Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün1444
DünənDünən634
Bu həftəBu həftə7880
Bu ayBu ay52579
Bu günə qədərBu günə qədər7423053

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

MSK: Yekun nəticələri açıqlayıb, S.Zurabişvili prezident seçilib

Mərkəzi Seçki Komissiyası (MSK) 3705 seçki məntəqəsinin hamısında səsvermənin nəticələrini elan edib.

MSK göstəricilərinə əsasən, prezident seçkilərinin ikinci turunda hakim “Gürcü Arzusu” partiyasının dəstklədiyi müstəqil namizəd Salome Zurabişvili qalib olub.

Məlumatda eləcə də bildirilib ki, S.Zurabişvili seçicilərin 59,52% toplayıb bu isə 1 milyon 147 min 627 səs təşkil edir.

Güc Birlikdədir hərəkatının namizədi Qrigol Vaşadze isə 40,48% toplayıb bu isə 780 min 633 səs təşkil edir.

Gürcüstan prezidentinin inauqurasiya və and içmə mərasimi isə, dekabrın 16-da keçiriləcək.
Məlumat üçün xatırladaq ki, Ölkəmizdə prezident seçkilərinin ikinci turu 28 oktyabrda gərçəkləştdrildi.

Giorgi Marqvelaşvili prezident seçkilərinin ikinci turundan narazı qalıb

Dünənki seçkilərin müşahidəsi və müşahidəçi təşkilatların təhlili əsasında ikinci turda demokratik seçkilərin keyfiyyətinin kəskin aşağı düşməsi ilə bağlı narahatlığımı bildirmək istəyirəm”.

Bu barədə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili brifinqdə bildirib.

O deyib ki, bu cür standartlar üzrə belə seçkilər Gürcüstanda bir daha keçirilməməlidir.

G.Marqvelaşvili ikinci turda əhalinin yüksək fəallıq nümayiş etdirdiyini vurğulayaraq vətəndaşlara, müşahidə missiyaları və KİV-ə minnətdarlığını bildirib.

Dövlət başçısı sonda Salome Zurabişvilini prezident seçilməsi münasibətilə təbrik edib

Gürcüstan müxalifəti ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir

alt

Gürcüstanın birləşmiş müxalifəti noyabrın 28-da keçirilmiş prezident seçkilərinin nəticələrini tanımır. Birləşmiş müxalifət ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.

Bu barədə bəyanatla seçkilərdə məğlub olmuş birləşmiş müxalifətin və “Vahid Milli Hərəkat” partiyasının prezidentliyə namizədi Qriqol Vaşadze noyabrın 29-da Tbilisidə Filarmoniya binasında tərəfdarları ilə keçirdiyi görüşdə çıxış edib. Q.Vaşadze deyib ki, müxalifət prezident seçkilərini və onun nəticələrini tanımır. “Birləşmiş müxalifət ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Bu seçkilər proporsional və ya regional-proporsional qaydada keçirilməlidir”, - deyə Q.Vaşadze vurğulayıb.

Q.Vaşadze dekabrın 2-də paytaxtın mərkəzi Rustaveli prospektində eyni tələblə kütləvi dinc aksiyanın keçiriləcəyini elan edib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz, Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıblar.

Gürcüstanda seçkilər zamanı silahlı insident qeydə alınıb

alt

Gürcüstan Daxili İşlər Nazirliyi prezident seçkilərinin ikinci turu üzrə səsvermə zamanı baş vermiş 11 qanun pozuntusu faktı ilə bağlı araşdırma aparır. Araşdırmalardan biri silahlı insidentlə bağlıdır.

Bu barədə Gürcüstan daxili işlər nazirinin müavini Natia Mezvrişvili bu gün keçirdiyi brifinqdə məlumat verib. 

“Rustavi 2” televiziya kanalının məlumatına görə, Kaxeti bölgəsində Qurcaani rayonunun Çumlaki kəndində silahlı insident baş verib. Sabiq Prezident Mixeil Saakaşvilinin qardaşı David Saakaşvili 19 saylı seçki məntəqəsinə yaxınlaşarkən naməlum şəxslər ona avtomobildən atəş açıblar. Faktla bağlı araşdırma aparılır. “Şahidlərlə aparılmış söhbətdən sonra məlum olub ki, baş vermiş hadisənin seçkilərlə heç bir əlaqəsi yoxdur”, – deyə nazir müavini vurğulayıb.

Natia Mezvrişvilinin sözlərinə görə, faktlar jurnalistə qarşı fiziki təhqirə yol verilməsi, bəzi seçki məntəqələrində fiziki qarşıdurma, eyni şəxsin təkrar səs verməsi, bir seçki məntəqəsində oğurluq və digər hallarla bağlıdır. Qanun pozuntularına yol vermiş şəxslər arasında həm hakim, həm də müxalif partiyaların nümayəndələri var.

Gürcüstanda prezident seçkilərinin ikinci turunda seçicilərin 56,23 faizi səs verib

alt

Noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu başa çatıb. Bu turda seçici fəallığı saat 20:00 üçün 56,23 faiz olub. 

Bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeladze bildirib.

O deyib ki, ikinci tur üzrə keçirilmiş səsvermədə 1 milyon 975 min 845 seçici iştirak edib. Amma xarici ölkələrdəki seçicilərin sayı buraya daxil deyil.

Gürcüstanda prezident seçkilərinin ikinci turu başa çatıb

alt

Noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

Ölkə üzrə səsvermə saat 20:00-da başa çatıb və seçki məntəqələri bağlanıb.

Gürcüstanın xarici ölkələrdəki səfirliklərində və konsulluq şöbələrində yaradılan seçki məntəqələri yerli vaxtla saat 24:00-dək fəaliyyət göstərəcək.

Seçkilərin ikinci turunda iki namizəd - hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və müxalifətdə olan “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparıblar.

Gürcüstanın Baş naziri: Prezident seçkilərinin ikinci turu beynəlxalq standartlara uyğun keçiriləcək

alt

Prezident seçkilərinin ikinci turu beynəlxalq standartlara uyğun keçiriləcək.

Bu barədə bəyanatla Gürcüstanın Baş naziri Mamuka Baxtadze çıxış edib.

Baş nazir NATO Parlament Assambleyasının sabiq prezidenti Rasa Yuknyaviçenenin Gürcüstanda oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turu barədə dediyi “2012-ci ildən sonra Gürcüstan irəliyə deyil, geriyə addım atdı” tənqidi fikirlərinə də münasibət bildirib.

M.Baxtadze deyib: “2012-ci ildən sonra Gürcüstanda keçirilmiş seçkilərin yüksək standartlara uyğun olması bütün beynəlxalq təşkilatların hesabatlarında əksini tapıb. Amma 2012-ci ildə seçkilərin necə keçirildiyi bütün ictimaiyyətə məlumdur. Bir neçə gündən sonra keçiriləcək seçkilərin ikinci turu da bütün beynəlxalq standartlara uyğun olacaq. Bu da Gürcüstanın avratlantik strukturlara və Avropaya inteqrasiyasını təmin edəcək”.

Marneuli rayonunun yeddi kəndində yeni məktəb binaları tikiləcək

alt

 

Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə sosial layihələr həyata keçirəcək. 

Bu layihələr çərçivəsində azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun 7 kəndində yeni məktəb binaları tikiləcək, bir neçə məktəb binası isə əsaslı təmir olunacaq. Bunun üçün dövlət büdcəsindən 32 milyon lari vəsait ayrılıb.

Rayonda, həmçinin mərkəzi stadion və 21 kənddə tibb məntəqələri tikiləcək.

“Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının baş katibi beynəlxalq təşkilatlara müraciət edib

alt

“Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi şəhərinin meri Kaxa Kaladze beynəlxalq təşkilatlara müraciət edib.

AZƏRTAC xəbər verir ki, baş katib beynəlxalq təşkilatları Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turuna daha çox müşahidəçi göndərməyə dəvət edib.

K.Kaladze deyib: “İstəyirəm ki, beynəlxalq təşkilatlar seçkilərə daha çox müşahidəçi göndərsinlər və onlar, bizim ölkədə seçkilərin necə şəffaf, azad və demokratik keçirildiyinin şahidi olsunlar”.

Qeyd edək ki, noyabrın 28-də gürcü xalqı müstəqil namizəd, hakim “Gürcü arzusu” partiyasının da dəstəklədiyi Salome Zurabişvili və “Güc birlikdədir” müxalifət blokunun namizədi Qriqol Vaşadze arasında seçim edəcək.

Gürcüstanda prezident seçkilərinin ikinci turu öncəsi rəy sorğusu keçirilib

alt

“Gallup International” təşkilatı noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu ilə əlaqədar “İmedi” televiziya kanalının sifarişi ilə sosioloji rəy sorğusu keçirib. 

Respondentlərə “Əgər prezident seçkilərinin ikinci turu bu gün keçirilsəydi, kimə səs verərdiniz” sualı təqdim olunub. 

Rəyi soruşulanların 52 faizi müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili, 48 faizi isə “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadzeyə səs verəcəklərini bildirib. Respondentlərin 37 faizi qərar vermədiyini, 9 faizi isə səsvermədə iştirak etməyəcəyini deyib.

Noyabrın 16-dan 18-dək aparılmış rəy sorğusunda səsvermə hüququna malik 2400 vətəndaş iştirak edib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda mübarizə müstəqil namizəd Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadze arasında gedəcək.

Zakir Həsənov: Üçtərəfli görüş Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın strateji səviyyədə olmasını təsdiq edir

Azərbaycanın müdafiə nazirinin, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəhbərlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək. 

Bunu noyabrın 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda keçirilən üçüncü üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında deyib.

Görüşün üç qardaş ölkənin dövlət başçılarının tapşırığı ilə təşkil olunduğunu bildirən nazir toplantıda regiondakı hərbi-siyasi vəziyyətin müzakirə edildiyini vurğulayaraq deyib: “Bu görüş üç qardaş ölkə arasında əməkdaşlığın strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi üç dövlətin regionda həyata keçirdiyi strateji, iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir”. 

Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib, gələn il üçün tədbirlər planı təsdiqlənib. Tədbirdə dövlətlərin ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının vacibliyi bir daha bəyan edilib. Üçtərəfli formatda hər üç ölkənin ordularının əməkdaşlığının inkişafının, hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub. İqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması baxımından üçtərəfli komanda qərargah təlimlərinin davamlı təşkilinə dair fikir mübadiləsi aparılıb. Hazırda bu təlimlər Türkiyə ərazində keçirilir. İclasda növbəti üçtərəfli görüşün Türkiyənin təklifi əsasında bu ölkədə keçirilməsi qərara alınıb.

Zakir Həsənov Türkiyə və Gürcüstan Baş Qərargah rəisləri ilə görüşəcək

Sabah Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

 

Saytda Axtarış

Son xəbərlər