Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün22
DünənDünən859
Bu həftəBu həftə2369
Bu ayBu ay51065
Bu günə qədərBu günə qədər7478399

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Radio və televiziya işçilərini peşə bayramı günü münasibəti ilə təbrik edirik!

Noyabrın 6-sı Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Hazırda Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyası, habelə ümumrespublika və regional radio fəaliyyət göstərir.

Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı dünyaya təqdim etməklə yanaşı, dünya ölkələrinin ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün zənginləşməsi prosesində iştirak edir.

Rusiya Gürcüstanda seçkiqabağı təşviqat zamanı anti-rusiyalı şüarlar səsləndiyindən təəssüflənir

Mariya Zaxarova, Gürcüstanda seçkiqabağı anti-rusiyalı şüarlar səsləndiyindən təəssüflənir

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyan edir ki, Rusiya Gürcüstanda seçkiqabağı təşviqat zamanı anti-rusiyalı şüarlar səsləndiyindən təəssüflənir.

24News.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi həftəlik brifingdə bildirib.

Daha sonra isə M.Zaxarova Gürcüstanda seçki kampaniyasını şərh edərək bildirib ki, Rusiya ilə Gürcüstan arasındakı münasibətlərin normallaşmasına bu cür hərəkatlar kömək etmir: Gürcüstandakı seçkilərə gəldikdə isə, bu, daxili siyasi prosesdir və seçki hələ yekunlaşmayib: Böyük bir təəssüf hissi ilə deyə biləcəyim tək şey, seçki kampaniyası zamanı anti-Rusiyaya aid ifadələr var idi. Bu, həqiqətən, kədərlidir və ikitərəfli münasibətlərin normallaşmasına töhfə vermir.” –deyə bildirib M.Zaxarova

O, həmçinin əlavə edib ki, gəlin Gürcüstan əhalisinə xaricdən heç bir təzyiq etmədən obyektiv bir seçim etmək imkanı verək.

Paşinyan ABŞ səfirinin "Qarabağı qaytarın" bəyanatına CAVAB VERDİ: "Ermənistan..."

“ABŞ səfirinin Dağlıq Qarabağla bağlı bəyanatını mesaj hesab etmək olar”.

Bu barədə baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bəyanatını şərh edərkən deyib.

Paşinyan həmişə olduğu kimi danışıqların ruhuna zidd mövqe sərgiləyərək bildirib ki, “Ermənistan tərəfi münaqişənin nizama salınmasında öz mövqeyini dəfələrlə aydın şəkildə elan edib”.

Qeyd edək ki, ABŞ səfiri Riçard Mills “Dağlıq Qarabağ münaqişəsinin istənilən variantda nizama salınması işğal edilmiş ərazilərin müəyyən hissəsinin qaytarılmasını tələb edəcək. İlk dəfə Ermənistana gələndə ermənilərin böyük qismi işğal edilmiş ərazilərin qaytarılması ilə nəticələnəcək bütün danışıqlara qarşı çıxırdı. O fakt məni təəccübləndirir ki, Ermənistanda mümkün qərarlar və mümkün güzəştlər haqqında müzakirə praktiki olaraq yoxdur. İllər boyunca mənim hökumətim belə anlayırdı ki, bu ərazilərdə gələcəkdə “sülhə əvəz olaraq” zəbt edilib. Mən bu variantın heç kim tərəfindən dəstəklənmədiyini görəndə həqiqətən çox təəccüblənmişdim”.

İstanbulda Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub

İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş olub.

Görüş Dolmabağça sarayında keçirilib. 

XİN başçıları hər iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xəttlə inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycan və Türkiyə regionda həyata keçirilən bütün layihələrin mərkəzindədir və hər iki qardaş dövlətin bir çox məsələlərdə dərin və faydalı əməkdaşlığı var.

Həmçinin bu gün İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşü də baş tutacaq. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında mühüm regional layihələr, bölgədə təhlükəsizlik və sabitlik məsələləri müzakirə ediləcək.

Prezident seçkilərinin son nəticələri

Gürcüstanda sonuncu dəfə keçirilən prezident seçkiləri ikinci tura keçib, beləki keçirilən prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili və müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında cəmi 1 faizə yaxın fərq olub bu isə seçkilərin ikinci turunun baş verəməsini göstərir.

Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə
Ötən gün baş tutan prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili bülletenlərin 98,89%-nin hesablanmasından sonra 38,66% səs toplayıb.

Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə səslərin 37,07%-ni toplayıb və hazırda bu iki namizəd arasında səs fərqi təqribən 1 faiz təşkil edir.

Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,98% səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76% səslə dördüncüdür.

MSK-sədri Tamar açıxlamasında bildirib ki “seçkilər beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilib ciddi qanun pozuntuları aşkar olunmayıb MSK-ya ümumilikdə 364 şikayət zəngi daxil olub seçki qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 29 qanun pozuntusu qeydə alınıb 29 faktın 15-i təsdiqini tapmayıb və ya cinayət tərkibli olmayıb.

Batumi, Marneuli, Siqnaği, Kaspi, Samtredia və Axalkalakidə baş vermiş insidentlərlə bağlı 7 fakt üzrə araşdırma aparılır.

Səs faizlərinə gəldikdə isə Salome Zurabişvili 38,66% səs Qriqol Vaşadze isə səslərin 37,07%-ni toplayıb son hesablamalardan belə nəticəyə gəlmək olar ki, müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi təqribən 1 faiz təşkil edir.
Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və Qirçi Partiyasının namizədi Zurab Caparidze qərarlaşıb. Onların hər biri seçicilərin 2,26% səsini toplayıb.

Belə olan halda heç bir namizəd birinci turda qalib gəlmək üçün yetərli səs toplamayıb buda seçkilərin ikinci turunun baş verəməsini göstərir.

Qeyd edək ki, ümumilikdə 23 namizəd prezdentlik uğurunda mübaizə aparıb
Səsverməni 58 beynəlxalq təşkilatın 1100-dən çox müşahidəçisi izləyib. Səsvermə prosesini 125 KİV-dən 2000-dən çox jurnalist işıqlandırıb.

Ümumilikdə ölkə üzrə seçici aktivliyi zəif müşahidə olunub. Azərbaycanlıların yığcam yaşadıqları Marneuli və Qardabani rayonlarında seçici fəallığıda aşağı olub.

Ən yüksək seçici fəallığı isə Ambrolauridə müşahidə edilib.

Gürcüstan prezident seçkiləri ərəfəsində

Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün 22 oktyabrdan seçki bülletenlərinin çapına başladı.

Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verərək bildirib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5 yerli müşahidə missiyasından 12 müşahidəçi izləyəcək.

Ümumilikdə paytaxt Tbilisinin 6 stambasında 3709 seçki məntəqəsi üçün 3 milyon 259 min 900 seçki bülleteni çap olunacaq. Bülletenlərin 3 milyon 252 min 800-ü prezident seçkiləri, 7100-ü isə Tercola və Samtredia şəhərlərində sakrebuloya keçiriləcək aralıq seçkilər üçün nəzərdə tutulub. Seçki bülletenləri etnik azlıqların dillərində da çap olunacaq.

Seçki bülletenləri 209 seçki məntəqəsi üçün gürcü və Azərbaycan dillərində, 133 seçki məntəqəsi üçün isə gürcü və erməni dillərində çıxacaq. Bundan başqa, dörd seçki məntəqəsi gürcü-Azərbaycan-erməni dillərində seçki bülletenləri ilə təmin ediləcək.

Onu da bildirək ki, bu il baş tutacaq Gürcüstan Prezident Seçkiləri üçün 3 518 890 seçici qeydiyyatdan keçib. Prezident seçkilərində 25 namizəd mübarizə aparacaq.

Baş nazir: “Prezident seçkiləri ilə Gürcüstan vacib demokratiya testi verəcək”

“Gürcüstan prezident seçkiləri ilə daha bir vacib demokratiya testi verəcək”.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın Baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə deyib.

O bildirib ki, bir neçə gündən sonra Gürcüstanda çox vacib və məsuliyyətli gün olacaq:

“Ölkədə prezident seçkiləri keçiriləcək. Mən bütün vətəndaşlarımızı seçkilərə gedib istədiyi seçimi etməyə çağırıram. Gürcüstan bu seçkilərlə daha bir çox vacib demokratiya testi verəcək və inanıram ki, hər bir vətəndaş bu testdən ölkəyə layiq şəkildə keçəcək. Əminəm ki, oktyabrın 28-i Gürcüstanda demokratiyanın daha bir qələbə günü olacaq”.

M.Baxtadze qeyd edib ki, Gürcüstan hökuməti seçkilərin azad, şəffaf və demokratik mühitdə keçirilməsi üçün hər şey edib: “Lakin eyni zamanda qeyd etmək istəyirəm ki, ictimaiyyətin seçkiöncəsi kampaniyanın Avropa tipinə uyğun olması ilə bağlı tələbinin sona qədər yerinə yetirilməsi bəzi siyasi qüvvələrin destruktiv ritorikasına görə mümkün olmadı. Biz hər hansı bir məsuliyyətsiz siyasi qüvvənin seçki prosesində dissonans yaratmasına imkan verməyəcəyik. Seçkiöncəsi dövr ərzində bütün siyasi subyektlərə bərabər və rəqabətli şərait təqdim olunmuşdu. Əmin edirəm ki, hər bir seçicinin azad seçim etmək imkanı olacaq”.

Mahir Məmmədov: “SOCAR rəhbərliyi Marneulidəki görüşdə Gürcüstandakı seçkilərə və siyasi seçim məsələsinə toxunmayıb”

zərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Gürcüstanın Azərbaycanlı icmasını təmsil edən ziyalı və ağsaqqalların Marneulidə keçirdiyi görüş zamanı aparılan müzakirədə Gürcüstanda keçiriləcək seçkilərə və siyasi seçim məsələsinə toxunulmayıb.

Bunu “Report”a “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov Gürcüstanda bəzi dairələrin SOCAR prezidenti Rövnəq Abdullayevin Marneuli şəhərində səfərdə olarkən Gürcüstanın hazırkı hakim partiyanın lehinə siyasi təbliğat xarakterli çağırışlar etdiyi barədə iddialarına cavab verərkən bildirib.

O qeyd edib ki, 23 oktyabr tarixində SOCAR prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə “Əməkdaşlıq haqqında memorandum”un imzalanma mərasimində iştirak etmək, ölkənin dövlət rəsmiləri ilə işgüzar görüşlər keçirmək məqsədi ilə Gürcüstana səfər edib. Baş direktorun sözlərinə görə, daha əvvəlki səfərlərdə bir qayda olduğu kimi, bu dəfə də SOCAR rəhbərliyi səfər çərçivəsində Gürcüstanın Azərbaycanlı icmasını təmsil edən ziyalı və ağsaqqallar ilə görüş keçirib, orada yaşayan soydaşlarımızın sosial problemləri ilə maraqlanıb. “Aparılan müzakirədə Gürcüstanda keçiriləcək seçkilərə və siyasi seçim məsələsinə ümumiyyətlə toxunulmayıb. Bununla belə bir qrup şəxs öz siyasi məqsədləri üçün təxribata cəhd etsələr də, onların bu cəhdləri uğursuz olub. SOCAR Gürcüstan və digər ölkələrin daxili siyasi proseslərinə müdaxilə etmir və bununla bağlı bütün əsassız ittihamları qətiyyətlə rədd edir. SOCAR bundan sonra da Gürcüstanda yaşayan soydaşlarımızın sosial məsələləri ilə maraqlanacaq və siyasi mənsubiyyətindən asılı olmayaraq onlara daim dəstək və dayaq olacaq”,- M.Məmmədov vurğulayıb.

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda həyata keçirdiyi sosial məsuliyyət layihələrinin əsas məqsədlərindən biri də orada yaşayan soydaşlarımıza sosial dəstək tədbirlərini mütəmadi olaraq həyata keçirməkdir. Bu istiqamətdə Gürcüstanın dövlət ali məktəbilərində təhsil alan və Gürcüstan vətəndaşı olan soydaşlarımızın təhsil haqlarının ödənilməsi, onlara təqaüdlərin verilməsi, kənd təsərüfatı texnikasının soydaşlarımızın sıx məskunlaşdığı regionların yerli idarəetmə orqanlarına təmənnasız verilməsi, həmçinin Azərbaycanın milli irsinin qorunması, milli mədəniyyətimizin təbliğ olunması kimi tədbirləri göstərmək olar.

Gürcüstan azərbaycanlıları üçün seçki bülletenləri azərbaycanca çap ediləcək

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 28-də keçiriləcək prezident seçkiləri üçün seçki bülletenlərinin çapına başlayıb.

"Dalğa TV" gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze oktyabrın 21-də keçirdiyi brifinqdə bildirib.

Qeyd edib ki, bülletenlərin çapı bir neçə gün davam edəcək və prosesi 2 beynəlxalq və 5 yerli müşahidə missiyasından 12 müşahidəçi izləyəcək
Onun sözlərinə görə, ümumilikdə 3709 seçki məntəqəsi üçün 3 milyon 259 min 900 seçki bülleteni çap olunacaq.

Bülletenlərin 3 milyon 252 min 800-ü prezident seçkiləri, 7100-ü isə Tercola və Samtredia şəhərlərində sakrebuloya keçiriləcək aralıq seçkilər üçün nəzərdə tutulub.

Seçki bülletenləri etnik azlıqların dillərində da çap olunacaq.

“Seçki bülletenləri 209 seçki məntəqəsi üçün gürcü-Azərbaycan dillərində, 133 seçki məntəqəsi üçün isə gürcü-erməni dillərində çap olunacaq.

Bundan başqa, dörd seçki məntəqəsi gürcü-Azərbaycan-erməni dillərində seçki bülletenləri ilə təmin olunacaq”, - deyə mətbuat katibi vurğulayıb.

İlham Əliyev Türkiyəyə gedib

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlətimizin başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı türk əsgərlərini salamlayıb.

Tbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konfrans keçirilib

Oktyabrın 16-da Tbilisidə AZƏRTAC-ın və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı, ölkəmizin Gürcüstandakı səfirliyinin dəstəyi ilə "18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü"nə həsr olunan konfrans keçirilib.

Muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbiri açaraq dövlət müstəqilliyinin əhəmiyyətindən, müstəqillik illərində Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin inkişafından söz açıb.

Sonra AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov Azərbaycanın dövlətçilik tarixi və müstəqillik uğrunda mübarizəsindən danışıb. Bildirib ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.

Vurğulayıb ki, müstəqilliyimizi qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək heç də asan olmayıb. Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə, parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz edib. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunsa də, Azərbaycan əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə edib. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarıb.

Bildirilib ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqiyə nail olub. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib.

Sonra gürcü politoloqlar Tengiz Txilava, Simon Kopadze, prezidentliyə namizəd Levan Çixeidze, Tbilisidəki 73 nömrəli orta məktəbin müəllimi Qəhrəman Musayev, ictimai xadim Beka Okiani və başqaları Azərbaycan xalqını bayram münasibətilə təbrik ediblər.

Bildirilib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirdiyi layihələr təkcə bir xalqın və bir dövlətin deyil, bütöv bir regionun, Avropanın enerji təhlükəsizliyində, bölgədə sabitliyin bərqərar olmasında mühüm rol oynayıb.

Çıxış edənlər Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasını, dövlət müstəqilliyi və digər milli bayramlarımızın Dağlıq Qarabağda keçirilməsini arzu ediblər.

Gürcüstan Prezidenti ölkədə marixuananın istehsalına qarşı çıxıb

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkədə hər hansı narkotik vasitənin istehsalının əleyhinədir.

Bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsinin narkotik istehsalçısına çevrilməsi onun beynəlxalq arenadakı imicinə xələl gətirəcək.  

"Mənim üçün Gürcüstanda narkotik vasitələrin istehsalı tamamilə qəbuledilməzdir və bunun iki səbəbi var. Birinci səbəb odur ki, əgər biz narkotik istehsal edən ölkə olsaq, o zaman narkotiklərin yayılmasına nəzarət edə bilməyəcəyik və daha çox insan bu xəstəliyin qurbanına çevriləcək. İkinci səbəb isə ölkənin xarici siyasəti ilə bağlıdır. Gürcüstan marixuana və ya digər narkotik vasitə istehsal edən ölkəyə çevrilə bilməz. Vətənimizə belə bir etiket vurula bilməz", - G.Marqvelaşvili deyib.  

Qeyd edək ki, Gürcüstan parlamenti marixuananın ixrac məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb. 

Saytda Axtarış

Son xəbərlər