Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün548
DünənDünən2380
Bu həftəBu həftə2928
Bu ayBu ay38231
Bu günə qədərBu günə qədər7408705

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Gürcüstan baş nazirinin müşaviri udduğu pulu Azərbaycandilli məktəbə hədiyyə edib

Gürcüstan baş nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari Qardabani rayonu Qaratəhlə kəndinin Azərbaycandilli məktəbinə baş çəkib.

"Report”un yerli bürosu xəbər verir ki, S.Subari məktəbə 3 min lari dəyərində gürcü dilində kitablar, foto və audio texnika hədiyyə edib.

Bildirilib ki, baş nazirin müşaviri qeyd olunan məbləği Gürcüstanın İctimai televiziya kanalında yayımlanan bilik yarışı proqramında udub. Qaratəhlə kənd məktəbinin şagirdləri S.Subarini həmin verilişdə dəstəkləyiblər.

Bununla yanaşı, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən məktəbə idman ləvazimatları və inventar da təqdim olunub.

Tədbirdə Qardabani rayonunun başçısı Ramaz Budaqaşvili, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, məktəb rəhbərliyi və digər şəxslər iştirak ediblər. 

Gürcüstan baş nazirinin müşaviri udduğu pulu Azərbaycandilli məktəbə hədiyyə edib

Gürcüstan baş nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari Qardabani rayonu Qaratəhlə kəndinin Azərbaycandilli məktəbinə baş çəkib.

"Report”un yerli bürosu xəbər verir ki, S.Subari məktəbə 3 min lari dəyərində gürcü dilində kitablar, foto və audio texnika hədiyyə edib.

Bildirilib ki, baş nazirin müşaviri qeyd olunan məbləği Gürcüstanın İctimai televiziya kanalında yayımlanan bilik yarışı proqramında udub. Qaratəhlə kənd məktəbinin şagirdləri S.Subarini həmin verilişdə dəstəkləyiblər.

Bununla yanaşı, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən məktəbə idman ləvazimatları və inventar da təqdim olunub.

Tədbirdə Qardabani rayonunun başçısı Ramaz Budaqaşvili, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, məktəb rəhbərliyi və digər şəxslər iştirak ediblər. 

Gürcüstan ABŞ-dan yeni silahlar alacaq

Gürcüstanın Müdafiə Nazirliyi ABŞ-dan yeni, müasir tipli silahlar almaq niyətindədir.

Bunu Gürcüstanın müdafiə naziri Levan İzoria bəyan edib. O deyib ki, Gürcüstan NATO ölkələrinin inam və etibarını qazanıb. Bu inam və etibar, qarşılıqlı əməkdaşlıq Gürcüstanın ABŞ-dan müasir silahlar alması zərurətini yaradıb.

Nazir konkret olaraq hansı silahların alınacağını açıqlamayıb. Amma gürcü mətbuatı yazır ki, Gürcüstan ABŞ-dan müasir tipli "Stingür" zenit-raket kompleksi almağı planlaşdırır.

Rəsmi Bakı ermənilərin təxribatını ifşa etdi

Frankofoniya təşkilatının Ermənistanda keçirilən XVII zirvə toplantısı çərçivəsində bu ilin 9 oktyabr tarixində Yerevanda açılan "Frankofoniya şəhərciyi"ndə ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan pavilyonu nəzdində təqdim edilməsi Ermənistanın işğalçı siyasətinin davam etdirilməsinə xidmət edən növbəti təxribatçı addımıdır. Bu addım Ermənistanın Frankofoniya təşkilatından öz siyasi məqsədləri üçün istifadə etdiyini açıq şəkildə nümayiş etdirir.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd olunur ki, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını kobud şəkildə pozaraq gücdən istifadə etməklə, Azərbaycana qarşı hərbi təcavüz və işğal törədən Ermənistanın bu əməlləri, həmçinin Frankofoniya təşkilatının nizamnaməsi və təşkilatın məqsəd və məramları ilə ziddiyyət təşkil edir.

 

"Ermənistanın Frankofoniya təşkilatının gündəliyini siyasiləşdirmək cəhdləri bu ölkənin öz işğalçı və təcavüzkar siyasətini ört-basdır etmək və ATƏT-in Minsk qrupu həmsədrlərinin, o cümlədən təşkilatın təşəbbüskarı olan Fransanın münaqişənin sülh yolu ilə tənzimlənməsi səylərinə xələl yetirmək niyyətinin göstəricisidir", - deyə XİN-nin şərhində bildirilir.

Cəbhədə silahlar susmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Berd rayonun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

 

İşğal altında olan Ağdam rayonunun Nəmirli, Kəngərli, Sarıcalı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Düşmən mövqelərimizi yenə atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Müdafiə naziri Gürcüstanın səfiri ilə görüşüb

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Dalga tv Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Gürcüstan əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

 

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

Brüsseldə Gürcüstan və ABŞ müdafiə nazirləri arasında görüş keçirilib

 Belçikanın paytaxtı Brüsseldə Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə ABŞ-ın müdafiə naziri Ceyms Mettis arasında görüş keçirilib.

Bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir: "ABŞ bir daha Gürcüstanın bir gün NATO-nun üzvü olacağı ilə bağlı öhdəliyini təsdiqləyir".

L.İzoriya bildirib ki, C.Mettislə görüşdə Gürcüstan və ABŞ-ın strateji tərəfdaş olduğu bir daha vurğulanıb: "Gürcüstanda son illər həyata keçirilmiş islahatlar, ölkənin müdafiə qabiliyyəti ilə bağlı məsələlər və NATO formatında əməkdaşlığın perspektivləri müzakirə olundu".

Ötən gecə cəbhə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

 

İşğal altında olan Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İlham Əliyev MDB Dövlət Başçıları Şurasında

Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub.

Dalga tv AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda sənədlər imzalanıb.

“SOCAR Trading” rus neftini STAR zavoduna çatdıracaq

Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə sentyabrın 1-də "Rosneft" ilə "SOCAR Trading" arasında Rusiya neftinin Türkiyənin STAR zavoduna çatdırılması ilə bağlı sazişin imzalanması qeyd edilib. 

 Azərbaycan prezidenti İlham Əliyev iki ölkə arasında  energetika və neft-qaz sahəsində çox möhkəm əlaqələrin olduğunu bildirib və sentyabrın əvvəlində Rusiyaya səfəri zamanı "Rosneft" ilə "SOCAR Trading" arasında bağlanmış əməkdaşlıq müqaviləsini xatırladıb. 

Öz növbəsində, Vladimir Putin Azərbaycandakı layihələrə qoyulan və həcmi dörd milyard dollara yaxın olan Rusiya investisiyalarını qeyd edib. 

 

“Artıq bildirilib ki, Rusiya enerji korporasiyaları Azərbaycanda uğurla işləyir. "Rosneft" şirkəti Azərbaycanın Dövlət Neft Şirkəti ilə birgə yaxın vaxtlarda "Qoşadaş" neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaq", - Putin əlavə edib. 

Xatırladaq ki, razılaşmaya əsasən, hər il "Rosneft" Türkiyənin STAR Neft Emalı Zavoduna bir milyon ton “Urals” markalı neft hasil edəcək. Müqavilədə qeyd edilib ki, rus neftini Türkiyə zavoduna "SOCAR Trading" çatdıracaq. 

Rusiya neftinin STAR zavoduna çatdırılmasını şərh edən "SOCAR Trading" şirkətinin icraçı direktoru Adnan Əhmədzadə bildirib ki, şirkət Türkiyənin İzmir şəhəri yaxınlığındakı STAR Neft Emalı Zavoduna həm yüngül, həm də ağır növ neft göndərəcək.

"Bu, "Urals", "Siberian Light", başqa yüngül və ağır tərkibli neft növləri ola bilər", - Əhmədzadə deyib. 

“İlham Əliyev və Vladimir Putinin haqqında danışdıqları "SOCAR Trading"lə "Rosneft" arasındakı sazişə gəlincə, bu sənədin Rusiyaya məxsus bir milyon ton "Urals" neftinin STAR-a mütləq şəkildə göndərilməsini nəzərdə tutduğunu təsdiqləyə bilərəm", - icraçı direktor əlavə edib. 

Onun sözlərinə görə, saziş bazar şərtləri ilə imzalanıb və neft qarşılıqlı əməkdaşlıq çərçivəsində göndəriləcək.

Qeyd edək ki, STAR NEZ dizel yanacağı, aviasiya üçün ağ neft, maye qaz və digər məhsullar istehsal edəcək. Zavodda "Azeri Light", "Kərkük" və "Urals" kimi neft növləri emal olunacaq. 

Xatırladaq ki, bir müddət öncə "Azeri Light" neftinin 80 ton həcmində ilk hissəsi STAR zavoduna göndərilib. Bu çatdırılmanı "SOCAR Trading" şirkəti həyata keçirib.

Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşdü

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub.

 Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış ediblər.

Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdiriblər.

Saytda Axtarış

Son xəbərlər