Dalga Televiziyasi Gürcüstan Prezidenti ölkədə marixuananın istehsalına qarşı çıxıb
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün71
DünənDünən1073
Bu həftəBu həftə1559
Bu ayBu ay50255
Bu günə qədərBu günə qədər7477589

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Gürcüstan Prezidenti ölkədə marixuananın istehsalına qarşı çıxıb

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkədə hər hansı narkotik vasitənin istehsalının əleyhinədir.

Bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsinin narkotik istehsalçısına çevrilməsi onun beynəlxalq arenadakı imicinə xələl gətirəcək.  

"Mənim üçün Gürcüstanda narkotik vasitələrin istehsalı tamamilə qəbuledilməzdir və bunun iki səbəbi var. Birinci səbəb odur ki, əgər biz narkotik istehsal edən ölkə olsaq, o zaman narkotiklərin yayılmasına nəzarət edə bilməyəcəyik və daha çox insan bu xəstəliyin qurbanına çevriləcək. İkinci səbəb isə ölkənin xarici siyasəti ilə bağlıdır. Gürcüstan marixuana və ya digər narkotik vasitə istehsal edən ölkəyə çevrilə bilməz. Vətənimizə belə bir etiket vurula bilməz", - G.Marqvelaşvili deyib.  

Qeyd edək ki, Gürcüstan parlamenti marixuananın ixrac məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb. 

Saytda Axtarış

Son xəbərlər