Dalga Televiziyasi Səfir: "Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihələri dünya əhəmiyyətlidir"
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün610
DünənDünən2717
Bu həftəBu həftə11846
Bu ayBu ay25057
Bu günə qədərBu günə qədər4622665

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Səfir: "Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihələri dünya əhəmiyyətlidir"

Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən həyata keçirilən layihələr təkcə regional deyil, həm də dünya əhəmiyyətlidir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Ərzrum və Bakı-Tbilisi-Ceyhan boru kəmərləri – bütün bu layihələr bölgənin mənzərəsini dəyişir, bizlərdən hər birinin həyatına böyük töhfə verir. Sözügedən iri layihələr təkcə regional deyil, həm də dünya əhəmiyyətlidir. Ona görə ölkələrimizin bu istiqamətdə əməkdaşlığı ilbəil dərinləşir və inkişaf edir", - deyə o bildirib.

Türkiyə parlamentinin sədri Binəli Yıldırımın Azərbaycana səfərini şərh edən səfir bildirib ki, bu, B.Yıldırımın Türkiyə Böyük Millət Məclisinin sədri postuna seçilməsindən sonra etdiyi ilk səfərlərdəndir.

"Bu böyük əhəmiyyətə malikdir və ölkələrimiz arasında ənənəvi xarakter daşıyır. Və əlbəttə ki, bir sıra əhəmiyyətli məsələlər müzakirə olunub ki, nəticələrini tezliklə biləcəyik", - deyə E.Ozoral əlavə edib.

Saytda Axtarış

Son xəbərlər