Dalga Televiziyasi İqtisadiyyat
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün640
DünənDünən859
Bu həftəBu həftə2987
Bu ayBu ay51683
Bu günə qədərBu günə qədər7479017

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İqtisadiyyat

Vergilər naziri Gürcüstan səfiri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb. 

Bu barədə Vergilər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tanışlıq məqsədi daşıyan görüşdə ölkələr arasındakı mövcud iqtisadi əlaqələr, qarşılıqlı ticarətin və investisiyaların genişləndirilməsi, yaxın qonşuluq və regionda starteji tərəfdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb. Qonaqlara Azərbaycanda aparılan iqtisadi islahatlar, həmçinin vergi sahəsində həyata keçirilən son yeniliklər barədə məlumat verilib. 

Tbilisidə Gürcüstanın təbii qaz bazarı ilə bağlı siyasi məsləhətləşmələr keçirilir

Tbilisidə Avropa Enerji Cəmiyyətinin təşkilatçılığı ilə Gürcüstanın təbii qaz bazarı konsepsiyasına həsr olunmuş yüksək səviyyəli siyasi danışıqlar keçirilir.

Report-yerli bürosunun verdiyi xəbərə görə, tədbirdə çıxış edən Avropa Enerji Cəmiyyəti Katibliyinin Qaz bölməsinin rəhbəri Predrag Grujicic Gürcüstanda son illərdə energetika sahəsində əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib: "Gürcüstanda qaz sektorunda planlaşdırılan islahatlar enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, istehlakçılar üçün daha yaxşı xidmətlərin göstərilməsi və enerji qənaətinə nail olunmasına imkan verəcək. Bu sahədə Avropa İttifaqı (Aİ) Gürcüstana ən yaxşı təcrübələri öyrətməklə yanaşı, mövcud problemlərin həll yollarını da təklif edir".

Daha sonra çıxış edən Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Turnava ölkənin qaz bazarında Aİ ölkələrinin təcrübələrinə uyğun tənzimləmələr və hüquqi çərçivələrin tətbiq olunmasında maraqlı olduğunu bildirib. O, Avropa Enerji Cəmiyyətinə Gürcüstanın təbii qaz sektorunda hüquqi çərçivələrin möhkəmləndirilməsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib: "Təbii qaz sektorunda həyata keçiriləcək islahatlar həm biznes, həm də istehlakçılara fayda gətirəcək. Qaz sektorunun modernləşdirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi ilə Gürcüstan avropalı tərəfdaşlarına daha da yaxınlaşacaq".

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Energetika siyasəti Departamentinin rəhbəri David Şarikadze isə bildirib ki, təbii qaz bazarında islahatları nəzərdə tutan qanun layihəsi hazırlanır: "Sənədin bu ilin sonuna qədər parlamentə təqdim olunması planlaşdırılır".

İki gün davam edəcək siyasi danışıqlara Gürcüstanın hökumət nümayəndələri ilə yanaşı təbii qaz bazarının əsas iştirakçı şirkətlərinin təmsilçiləri də qatılıb. Müzakirələrdə Gürcüstanın qaz bazarının spesifikliyi, gələcəyi, strukturu, əsasları və digər məsələlər nəzərdən keçiriləcək. 

 

Tbilisidə MDB-nin ferroərintilər bazarı müzakirə olunub

Gürcüstanın paytaxtı Tbilisidə Ukraynanın "Metall-Ekspert" təşkilatı tərəfindən "MDB-nin ferroərintilər bazarı" IV beynəlxalq konfrans təşkil olunub. 

Konfransda dünya bazarı, həmçinin Ukrayna, Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Avropa və Asiya ölkələrinin bazar liderlərinin nümayəndələri iştirak ediblər. 

Tədbir ferroərintilər və manqan şirkətləri tərəfindən təşkil olunub. Konfransın məqsədi yerlərdə baş verən cari hadisələr, çağırış və imkanlar barədə fikir mübadiləsi aparmaq olub. 

Tədbirdə Gürcüstanın İqtisadiyyat və Davamli İnkişaf Nazirliyinin xarici əlaqələr üzrə siyasət şöbəsinin rəhbəri Marina Maçaraşvili  bu konfransın  Gürcüstan üçün çox vacib olduğunu bildirib. "Məlumdur ki, ferroərintilər və konsentratlar Gürcüstanın ixrac məhsulları sırasında böyük yer tutur. 2017-ci ildə bu sahə üzrə yerli istehsal 309 mln. dollar təşkil edib ki, bu da ixracın ümumi həcminin 12%-ni təşkil edib. Buna görə də yeni bazarları tapmaq və mövcud bazarları dəstəkləmək çox vacibdir. İxrac bazarı şaxələndirilsə və bizim məhsul dünyanın 39 ölkəsinə ixrac olunsa da, yeni bazarlar tapmaq vacibdir. Buna görə də ümid edirik ki, bugünkü görüş yeni bazarlara çıxmaq imkanı yaradacaq", - Maçaraşvili deyib. 

Konfrans zamanı təşkil olunmuş müzakirələr və analitik sessiyalarda iştirakçılar ayrı-ayrılıqda danışıqlar aparıblar. "Gürcüstan manqan şirkəti" MMC-nin maliyyə direktoru Merab Lominadze də konfransın əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu cür tədbirlər Gürcüstanda əvvəllər də mütəmadi olaraq keçirilib. Lominadze konfransın konkret nəticələr əldə edəcəyi və istehlak bazarının şaxələndirilməsi üçün yeni tərəfdaşların tapılmasına kömək edəcəyinə ümidvar olduğunu qeyd edib: "Ferroərintilər və manqanın istehsalı Gürcüstan iqtisadiyyatının lider sahələrindən biridir. Bu il Gürcüstanın beynəlxalq konfrans keçirməsi bu sektorun inkişafına imkan yaradacaq". 

Beynəlxalq bazarlarda ferroərintilərə tələbat ilbəil artır, bu da Gürcüstanda istehsal güclərinin daha da artırılmasına zəmin yaradır. Beynəlxalq bazarda tələbata görə sektorun ixracı şaxələndirmək imkanı var, bu da Gürcüstanda manqan istehsalı tərəfindən uğurla həyata keçirilir. Əminliklə deyə bilərik ki, şirkətimiz Gürcüstan ixracatçıları arasında ən yaxşı bazarları şaxələndirə bilib. Gürcüstan istehsalına beynəlxalq istehsalçıların marağını görmək xoşdur", - Merab Lominadze deyib. 

SOCAR-da “Azərbaycan nefti” ekspozisiyası açılıb

Bu gün "Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü” ərəfəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində "zərbaycan nefti" ekspozisiyasının açılışı olub.

Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, energetika naziri Perviz Şahbazov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR və BP şirkətlərinin rəhbərliyi və qabaqcıl neftçilər iştirak ediblər. 

Ekspozisiyada Azərbaycan neftinin qədim tarixi və ölkəmizin neft-qaz sənayesinin şanlı inkişaf mərhələləri, həmçinin son illərdə əldə edilmiş nailiyyətlər öz əksini tapıb. Aparıcı sahələr barədə verilən əyani məlumatlar, istifadə olunan interaktiv görüntülər və maketlər sərgidə böyük maraq doğurur.

20 sentyabr "Neftçilər Günü"nə həsr olunmuş təntənəli mərasimdə əvvəlcə "Neftçilər Günü"nə, SOCAR-ın fəaliyyətinə və son illərdə neft-qaz sənayesində əldə edilmiş nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bütün neftçiləri peşə bayramı günü münasibətilə təbrik edib. O deyib ki, yüksək ixtisaslı, zəhmətkeş neftçilər bizim ən qiymətli xəzinəmizdir: “Məhz fədakar neftçi əməyinin sayəsində SOCAR ilbəil böyüyür, genişlənir. Biznes portfelini şaxələndirmək, hər hansı bir sahə və ya məhsuldan asılılığı minimuma endirmək məqsədi ilə 2008-ci ildən etibarən müxtəlif sahələrə yatırdığımız investisiyalar artıq öz bəhrəsini verməkdədir. Qarşıda bizi yeni üfüqlər, böyük perspektivlər gözləyir".

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycanın neft sənayesinin qədim tarixini, enerji ölkəsi kimi qlobal əhəmiyyətini əks etdirən bu simvolik gün xalqımızın ümummilli lideri Heydər Əliyevin neftçilərimizin şərəfli əməyinə verdiyi yüksək qiymətin təcəssümüdür: "1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan öz nefti ilə yeni status qazanaraq, uzaqgörənliklə gələcək enerji siyasətinin konturlarını müəyyənləşdirmiş olub. Hələ 1996-cı ildə Heydər Əliyev görüşlərinin birində demişdir ki, 1994-cü ilin sentyabrında imzalanmış müqavilə 30 il üçün nəzərdə tutulub. Əminəm ki, əməli işimiz bu müqavilənin müddətini uzadacaq. Çünki yeni imkanlar meydana çıxacaq. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkəmizin “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılmasına nail olması ulu öndərin bu müdrik gözləntilərini doğrultdu və dövlətimizin nə qədər aydın yolda olduğunu göstərdi". 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə bildirib ki, son 20 ildən çox bir müddət ərzində Azərbaycanın inkişafı, burada yaradılmış dünya səviyyəli enerji infrastrukturu və miqyasca bərabəri olmayan neft və qaz layihələri bu ölkəni iri beynəlxalq enerji mərkəzinə çevirib: “Bu layihələrin əsas qəhrəmanları, əlbəttə ki, ölkənin çoxsaylı neftçiləridir. "Neftçilər Günü"nü qeyd etməklə biz onların fədakar əməyinə və böyük nailiyyətlərinə dəyər veririk. Onlar hamımızın dərin hörmətinə və sevgisinə layiqdirlər. Onlar Azərbaycanın yeni nəsil neftçilərinə daim nümunə olacaqlar və gənc nəsil məhz onlara bənzəməyə can atmalıdır". 

Daha sonra 2017-cı ilin yekunlarına görə əsas peşələr üzrə "İlin ən yaxşısı" nominasiyası qaliblərinə mükafatlar təqdim edilib.

Xatırladaq ki, ölkə prezidentinin 16 avqust 2001-ci il  tarixli sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda "Neftçilər Günü" peşə bayramı kimi qeyd olunur. Bayram ərəfəsində SOCAR rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Şirkət nümayəndələri iqtisadiyyatın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.

SOCAR qazma əməliyyatları üçün nəzərdə tutulan məbləğin bir hissəsini əldə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) qazma əməliyyatları aparılması üçün dövlət büdcəsindənayrılması nəzərdə tutulan 663,2 mln. manat məbləğin 1/3-ni artıq əldə edib.

Bunu SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, bu məbləğ "Ümid", "Qarabağ" və "Babək" neft yataqlarında qazma işləri üçün istifadə olunub.

Azərbaycan-Gürcüstan sərhədində laboratoriya açılıb

"Qırmızı körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Azərbaycan tərəfdə inşa olunmuş Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasına baxış keçirilib.

 Gürcüstan bürosunun verdiyi xəbərə görə, tədbirdə Gürcüstanın Maliyyə Nazirliyinin nümayəndələri, Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədr müavinləri - Cavad Qasımov və İqbal Babayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, BMT İnkişaf Proqramı və Avropa İttifaqının təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən C.Qasımov Ticarətin Asanlaşdırılması Mərkəzinin ümumi sahəsinin 12 hektar təşkil etdiyini deyib: "Mərkəzin inzbati binasının ümumi sahəsi 1590 kv. metr təşkil edir. Binanın birinci mərtəbəsində müvafiq dövlət qurumları vahid pəncərə prinsipi əsasında xidmət göstərəcək. İkinci mərtəbədə isə inzibati otaqlar və yeməkxana yerləşəcək. Mərkəzin ərazisində həmçinin yük avtomobillərinin yoxlanması üçün X-ray qurğusu yerləşdirilib, nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılması üçün xüsusi yer və yataqxana da var".

 

Sədr müavini qeyd edib ki, Dövlət Gömrük Komitəsində struktur dəyişiklikləri və islahatlar həyata keçirilir: “Komitə 10-na yaxın dövlət qurumu ilə əməkdaşlıq haqqında protokol imzalayıb. Həmin qurumlarla birgə Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasının daxili dizaynı üzrə işlər həyata keçiriləcək. Bir ay ərzində işlərin yekunlaşdırılması nəzərdə tutulub”.

“Qırmızı körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində həmçinin Gürcüstan tərəfdə inşa olunmuş Sanitar, Fitosanitar və Baytar Nəzarəti üzrə Laboratoriyanın da açılışı olub. Laboratoriyanın əsas məqsədi sərhəd-keçid məntəqəsində sanitar, fitosanitar və baytar nəzarətini sürətləndirərək bu prosedurların Avropa standartlarına uyğunlaşdırılmasını təmin etməkdir.

Qırmızı körpü sərhəd-keçid məntəqəsi ilə bağlı pilot layihəsinin icrası müddətində əldə olunmuş uğurları və təcrübəni nəzərə alaraq, bu tip infrastrukturun həm Azərbaycan, həm də Gürcüstanın digər sərhəd-keçid məntəqələrində də tikilməsi planlaşdırılır.

Mamuka Baxtadze: “Gürcüstanın böyük tranzit potensialından regionun bütün ölkələri istfadə etməlidir”

"Gürcüstan hökuməti ölkənin investisiya, kommunikasiya, nəqliyyat, turizm və maliyyə habına çevrilməsi üçün vacib təşəbbüslər həyata keçirir".

Bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze ölkənin Batumi şəhərində keçirilən Beynəlxalq Dəniz Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstanın əlverişli coğrafi mövqeyi ölkənin bir çox istiqamətlər üzrə regional haba çevrilməsinə şərait yaradır: "Gürcüstanın regional mərkəzə çevrilməsi yalnız ölkə üçün deyil, bütün regiona potensialını istifadə etməyə imkan verir. Gürcüstan dənizə çıxışı olmayan 8 ölkə üçün qapıdır. Bu böyük məsuliyyət olmaqla yanaşı, həm də böyük imkandır".

Baş nazir regionda həyata keçirilən müxtəlif genişmiqyaslı infrastruktur layihələrə də toxunub: "Bizim Anaklia dərin dəniz limanı, Bakı-Tbilisi-Qars, Gürcüstan dəmir yollarının modernləşdirilməsi, Şərq-Qərb avtomagistralı, Tbilisi və Kutaisidə loqistika mərkəzləri və digər iri infrastruktur layihələrimiz var".

M.Baxtadze qeyd edib ki, Gürcüstanın böyük tranzit potensialından regionun bütün ölkələri istfadə etməlidir: "Biz sinxron və harmoniya şəklində fəaliyyət göstərməliyik. Nəqliyyat sistemlərinin inteqrasiyası bu potensialın tam istifadə olunması üçün vacibdir. Gürcüstan "Bir kəmər, bir yol" təşəbbüsü, TRACECA, Lapis Lazuli, Fars körfəzi – Qara dəniz nəqliyyat dəhlizi və digər layihələrdə iştirak edir". 

Tbilisidə Azərbaycan və Gürcüstanın tranzit potensialına həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bu gün Tbilisidə (Gürcüstan) "Argus Xəzər-Qara Dəniz Nəqliyyat Dəhlizi 2018" adlı V beynəlxalq konfrans işə başlayıb. 

2 günlük tədbirdə Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Çin və Mərkəzi Asiyadan Avropaya yük daşınmaları və tarif siyasəti, həmçinin Azərbaycan və Gürcüstanın tranzit potensialı müzakirə olunacaq.

Konfransda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya, Rumıniya, Türkiyə, İran, Özbəkistan, Şərqi və Qərbi Avropa ölkələrini təmsil edən neft və nəqliyyat-loqistika şirkətləri, neft emalı zavodları və terminalları, yanacaq və yük tədarükçülərini təmsil edən nümayəndələr iştirak edirlər.

Azərbaycanı tədbirdə "Azərbaycan Dəmir Yolları"QSC-nin (ADY) törəmə şirkəti - "ADY Express" MMC-nin Strateji inkişaf və marketinq departamentinin baş mütəxəssisi Kamran Babayev, "Abşeron" Loqistika Mərkəzinin direktoru Ziya Ağayev və şirkət nümayəndələri təmsil edirlər.

Azərbaycan Gürcüstandan avtomobil idxalını 5 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Gürcüstandan 4 754 ədəd avtomobil idxal edib.

Bu barədə  Gürcüstanın Milli Statistika Xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycana ixrac olunmuş avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın qonşu ölkədən idxal etdiyi avtomobillərin ümumi dəyəri 84 471,6 min ABŞ dolları təşkil edib. Bu isə illik müqayisədə 3,3 dəfə çoxdur. 

SOCAR Türkiyədə yük maşınları üçün sıxılmış təbii qaz stansiyaları istifadəyə verib

Azərbaycanın SOCAR CNG şirkəti Türkiyədə yük maşınları üçün bir neçə sıxılmış təbii qaz (STQ – beynəlxalq miqyasında CNG, yəni "Compressed Natural Gas") məntəqəsi istifadəyə verib.

Bu barədə şirkətin məlumatında deyilir.

Bildirilir ki, yük maşınları CNG ilə yanacağa 30 faiz qənaət etmiş olacaq.

Şirkətin məlumatına görə, bu addım sənaye, turizm, tikinti, nəqliyyat kimi fərqli sahələrdə fəaliyyət göstərən qurumların avtomobil parklarına iqtisadi və ekoloji cəhətdən daha sərfəli olan maye qazdan istifadəsini təmin etməkdir.

 

Qeyd olunur ki, şirkət bununla təxminən 200-250 km-lik məsafələrdə yerləşən və son texnoloji avadanlıqlardan istifadə edilməklə inşa olunan yeni CNG stansiyaları sayəsində, İstanbul, Ankara, Mersin, Bursa, İzmir kimi ticarətin sıx olduğu böyük mərkəzləri bir-birinə və ətraf rayonlarına birləşdirən yollarda çalışan nəqliyyat vasitələrinə yeni, iqtisadi və ekoloji cəhətdən daha sərfəli bir yanacaq alternativi təqdim etmiş olub.

SOCAR Rusiyada mühüm sənədlər imzaladı

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Qazprombank" ASC və Rusiya İxrac Mərkəzi Rusiya Federasiyasından ixracın dəstəklənməsi sahəsində gələcək layihələrin effektiv surətdə həyata keçirilməsi məqsədi ilə strateji əməkdaşlıq haqqında razılaşma imzalayıblar.

 Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirak etdikləri mərasimdə həmin sənədi “Qazprombank” ASC İdarə Heyətinin sədri Andrey Akimov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rusiya İxrac Mərkəzinin baş direktoru Andrey Slepnyov imzalayıblar.

Razılaşmanın məqsədi SOCAR-ın həyata keçirdiyi layihələrin ehtiyaclarını qarşılamaq üçün Rusiya istehsalı olan avadanlıqların, habelə iş və xidmətlərin ixracına dəstək göstərilməsi sahəsində uzunmüddətli, səmərəli və əlverişli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

 

Razılaşmaya görə, "Qazprombank" tərəfindən bank xidmətlərinin göstərilməsi, habelə istehsalat obyektlərinin modernləşdirilməsi və sənaye avadanlığının satın alınması istiqamətində şirkətin həyata keçirdiyi cari və investisiya fəaliyyətinin potensial maliyyələşdirilməsi də nəzərdə tutulur.

Bundan əlavə, Rusiya İxrac Mərkəzi imzalanmış sənəd çərçivəsində Rusiya istehsalı olan avadanlığın təchizatını, habelə rusiyalı podratçıların iş və xidmətlərini maliyyələşdirən Rusiyanın kommersiya banklarına sığorta təminatının təqdim edilməsini planlaşdırır, eləcə də Rusiya kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcəsinin subsidiya edilməsi məsələsini araşdırmağa hazır olduğunu təsdiqləyir.

"Qazprombank"ASC İdarə Heyətinin sədri Andrey Akimov qeyd edib:

"İmzalanmış sənəd Qazprombank Qrupu ilə SOCAR Qrupu arasında əməkdaşlığın uzunmüddətli, strateji və əlverişli xarakter daşıdığını təsdiq edir. Artıq bu gün "Qazprombank" Rusiya İxrac Mərkəzinə dövlət dəstəyi proqramları çərçivəsində SOCAR GPC qaz-kimya kompleksi üçün Rusiya istehsalı olan məhsul təchizatını 700 milyon ABŞ dolları həcmində maliyyələşdirilməsi imkanlarını araşdırır, bu isə Qazprombank Qrupunun maliyyə və texnoloji imkanlarından ən iri sənaye layihələri çərçivəsində necə istifadə olunmasının əla nümunəsidir”.

Səfir: "Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihələri dünya əhəmiyyətlidir"

Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən həyata keçirilən layihələr təkcə regional deyil, həm də dünya əhəmiyyətlidir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ərzrum və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri – bütün bu layihələr bölgənin mənzərəsini dəyişir, bizlərdən hər birinin həyatına böyük töhfə verir. Sözügedən iri layihələr təkcə regional deyil, həm də dünya əhəmiyyətlidir. Ona görə ölkələrimizin bu istiqamətdə əməkdaşlığı ilbəil dərinləşir və inkişaf edir", - deyə o bildirib.

Türkiyə parlamentinin sədri Binəli Yıldırımın Azərbaycana səfərini şərh edən səfir bildirib ki, bu, B.Yıldırımın Türkiyə Böyük Millət Məclisinin sədri postuna seçilməsindən sonra etdiyi ilk səfərlərdəndir.

"Bu böyük əhəmiyyətə malikdir və ölkələrimiz arasında ənənəvi xarakter daşıyır. Və əlbəttə ki, bir sıra əhəmiyyətli məsələlər müzakirə olunub ki, nəticələrini tezliklə biləcəyik", - deyə E.Ozoral əlavə edib.

Saytda Axtarış

Son xəbərlər