Dalga Televiziyasi İstanbulda Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1476
DünənDünən1348
Bu həftəBu həftə5171
Bu ayBu ay53867
Bu günə qədərBu günə qədər7481201

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


İstanbulda Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin görüşü olub

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

İstanbulda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında ikitərəfli görüş olub.

Görüş Dolmabağça sarayında keçirilib. 

XİN başçıları hər iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xəttlə inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycan və Türkiyə regionda həyata keçirilən bütün layihələrin mərkəzindədir və hər iki qardaş dövlətin bir çox məsələlərdə dərin və faydalı əməkdaşlığı var.

Həmçinin bu gün İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşü də baş tutacaq. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında mühüm regional layihələr, bölgədə təhlükəsizlik və sabitlik məsələləri müzakirə ediləcək.

Saytda Axtarış

Son xəbərlər