Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün2772
DünənDünən3709
Bu həftəBu həftə13569
Bu ayBu ay35391
Bu günə qədərBu günə qədər2963796

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Tbilisidə MDB-nin ferroərintilər bazarı müzakirə olunub

Gürcüstanın paytaxtı Tbilisidə Ukraynanın "Metall-Ekspert" təşkilatı tərəfindən "MDB-nin ferroərintilər bazarı" IV beynəlxalq konfrans təşkil olunub. 

Konfransda dünya bazarı, həmçinin Ukrayna, Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Avropa və Asiya ölkələrinin bazar liderlərinin nümayəndələri iştirak ediblər. 

Tədbir ferroərintilər və manqan şirkətləri tərəfindən təşkil olunub. Konfransın məqsədi yerlərdə baş verən cari hadisələr, çağırış və imkanlar barədə fikir mübadiləsi aparmaq olub. 

Tədbirdə Gürcüstanın İqtisadiyyat və Davamli İnkişaf Nazirliyinin xarici əlaqələr üzrə siyasət şöbəsinin rəhbəri Marina Maçaraşvili  bu konfransın  Gürcüstan üçün çox vacib olduğunu bildirib. "Məlumdur ki, ferroərintilər və konsentratlar Gürcüstanın ixrac məhsulları sırasında böyük yer tutur. 2017-ci ildə bu sahə üzrə yerli istehsal 309 mln. dollar təşkil edib ki, bu da ixracın ümumi həcminin 12%-ni təşkil edib. Buna görə də yeni bazarları tapmaq və mövcud bazarları dəstəkləmək çox vacibdir. İxrac bazarı şaxələndirilsə və bizim məhsul dünyanın 39 ölkəsinə ixrac olunsa da, yeni bazarlar tapmaq vacibdir. Buna görə də ümid edirik ki, bugünkü görüş yeni bazarlara çıxmaq imkanı yaradacaq", - Maçaraşvili deyib. 

Konfrans zamanı təşkil olunmuş müzakirələr və analitik sessiyalarda iştirakçılar ayrı-ayrılıqda danışıqlar aparıblar. "Gürcüstan manqan şirkəti" MMC-nin maliyyə direktoru Merab Lominadze də konfransın əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu cür tədbirlər Gürcüstanda əvvəllər də mütəmadi olaraq keçirilib. Lominadze konfransın konkret nəticələr əldə edəcəyi və istehlak bazarının şaxələndirilməsi üçün yeni tərəfdaşların tapılmasına kömək edəcəyinə ümidvar olduğunu qeyd edib: "Ferroərintilər və manqanın istehsalı Gürcüstan iqtisadiyyatının lider sahələrindən biridir. Bu il Gürcüstanın beynəlxalq konfrans keçirməsi bu sektorun inkişafına imkan yaradacaq". 

Beynəlxalq bazarlarda ferroərintilərə tələbat ilbəil artır, bu da Gürcüstanda istehsal güclərinin daha da artırılmasına zəmin yaradır. Beynəlxalq bazarda tələbata görə sektorun ixracı şaxələndirmək imkanı var, bu da Gürcüstanda manqan istehsalı tərəfindən uğurla həyata keçirilir. Əminliklə deyə bilərik ki, şirkətimiz Gürcüstan ixracatçıları arasında ən yaxşı bazarları şaxələndirə bilib. Gürcüstan istehsalına beynəlxalq istehsalçıların marağını görmək xoşdur", - Merab Lominadze deyib. 

Saytda Axtarış

Son xəbərlər