Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün540
DünənDünən2380
Bu həftəBu həftə2920
Bu ayBu ay38223
Bu günə qədərBu günə qədər7408697

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

"TurAz Şahini 2018" başlayır

Azərbaycan və Türkiyə Hava Qüvvələri Komandanlığının təşkil etdiyi "TurAZ Şahini – 2018" təlimləri başlayır.

Müştərək təlim bu gün Konya III Ana Jet Hərbi Birliyində baş tutacaq və təlimə iki ölkənin hava qüvvələri qatılacaq.

Bu, Azərbaycan Hava Qüvvələri təyyarələrinin xarici ölkədə qatıldığı ilk hərbi təlim olacaq. Təlim 3-14 sentyabr tarixlərini əhatə edəcək.

Təlimin əsas məqsədi iki ölkə arasında hərbi uçuş təlimlərinin təkmilləşdirilməsi, əməkdaşlığa qatqını təmin etməkdir.

Azərbaycan Hava Qüvvələrinin iki ədəd MİG-29 və üç ədəd Su-25 hücum təyyarələri ilə təlimə qatılacağı bildirilib.

İlham Əliyev türkdilli dövlətlərin sammitində

alt

Sammitdə nümayəndə heyətlərinin rəhbərləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin Bəyannaməsini və Şuranın yeni baş katibinin seçilməsi ilə bağlı sənədləri imzalayıblar.

, Qazaxıstan nümayəndəsi, səfir Bağdat Amreev Şuranın yeni baş katibi seçilib.

Qırğız Respublikasının prezidenti Sooronbay Jeenbekov Sammitdə iştirak edən Azərbaycan prezidenti İlham Əliyevi, Qazaxıstan prezidenti Nursultan Nazarbayevi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı, Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovu, Macarıstanın baş naziri Viktor Orbanı qarşılayıb.

Dövlət və hökumət başçıları Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzinin ərazisini gəziblər, burada açıq havada nümayiş etdirilən, qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də, bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxıblar.

Sonra birgə foto çəkdirilib.

Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğız Respublikasının prezidentinə minnətdarlığını bildirib. 

Prezident Nursultan Nazarbayev deyib ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.

Sonra Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış ediblər.

Sammit işini davam etdirir.

Ərdoğan Qarabağdan danışdı

Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində çıxışı zamanı deyib.

"Türk dünyası olaraq, sülh və əmin-amanlıq baxımından bu məsələyə diqqət göstərməliyik. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlimizdən gələni edəcəyik", - prezident vurğulayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də bu sammitdə iştirak edir. 

Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəsi 94 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 94 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq, Muncuqlu, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

 

İşğal altında olan Ağdam rayonunun Nəmirli, Şuraabad, Şıxlar, Baş Qərvənd, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

İlham Əliyev və Putin Soçidə görüşdülər

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, şənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə imzaladığı birgə bəyanat Moskva və Bakı arasında münasibətlərin inkişafına yeni impuls verəcək, Oxu.Az TASS-a istinadən xəbər verir.

"Əminəm ki, dövlət qurumlarının rəhbərləri və biznes nümayəndələrinin də iştirak etdiyi bügünkü danışıqlar ümumilikdə Rusiya-Azərbaycan münasibətlərinin inkişafına əlavə impuls verəcək. Azərbaycan prezidenti ilə imzalanmış birgə bəyanat, həmçinin bir sıra hökumətlərarası və qurumlararası sənədlərin imzalanması məhz buna yönəlib", - Rusiya prezidenti qeyd edib.

Putin bildirib ki, bügünkü görüş "konstruktiv və işgüzar mühitdə” keçib. O qeyd edib ki, Rusiya və Azərbaycanı "möhkəm dostluq və tərəfdaşlıq ənənəsi” bağlayır. 

Rusiya prezidenti hesab edir ki, "iki dövlət arasındakı münasibətlər səmimi qonşuluq, hörmət və etibar prinsiplərinə əsaslanan tərəfdaşlıq xarakteri daşıyır".

V.Putin tərəfdaşlığın əsas istiqamətlərinin inkişafına dair Planın imzalanmasını xüsusi qeyd edib:

"Bu sənəd ticarətin və qarşılıqlı investisiyanın genişləndirilməsi, nəqliyyat marşrutlarının yaradılması, həmçini humanitar, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı "yol xəritəsi"ni özündəehtiva edir".

Gürcüstanda NATO-nun hərbi təlimləri başlayıb

Gürcüstanda Senaki hərbi bazasında NATO-nun çoxmillətli "Agile Spirit 2018" (Çevik ruh) hərbi təlimlərinə start verilib.

Rəsmi açılış mərasimində Gürcüstanın müdafiə naziri Levan İzoriya, ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən Elizabet Rud və digər rəsmi şəxslər iştirak ediblər.

Təlimlərə Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya və Estoniya hərbçiləri qatılıb.

Sentyabrın 11-dək davam edəcək təlimlərin keçirilməsində məqsəd NATO çevik reaksiya qüvvələrinin tərkibində birgə əməliyyatlara və böhran vəziyyətlərə hazırlığın artırılmasıdır. 

Qeyd edək ki, "Agile Spirit" hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.

Tbilisidə “Şərq tərəfdaşlığı” proqramının məktəbi açılacaq

Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han sentyabrın 3-də Gürcüstana səfər edəcək.

İki günlük səfər çərçivəsində Avropa komissarı Tbilisidə Aİ-nin "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələr üçün nəzərdə tutulmuş Avropa məktəbinin açılış mərasimində iştirak edəcək.

Məktəbdə "Şərq tərəfdaşlığı"proqramının 6 üzv ölkəsinin tələbələri təhsil alacaqlar. Tələbələr müsabiqə yolu ilə seçiləcəklər.

Təhsil ocağında Avropa standartlarına uyğun beynəlxalq təhsil proqramları təklif olunacaq və məzunlara beynəlxalq bakalavr diplomu veriləcək.

Avropa məktəbi yeni bina inşa olunana qədər "Yeni məktəb" adlı özəl məktəbdə yerləşəcək. 2018-2019 tədris ilində məktəbdə təhsil alacaq 30 tələbə artıq seçilib.

Y.Han Gürcüstana səfəri çərçivəsində həmçinin prezident Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze və xarici işlər naziri David Zalkaliani ilə görüşəcək. 

Gürcüstan baş nazirinin Azərbaycana səfəri başa çatdı

Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycan Respublikasına səfəri avqustun 30-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın baş naziri Mamuka Baxtadzeni hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Prezident: "Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib"

"Əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Bakıda Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşdə deyib. 

Dövlət başçısı bildirib ki, Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib: "Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir. Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik. Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Biz bu gün bir çox məsələləri müzakirə edəcəyik, o cümlədən regional əməkdaşlıq məsələlərini. Sizi bir daha ürəkdən salamlayıram, Sizə xoş və uğurlu səfər arzulayıram".

Azərbaycan və Gürcüstanın XİN başçıları gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan baş naziri Mamuka Baxtadzeni Bakıya səfərdə müşayiət edən bu ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, nazirlər iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin bütün bölgə üçün tərəqqinin vacib amili olduğunu məmnuniyyətlə qeyd ediblər.

Tərəflər enerji sahəsində qlobal əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, habelə iki ölkənin iştirak etdiyi digər regional əməkdaşlıq layihələrinin Cənubi Qafqazda iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar. 

Nazirlər Azərbaycan ilə Gürcüstan arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkiblər.

XİN başçıları iki ölkə arasındakı ikitərəfli əlaqələri tamamlayaraq onun keyfiyyətcə yeni müstəvidə inkişafına şərait yaradan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını qeyd ediblər.

Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Gürcüstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 30-da ölkəmizə səfərə gələn Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni qarşıladı.

Prezident İlham Əliyev və Baş nazir Mamuka Baxtadze rəsmi foto çəkdirdilər.

Azərbaycanın Prezidenti və Gürcüstanın Baş naziri görüşdə çıxış etdilər.

Gürcüstanın Baş nazirini Azərbaycanda səmimiyyətlə salamlayan Prezident İlham ƏLİYEV Mamuka Baxtadzeni Baş nazir vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, bu məsuliyyətli vəzifədə ona yeni uğurlar arzuladı. Dövlətimizin başçısı vurğuladı ki, Gürcüstan hökumətinin başçısı təyin olunmasından qısa müddət sonra Mamuka Baxtadzenin Azərbaycana səfər etməsi Azərbaycan-Gürcüstan əlaqələrinin çox yüksək səviyyədə olduğunu bir daha göstərir.

Prezident İlham Əliyev dedi: Əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bu gün iki müstəqil dövlət arasındakı əlaqələr möhkəm təməl üzərində qurulub. Gürcüstan və Azərbaycan birlikdə bir çox önəmli layihələri icra edib. Biz dünyanın enerji xəritəsini birgə səylərlə dəyişdirdik. Nəqliyyat istiqamətində birgə həyata keçirdiyimiz layihələr Avrasiya qitəsi üçün böyük önəm daşıyır. Bütün bu layihələrin icrasında həm Gürcüstan, həm Azərbaycan, həm Türkiyə tərəfi fəal əməkdaşlıq edir. Hesab edirəm ki, indiki dövrdə biz ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə səylər göstərməliyik. Mən bilirəm ki, Gürcüstanda çox gözəl investisiya iqlimi mövcuddur. Biz çox şadıq ki, Azərbaycan uzun illərdir Gürcüstana xarici sərmayə qoyan ölkələr arasında birinci yerdədir. Biz bu gün bir çox məsələləri müzakirə edəcəyik, o cümlədən regional əməkdaşlıq məsələlərini. Sizi bir daha ürəkdən salamlayıram, Sizə xoş və uğurlu səfər arzulayıram.

Gürcüstan baş naziri Azərbaycanda nələri müzakirə edəcək?

Gürcüstan baş naziri Mamuka Baxtadze Azərbaycana rəsmi səfəri çərçivəsində ölkə prezidenti İlham Əliyevlə görüşəcək. 

b\Bununla bağlı "Sputnik Gürcüstan" məlumat yayıb. 

Gürcüstan baş nazirinin Azərbaycana ilk rəsmi səfəri avqustun 30-da baş tutacaq. 

Baxtadze bildirib ki, Gürcüstan və Azərbaycan tarixən mühüm layihələr həyata keçirən strateji tərəfdaşdır.

"Biz regional əməkdaşlıq baxımından çox vacib, yeni istiqamətləri müzakirə edəcəyik. Ticarət münasibətlərimizi daha da dərinləşdirməyə və artırmağa kömək edəcək təşəbbüslər ətrafında fikir mübadiləsi aparacağıq. Bu isə ölkəmizin iqtisadi artımına və əsas məqsədimiz olan Gürcüstanı regional mərkəzə çevirmək fikrimizə müsbət təsir göstərəcək", - Baxtadze keçirdiyi brifinqdə deyib. 

Səfər çərçivəsində Gürcüstanın hökumət rəhbəri azərbaycanlı həmkarı Novruz Məmmədovla və Milli Məclisin sədri Oktay Əsədovla da görüşlər keçirəcək.

Saytda Axtarış

Son xəbərlər