Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1451
DünənDünən634
Bu həftəBu həftə7887
Bu ayBu ay52586
Bu günə qədərBu günə qədər7423060

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 500 mln. dolları ötüb

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin həcmi 567,070 mln. dollar təşkil edib.


APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, 9 ay ərzində Azərbaycan Gürcüstandan 167 mln. 787,3 min dollar dəyərində məhsul idxal edib. Azərbaycanın qonşu ölkəyə ixracı isə 399 mln. 282,7 min dollar dəyərində olub.

Hesabat dövründə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 7 mlrd. 567,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 12,1% çoxdur.

Qonşu ölkənin ixracı 28,3% artaraq 1 mlrd. 940,3 mln. dollar, idxal isə 7,4% artaraq  5 mlrd. 627,2 mln. dollar təşkil edib.

Bu ilin 9 ayı ərzində Gürcüstanın ən çox ixrac etdiyi məhsullar arasında mis filizi və konsentratlar (ümumi ixracın 16%-i) birinci yeri saxlayıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq  ferroərintilər (12,2%) və minik avtomobilləri (7,7%) tutub.

Qonşu ölkənin ən çox idxal etdiyi məhsulların ilk üçlüyünə isə neft və neft yağları (ümumi idxalın 8,7%-i), minik avtomobilləri (6%) və mis filizi və konsentratlarıdır (4,6%).

SOCAR-ın Karbamid Zavodunun tikinti işləri 93,3% yekunlaşıb

SOCAR-ın Karbamid Zavodunun tikinti işləri 99,3% yekunlaşıb.

APA-Economics”in məlumatına görə, bunu “SOCAR Karbamid” şirkətinin rəhbəri Xəyal Cəfərov bu gün Bakıda keçirilən “Argus Azərbaycan Beynəlxalq Neft Sammiti”ndə deyib.

Onun sözlərinə görə, zavodda ümumi işlərin 98,1%-i yerinə yetirilib: “Karbamid zavodunun mühəndislik işləri, satınalmalar 100%, quraşdırma işləri isə 88,5% tamamlanıb. Bu ilin sonuna inşaat işləri başa çatacaq, zavod gələn il istifadəyə veriləcək”.

X. Cəfərov bildirib ki, sentyabr ayına 14 mln. adam/saat təhlükəsiz iş görülüb, Gələn ilin yanvar ayına bu göstərici 15  mln. adam/saata çatacaq. Tikinti dövründə çalışanların sayı 2200-3600 nəfərdir, istismar dövründə 300-350 nəfərişçi olacaq. Müəssisədə ildə 650-660 min ton karbamid istehsal olunacaq”.

Zavod rəhbərinin sözlərinə görə, bunun 150-200 min tonu  daxili bazar üçün, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub: “İxracda Türkiyə əsas marşrut olacaq. Gürcüstan, digər Qara dəniz və Aralıq dənizi ölkələri də ixrac marşrutları ola bilər".

Gürcüstanın xarici ticarət dövriyyəsi artıb

2017-ci ilin yanvar-sentyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 7 mlrd. 567,5 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni göstəricisi ilə müqayisədə 12,1% çoxdur.

Cari ilin 9 ayı ərzində qonşu ölkənin ixracı 28,3% artaraq 1 mlrd. 940,3 mln. dollara çatıb, idxal isə 7,4% artaraq 5 mlrd. 627,2 mln. dollar təşkil edib.

Ticarət dövriyyəsinin kəsiri 3 mlrd. 686,9 mln. dollar olub.

Gürcüstanın Azərbaycana olan borcu açıqlandı

2017-ci ilin oktyabrın 1-nə Gürcüstanın xarici dövlət borcu 5 mlrd. 5,855 mln. dollar təşkil edir.

Dalga tv xəbər verir ki, bu barədə APA-nın yerli bürosu Gürcüstanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, borcun 4,963 mlrd. dolları hökumətin payına düşür.

Qonşu ölkənin Azərbaycana olan borcu 8,995 mln. dollar təşkil edir.

Gürcüstanın ən çox Almaniya (288 mln. dollar), Yaponiya (207 mln. dollar) və Fransaya (131 mln. dollar) borcu var. Türkiyə, Rusiya və Ermənistana Gürcüstanın dövlət borcu müvafiq olaraq 17,2 mln., 72,5 mln. və 10,3 mln. dollar təşkil edir.

"SOCAR Trading" hər il Maltaya 400 mln. kubmetr təbii qaz ekvivalentində maye qaz çatdıracaq

"SOCAR-ın strateji inkişaf prioritetləri arasında xarici bazarlarda fəaliyyətinin genişləndirilməsi, investisiya proqramlarının həyata keçirilməsi məhsuldar iqtisadi əlaqələrin qurulması mühüm yer tutur".


"APA-Economics" xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, SOCAR dünya bazarlarına inamla daxil olan müasir rəqabətədavamlı, şaquli inteqrasiya olunmuş şirkət kimi mövqeyini gücləndirməkdədir: "Gürcüstanda Kulevi terminalı, "SOCAR Energy Georgia", Türkiyə, Ukrayna, Rumıniyada şirkətlərimiz fəaliyyət göstərir. "SOCAR Trading" şirkəti Avropada özünü tanıdaraq Cenevrə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Vyetnam, Malta, Şərqi və Qərbi Avropa, Şimalı və Qərbi Afrika və Aralıq dənizi hövzələrindəki bazarlarda öz mövqelərini möhkəmləndirib. "SOCAR Trading" beynəlxalq şirkətlərdən ibarət konsorsiumun tərkib hissəsi olaraq Malta dövlətinin enerji ehtiyatlarının təmin edilməsi, elektrik stansiyasının inşası və qazlaşdırılması üzrə tenderin qalibi olub. Layihə çərçivəsində 2018-ci ildən etibarən hər il 400 milyon kubmetr təbii qaz ekvivalentində maye qazın Maltaya çatdırılması nəzərdə tutulub".

Gürcüstanın baş naziri: “Regionda böyük inkişaf tendensiyası var”

“Bu gün yalnız Gürcüstanda deyil, regionda da böyük inkişaf tendensiyası var”. APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. Baş nazirin sözlərinə görə, Gürcüstanda iqtisadi artım ölkənin Ukrayna hadisələrinə görə regionda yaranmış böhrandan uğurla çıxdığını göstərir.

“İlin sonuna Gürcüstanda iqtisadi artım planlaşdırıldığından daha yüksək olacaq. Beynəlxalq Valyuta Fondu Gürcüstanda iqtisadi artım proqnozunu 4,3%-ə qədər yaxşılaşdırıb, lakin biz ilin sonuna daha böyük artım tempini gözləyirik”, - deyə G.Kvirikaşvili söyləyib.

Qeyd edək ki, 2017-ci ilin ikinci rübündə Gürcüstanda iqtisadi artım 4,7% təşkil edib. Hökumət bu il üçün 4% iqtisadi artım planlaşdırıb. 2016-cı ildə qonşu ölkədə real iqtisadi artım 2,2% təşkil edib. 

SOCAR neft hasilatını azaldıb

SOCAR avqust ayında 626.6 min ton neft hasil edib. 

Dalga tv  şirkətə istinadən xəbər verir ki, iyulda bu rəqəm 631.5 min ton təşkil edib. Beləliklə neft hasilatı avqustda iyul ayı ilə müqayisədə 1,5 faiz azalıb.   

Qeyd edək ki, yanvar-avqust aylarında SOCAR 4 963,5 min ton xam neft hasil olunub.

Gürcüstan Azərbaycandan yanacağın idxalını artırıb

Gürcüstan Azərbaycandan benzin və dizel yanacağı idxalını artırıb.  

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, qonşu ölkə sentyabr ayında Azərbaycandan 21 min ton benzin və dizel yanacağı idxal edib.

Bu, avqust ayının göstəricisindən 9,4 min ton çoxdur. Ötən ay Gürcüstanın neft məhsulları idxalının 19,2 faizi Azərbaycanın payına düşüb. 
 

Sentyabr ayında Gürcüstanın ən çox benzin və dizel yanacağı idxal etdiyi ölkələrin siyahısında Rusiya (30,5 min ton) birinci yeri tutub. Qonşu ölkə həmçinin Rumıniya (23,3 min ton), Bolqarıstan (14,8 min ton), Türkmənistan (14 min ton) və Yunanıstandan (5,8 min ton) neft məhsullarını idxal edib. Bu ilin ilk 9 ayı ərzində Gürcüstanın idxal etdiyi benzin və dizel yanacağının ümumi həcmi  786,6 min ton təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 6,9 faiz azdır. 

Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatarının 2 ay sonra yola salınması gözlənilir

Bakı-Tbilisi-Qars dəmir yolunun nəqletmə perspektivləri olduqca böyükdür.”
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya deyib. O bildirib ki, dəmir yolu xətti Çin və Avropanı birləşdirəcək: “Bakı-Tbilisi-Qars dəmir yolu bütün növ yüklər üçün nəzərdə tutulacaq və artıq Qazaxıstandan Türkiyəyə yük konteynerlərinin daşınması ilə bağlı təkliflər var”.
 

Nazirin sözlərinə görə, dəmir yolu Gürcüstanın limanları üçün rəqib olmayacaq.


“Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze isə deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk yük qatarının təxminən 2 aydan sonra yola düşməsi gözlənilir: “Türkiyə və Azərbaycandan olan həmkarlarımızla çalışacağıq ki, buna nail olaq. Sərnişinlərə gəlincə, bunun üçün əlavə infrastruktur işləri başa çatdırılmalı və yeni qatarlar alınmalıdır”.

 
Qeyd edək ki, bu gün Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolunda aparılmış işlərlə tanış olublar.

https://youtu.be/apIG8u9LCnY

SOCAR-a məxsus Kulevi terminalı neft və neft məhsullarının nəqlini artırıb

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan Kulevi Neft Terminalı neft və neft məhsullarının nəqlini artırıb.

APA-nın yerli bürosu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, cari ilin yanvar-iyul aylarında terminal 1 mln. ton neft və neft məhsulu qəbul edərək yola salıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 mln. ton çoxdur.

Qeyd olunan dövrdə qonşu ölkənin dəniz liman və terminalları 9,6 mln. ton yük emal edib.

2017-ci ilin ilk yeddi ayı ərzində Poti limanı 3,7 milyon, Batumi limanı 2,5 milyon, Supsa neft terminalı isə 2,4 milyon ton yük emal edib

Gürcüstanda "Şahdəniz" qazını qəbul edəcək anbarın tikintisinə 14 şirkət maraq göstərir

Gürcüstanda yeraltı qaz anbarının tikintisinə 10-dan çox şirkət maraq göstərib.

APA-nın yerli bürosu Gürcüstan Neft və Qaz Korporasiyasına istinadən xəbər verir ki, beynəlxalq tenderdə iştirak üçün 55 şirkət qeydiyyatdan keçib və onlardan 14-ü təklif təqdim edib.

Qiymətləndirmə nəticəsində tenderin ikinci mərhələsinə keçəcək şirkətlər gələn ilin əvvəlində ətraflı texniki təkliflərini təqdim etməli olacaqlar.

Korporasiyasının məlumatına əsasən, qaz anbarının inşası layihəsinin dəyəri 250 mln. dollardan çoxdur: "Anbarda 300 mln. kubmetrədək qaz saxlamaq mümkün olacaq. Anbarın tikintisi ilə Gürcüstanın enerji təhlükəsizliyi əhəmiyyətli dərəcədə artacaq".

Qeyd edək ki, əsasən Azərbaycanın "Şahdəniz" yatağından tədarük olunan qazın saxlanılacağı yeraltı anbarın tikintisi Tbilisinin Samqori rayonunda planlaşdırılır. Tenderdə SOCAR da iştirak edir. Yeraltı qaz anbarının tikintisinə 2018-ci ilin birinci yarısında başlanılması və 2021-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Gürcüstanın baş naziri BMT-də çıxışı zamanı Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyətindən danışıb

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən danışıb.


APA-nın Gürcüstan bürosu xəbər verir ki, baş nazir ölkəsinin Avropa və Asiya bazarlarını bir-birinə yaxınlaşdıracaq "Bir kəmər - bir yol" layihəsinin iştirakçısı olduğunu deyib: "Biz Azərbaycan və Türkiyə kimi tərəfdaşlarımızla birgə Avropa və Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini həyata keçiririk".


Onun sözlərinə görə, Gürcüstan regionda Çinlə azad ticarət haqqında saziş imzalamış ilk ölkədir: "Avropa bazarlarına inteqrasiya etməklə yanaşı, bizim Asiya bazarlarına da çıxışımız var. Bu da öz növbəsində Gürcüstana azad ticarət şəbəkələrindən tam istifadəyə imkan verir".


G. Kvirikaşvili həmçinin qeyd edib ki, Anakliya limanı Gürcüstanın tranzit imkanlarını artıracaq.

Saytda Axtarış

Son xəbərlər