Dalga Televiziyasi SOCAR-da “Azərbaycan nefti” ekspozisiyası açılıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1053
DünənDünən2380
Bu həftəBu həftə3433
Bu ayBu ay38736
Bu günə qədərBu günə qədər7409210

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


SOCAR-da “Azərbaycan nefti” ekspozisiyası açılıb

Bu gün "Əsrin müqaviləsi”nin imzalanmasının ildönümü və Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü” ərəfəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində "zərbaycan nefti" ekspozisiyasının açılışı olub.

Mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, energetika naziri Perviz Şahbazov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR və BP şirkətlərinin rəhbərliyi və qabaqcıl neftçilər iştirak ediblər. 

Ekspozisiyada Azərbaycan neftinin qədim tarixi və ölkəmizin neft-qaz sənayesinin şanlı inkişaf mərhələləri, həmçinin son illərdə əldə edilmiş nailiyyətlər öz əksini tapıb. Aparıcı sahələr barədə verilən əyani məlumatlar, istifadə olunan interaktiv görüntülər və maketlər sərgidə böyük maraq doğurur.

20 sentyabr "Neftçilər Günü"nə həsr olunmuş təntənəli mərasimdə əvvəlcə "Neftçilər Günü"nə, SOCAR-ın fəaliyyətinə və son illərdə neft-qaz sənayesində əldə edilmiş nailiyyətlərə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev bütün neftçiləri peşə bayramı günü münasibətilə təbrik edib. O deyib ki, yüksək ixtisaslı, zəhmətkeş neftçilər bizim ən qiymətli xəzinəmizdir: “Məhz fədakar neftçi əməyinin sayəsində SOCAR ilbəil böyüyür, genişlənir. Biznes portfelini şaxələndirmək, hər hansı bir sahə və ya məhsuldan asılılığı minimuma endirmək məqsədi ilə 2008-ci ildən etibarən müxtəlif sahələrə yatırdığımız investisiyalar artıq öz bəhrəsini verməkdədir. Qarşıda bizi yeni üfüqlər, böyük perspektivlər gözləyir".

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycanın neft sənayesinin qədim tarixini, enerji ölkəsi kimi qlobal əhəmiyyətini əks etdirən bu simvolik gün xalqımızın ümummilli lideri Heydər Əliyevin neftçilərimizin şərəfli əməyinə verdiyi yüksək qiymətin təcəssümüdür: "1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan öz nefti ilə yeni status qazanaraq, uzaqgörənliklə gələcək enerji siyasətinin konturlarını müəyyənləşdirmiş olub. Hələ 1996-cı ildə Heydər Əliyev görüşlərinin birində demişdir ki, 1994-cü ilin sentyabrında imzalanmış müqavilə 30 il üçün nəzərdə tutulub. Əminəm ki, əməli işimiz bu müqavilənin müddətini uzadacaq. Çünki yeni imkanlar meydana çıxacaq. Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkəmizin “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılmasına nail olması ulu öndərin bu müdrik gözləntilərini doğrultdu və dövlətimizin nə qədər aydın yolda olduğunu göstərdi". 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə bildirib ki, son 20 ildən çox bir müddət ərzində Azərbaycanın inkişafı, burada yaradılmış dünya səviyyəli enerji infrastrukturu və miqyasca bərabəri olmayan neft və qaz layihələri bu ölkəni iri beynəlxalq enerji mərkəzinə çevirib: “Bu layihələrin əsas qəhrəmanları, əlbəttə ki, ölkənin çoxsaylı neftçiləridir. "Neftçilər Günü"nü qeyd etməklə biz onların fədakar əməyinə və böyük nailiyyətlərinə dəyər veririk. Onlar hamımızın dərin hörmətinə və sevgisinə layiqdirlər. Onlar Azərbaycanın yeni nəsil neftçilərinə daim nümunə olacaqlar və gənc nəsil məhz onlara bənzəməyə can atmalıdır". 

Daha sonra 2017-cı ilin yekunlarına görə əsas peşələr üzrə "İlin ən yaxşısı" nominasiyası qaliblərinə mükafatlar təqdim edilib.

Xatırladaq ki, ölkə prezidentinin 16 avqust 2001-ci il  tarixli sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda "Neftçilər Günü" peşə bayramı kimi qeyd olunur. Bayram ərəfəsində SOCAR rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət ediblər. Şirkət nümayəndələri iqtisadiyyatın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Saytda Axtarış

Son xəbərlər