Dalga Televiziyasi Gürcüstanda prezident seçkilərinin ikinci turu öncəsi rəy sorğusu keçirilib
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün293
DünənDünən1595
Bu həftəBu həftə6095
Bu ayBu ay50794
Bu günə qədərBu günə qədər7421268

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstanda prezident seçkilərinin ikinci turu öncəsi rəy sorğusu keçirilib

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

alt

“Gallup International” təşkilatı noyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turu ilə əlaqədar “İmedi” televiziya kanalının sifarişi ilə sosioloji rəy sorğusu keçirib. 

Respondentlərə “Əgər prezident seçkilərinin ikinci turu bu gün keçirilsəydi, kimə səs verərdiniz” sualı təqdim olunub. 

Rəyi soruşulanların 52 faizi müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili, 48 faizi isə “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadzeyə səs verəcəklərini bildirib. Respondentlərin 37 faizi qərar vermədiyini, 9 faizi isə səsvermədə iştirak etməyəcəyini deyib.

Noyabrın 16-dan 18-dək aparılmış rəy sorğusunda səsvermə hüququna malik 2400 vətəndaş iştirak edib.

Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda mübarizə müstəqil namizəd Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadze arasında gedəcək.

Saytda Axtarış

Son xəbərlər