Dalga Televiziyasi Siyasət
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün522
DünənDünən2380
Bu həftəBu həftə2902
Bu ayBu ay38205
Bu günə qədərBu günə qədər7408679

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Siyasət

Məmmədyarov Gürcüstanın yeni səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova  təqdim edən səfir Zurab Pataradze Azərbaycana təyin olunmasından məmnun olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov səfir Zurab Pataradzeyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə, həmçinin Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparılıb.

Binəli Yıldırım İlham Əliyevlə danışıqlarda

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 29-da Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı ilk növbədə Binəli Yıldırıma Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev Binəli Yıldırımın Baş nazir və digər vəzifələrdə çalışdığı dövrlərdə Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin möhkəmlənməsinə, Bakı-Tbilisi-Qars layihəsinin reallaşması işinə öz töhfəsini verdiyini vurğulayıb.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər.

Prezident İlham Əliyev Binəli Yıldırımın Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsində çalışdığı dövrdə də parlamentlərarası əlaqələrimizin uğurla inkişaf edəcəyinə əminliyini bildirib, ona bu vəzifədə uğurlar arzulayıb.

Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Binəli Yıldırım Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyi ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin sədri kimi ilk rəsmi səfərini Azərbaycana həyata keçirməsindən məmnunluğunu bildirən Binəli Yıldırım qeyd edib ki, onun Azərbaycanda birinci dəfə 15 il bundan əvvəl olduğu dövrlə müqayisədə ölkəmiz çox böyük inkişafa nail olub və Azərbaycanın tərəqqisi Türkiyədə böyük sevinc hissi doğurur.

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş edib.

Prezident Gəncəyə yeni icra başçısı təyin etdi — Elmar Vəliyev işdən çıxarıldı

Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Həmçinin Prezident İlham Əliyev Niyazi Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında  da sərəncam imzalayıb.

Sərəncamla Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Prezidentin digər sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramovu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Gürcüstanın Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 Bu posta Zurab Pataradze təyinat alıb.

Qeyd edək ki, Z.Pataradze 2016-2018-ci illərdə Gürcüstanın Acarıstan Muxtar Respublikası hökumətinin başçısı olub. O həmçinin müxtəlif vaxtlarda ölkəsinin Türkiyə və Qazaxıstanda səfiri olub. 

İlham Əliyev Lahıca təbii qazın verilməsi mərasimində

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Lahıc qəsəbəsinin sakinləri ilə görüşüblər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti Rövnəq Abdullayev Lahıc qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə qazın verilməsinin rəmzi olan məşəli alovlandırıblar.

Ermənilər mövqelərimizi atəşə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 78 dəfə pozub.

Müdafiə Nazirliyi xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

İlham Əliyev: Bu, tarixi bir səfərdir

"Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək". 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə bildirib. 

Merkellə dəfələrlə görüşdüyünü bildirən Azərbaycan Prezidenti, ölkələr arasında siyasi dialoqun fəal şəkildə aparıldığını bildirib. 

"Çox şadam ki, bu gün siz Azərbaycandasınız. Bu, tarixi bir səfərdir. İkitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, siyasi, iqtisadi əlaqələr, ticarət əlaqələri, regional məsələlər - yəni, bütün bu məsələləri bu gün müzakirə edəcəyik. Əminəm ki, səfəriniz əlaqələrimizə yeni təkan verəcək", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Merkel Azərbaycanda

Avqustun 25-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin iş adamları ilə görüşü olub.

Bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb.

Angela Merkel Gürcüstana səfəri zamanı təmas xəttindəki vəziyyətlə tanış olub

Almaniyanın kansleri Angela Merkel Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüş başa çatdıqdan sonra təmas xəttinə yollanıb.

 Kansler Odzisi kəndi ətrafında təmas xəttindəki vəziyyətlə tanış olub.

Bu gün Almaniya kansleri və Gürcüstanın baş naziri Tbilisi beynəlxalq hava limanında alman hərbçiləri, "Layiqli tərəfdaş" təliminin iştirakçıları ilə görüşəcək.

Almaniya kanslerinin Gürcüstana səfəri bir neçə saatdan sonra başa çatacaq. A.Merkel  Cənubi Qafqaz turnesini Ermənistanda davam etdirəcək, sabah isə Azərbaycanda görüşlər keçirəcək.

Merkel: Gürcüstan tezliklə NATO üzvü olmayacaq

Almaniya Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir, ancaq onun tezliklə alyansa üzv olacağı az inandırıcıdır. 

Bu fikirləri Almaniya kansleri Angela Merkel Tbilisidə tələbələr qarşısında çıxışı zamanı deyib. 

"Almaniya Gürcüstanın NATO-ya isteqrasiyasını dəstəkləyir, ancaq açıq danışmaq istəyirəm ki, Gürcüstanın bu mərhələdə alyansa üzv olacağından danışması tezdir", - o bildirib.  

Angela Merkel: "Gürcüstan və Ukraynanın daha çox Avropa perspektivi var"

 "Gürcüstan Ukrayna ilə yanaşı daha çox Avropa perspektivinə malikdir".

Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Tbilisi Dövlət Universitetinin tələbələri ilə görüşdə Almaniya xarici işlər naziri Hayko Maasın bəyanatı ilə bağlı verilən sualı cavablandırarkən bildirib.

"Almaniyanın Şərqi Avropa siyasətinə gəlincə, bu, yeni təşəbbüs deyil. Hayko Maas yalnız Avropa İttifaqının qonşusu olan Rusiya ilə yaxşı əlaqələr olmasının əhəmiyyətini vurğulayıb. Amma digər tərəfdən, Şərqi Avropa ilə bağlı bizə aydın siyasət lazımdır. Bura Gürcüstan, Azərbaycan, Ermənistan daxildir. Lakin Gürcüstan və Ukraynanın daha çox Avropa perspektivi var. Yaxın 10 il ərzində gələcəkdə görülməli olan işləri açıqlayacağıq", - A.Merkel deyib.

Cəbhədə silahlar susmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Kəngərli, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

Saytda Axtarış

Son xəbərlər