Dalga Televiziyasi Azərbaycan və Gürcüstanın XİN başçıları gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər
Get Adobe Flash player

BAKI - TBİLİSİ

Multikulturalizm

Tərəfdaşlar

Ziyarətçi sayğacı

Bu günBu gün542
DünənDünən2380
Bu həftəBu həftə2922
Bu ayBu ay38225
Bu günə qədərBu günə qədər7408699

Bizi Paylaşın

Video Xəbərlər

 

Təqvim


Azərbaycan və Gürcüstanın XİN başçıları gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər

İstifadəçilərin qiymətləndirməsi: / 0
ZəifƏla 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan baş naziri Mamuka Baxtadzeni Bakıya səfərdə müşayiət edən bu ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, nazirlər iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf etdirilən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin bütün bölgə üçün tərəqqinin vacib amili olduğunu məmnuniyyətlə qeyd ediblər.

Tərəflər enerji sahəsində qlobal əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, habelə iki ölkənin iştirak etdiyi digər regional əməkdaşlıq layihələrinin Cənubi Qafqazda iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar. 

Nazirlər Azərbaycan ilə Gürcüstan arasında dövlət və hökumət başçıları səviyyəsində daimi əsasda davam etdirilən siyasi dialoqun müstəsna rolunu önə çəkiblər.

XİN başçıları iki ölkə arasındakı ikitərəfli əlaqələri tamamlayaraq onun keyfiyyətcə yeni müstəvidə inkişafına şərait yaradan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını qeyd ediblər.

Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Gürcüstanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunub və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.

Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Saytda Axtarış

Son xəbərlər