Dalga Televiziyasi Giorgi Çikovani: “Gürcüstanın təbii qaza olan bütün tələbatını Azərbaycan ödəyir”
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün244
DünənDünən3215
Bu həftəBu həftə16860
Bu ayBu ay71267
Bu günə qədərBu günə qədər3919912

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Giorgi Çikovani: “Gürcüstanın təbii qaza olan bütün tələbatını Azərbaycan ödəyir”

"Gürcüstanın təbii qaza olan bütün tələbatını Azərbaycan ödəyir".

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çikovani deyib.

O bildirib ki, Gürcüstan bu il Rusiyadan təbii qaz idxal etməyəcək: "Hazırda Gürcüstan təbii qazı Azərbaycandan iki istiqamət üzrə - "Şahdəniz" konsorsiumu və "SOCAR" şirkətindən əldə edir".

G.Çikovanin qeyd edib ki, "Qazprom" şirkəti ilə imzalanmış müqavilə məxfidir və ictimaiyyətə açıqlana bilməz: "Müqavilələrdə qeyd olunub ki, əgər Gürcüstanın pik vaxtlarda və ya qəza zamanı əlavə təbii qaz həcminə ehtiyacı olarsa, o zaman həmin həcm Rusiya və ya digər ölkələrdən tədarük oluna bilər. Lakin hazırda buna ehtiyac yoxdur".

Qeyd edək ki, Gürcüstanın 2018-ci il üçün təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunub. Bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək. Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini "SOCAR" şirkətindən, 813 mln. kub metrini isə "Şahdəniz" yatağından əldə edəcək.  Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.

Saytda Axtarış

Son xəbərlər