekreasiya obyektlərində istirahət etmiş xarici ölkə vətəndaşlarının 3,6%-ni Azərbaycan vətəndaşları təşkil edib. 

Qeyd edək ki, Gürcüstanda 1496 mehmanxana və mehmanxana tipli müəssisə var.  Onların 99,5%-i qeyri-dövlət, 0,5%-i isə dövlət müəssisələridir.

Saytda Axtarış

Son xəbərlər